Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2015/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin və torpağın mülkiyyət hüquqlarının X2 dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müracilt etmişdir. Daha sonra iddia tələbinin həcmini artıraraq Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin və torpağın mülkiyyət hüquqlarının X2 dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon XDS RH-nin xx.xx.1995-ci ıl tarixli 02 N-li Protokol-Qərarına əsasən iddiaçıya fərdi mənzil tikintisi üçün hazırki Şabran rayonu, Ağalıq ərazisindən 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Şabran rayon X5 rayon XDS RH-nin xx.xx.1995-ci ıl tarixli 02 №li protokol Qərarını nəzərə alınmaqla fərdi mənzil tikintisi məqsədi ilə 0,12 hektar torpaq sahəsinin İ qrup Qarabağ Müharibəsi əlili kimi ona əvəzsiz satılması barədə xx.xx.2011-ci il tarixli 15 saylı iclas Protokol- Qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin xx.xx.2004-cü ıl tarixli 13Ü saylı əmrinə əsasən həmin torpaq sahəsində onun üçün 1 mərtəbəli 2 otaqlı ev tikilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək 1-ci qrup Qarabağ müharibəsi əlil əvəzsiz ona verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin və onun üzərindi edilmiş evin adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd alınmasını xahiş etsə də imtina edilmiş və mübahisənin həlli məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, X1 rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi sizə Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci İİ tarixli 15 saylı qərarı əsasında ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin və torpağın mülkiyyət hüquqlarının X2 dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanmasını istəyir. Cavabdeh isə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaması səbəbilə iddianın təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Əlillərin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi tərəfindən təsdiq edilmiş başa çatmış tikintinin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 28 avqust 2004-cü il tarixli Aktı ilə Dəvəçi rayonu, Ağalıq kənd sakini, İ qrup Qarabağ müharibəsi əlili X4 üçün tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi istismara qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin 29 sentyabr 2011-ci il tarixli, 389 saylı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli, 701 saylı rəyləri ilə Ağalıq bələdiyyəsinin mülkiyyətinə aid 1200 kv.m torpaq sahəsinin satışa çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Şabran rayon Ağalıq Bələdiyyəsinin 23 dekabr 2011-ci il tarixli 15 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, son 5 ildə daimi qeydiyyatı Ağalıq İ.Ə.Dnin Ağalıq kəndində olan İddiaçı təqdim etdiyi müvafiq arayışlar nəzərə alınmaqla ona bələdiyyənin alqı-satqı predmeti olan Ağalıq kəndinin yaşayış məntəqəsinin ərazisindən fərdi mənzil tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi satılması qərara alınmışdır. 09 aprel 2013-cü il tarixdə torpaq sahəsinin alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin plan-ölçü sənədi də mövcuddur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alğı- satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin istisnalarıda vardır, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması bunun istisnasını təşkil edir. İddiaçıya torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan olan AR DTXK-nin Abşeron rayon şöbəsinin müvafiq rəyi alınmışdır. "Torpaq sahəsinin planı və ölçüsü" sənədi mövcuddur. Göründüyü kimi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlardan həmin dövrdə salahiyyətli olan orqanın rəyi nəzərə alınaraq satılmışdır. Hazırda da mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaqlardan ayrılması mübahisə olunmur. Bundan əlavə iddiaçı həmçinin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində də hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istəyir. İş materiallarından göründüyü kimi Əlillərin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi tərəfindən təsdiq edilmiş başa çatmış tikintinin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 28 avqust 2004-cü il tarixli Aktı ilə Dəvəçi rayonu, Ağalıq kənd sakini, İ qrup Qarabağ müharibəsi əlili X4 üçün tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi istismara qəbul edilmişdir. Beləliklə qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı yaşayış evi üzərində X2 mülkiyyət hüquqlarının dövlət reystrində qeydiyyata alınması (reystrdən müvafiq çıxarışın, torpağın plan və ölçüsü sənədinin, yaşayış evinin texniki pasportunun verilməsi ilə) öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2015/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2015/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver