Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2016/2022 05.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Səfərov Mətləb Rasim oğlunun, onun arvadı X3, azyaşlı uşaqları xx.xx.2006- cı il təvəllüdlü Səfərov Kənan Mətləb oğlunun, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X7 və X10, onun arvadı X2 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 18-cı mikrorayon, 38 saylı evin 50 saylı mənzilindəki pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis idarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Səfərov Mətləb Rasim oğlunun, onun arvadı X3, azyaşlı uşaqları xx.xx.2006- cı il təvəllüdlü Səfərov Kənan Mətləb oğlunun, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X7 və X10, onun arvadı X2 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 18-cı mikrorayon, 38 saylı evin 50 saylı mənzilindəki pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 26 may 2022-ci il tarixli, 123-9407/2Ş-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Səfərov Mətləb Rasim oğlu, X11, Səfərov Kənan Mətləb oğlu, X14, X25, X12 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2009-cu ildə alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri 18-ci mikrorayon 38 saylı evin 50 saylı mənzili şəxsi vəsaiti hesabına Səfərov Mətləbdən almışdır. Həmin mənzil seriya MH ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Hal-hazırda ona məlum olmuşdur ki, ona məxsus mənzildə əvvəlki ev sahıbi- xx.xx.1972-ci il təvəllüdlü Səfərov Mətləb Rasim oğlu, onun arvadı-xx.xx.1984-cü il təvəllüdlü X15, azyaşlı uşaqları -xx.xx.2006-cı il təvəllüdlü Səfərov Kənan Mətləb oğlu, xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X20 pasport qeydiyyatına alınmışlar. Həmçinin ona məxsus mənzildə oğlu-xx.xx.1986-cı il təvəllüdlü X25 və onun arvadı xx.xx.1991 -ci ıl təvəllüdlü X12 da pasport qeydiyyatına alınmışdır. Lakın yuxarıda adları qeyd edilmiş şəxslər Sumqayıt şəhəri 18-cı mikrorayon 38 saylı evin 50 saylı mənzilinlində faktiki olaraq yaşamadıqlarından onların pasport qeydiyyatı da formal xarakter daşıyan xx.xx.1984-cü il təvəllüdlü X15, azyaşlı uşaqları xx.xx.2006-cı ıl təvəllüdlü Səfərov Kənan Mətləb oğlu, xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu ıl təvəllüdlü X20 pasport qeydiyyatına alınmışlar. Həmçinin ona məxsus mənzildə oğlu-xx.xx.1986-cı il təvəllüdlü X25 və onun arvadı xx.xx.1991 -ci il təvəllüdlü X2 Sumqayıt şəhəri 18-ci mikrorayon 38 saylı evin 50 saylı mənzilində heç bir əmlakı və həmin mənzillə əlaqələri olmasa da, formal şəkildə evində qeydiyyatda qalmaları nəticədə iddiaçının, həmin şəxslərə görə mənzil üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirməyinə maneçilik törədir. Belə ki, əgər onlar iddiaçının mənzilində qeydiyyatda qalacaqlarsa, iddiaçı əsassız olaraq mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olacaqdır. Bundan əlavə gələcəkdə öz mənzilini kiməsə bağışlamaq və ya satmaq istəsə bununla bağlı da problemlər yarana bilər. Odurki hal-hazırda iddiaçı, yuxarıda adları sadalanan şəxslərin özünün xüsusi mükiyyətində olan Sumqayıt şəhəri 18-cı mikrorayon 38 saylı evin 50 saylı mənzilindəki pasport qeydyiyyatının ləğv edilməsini istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, AN-İ ******* saylı, 05 aprel 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 nömrəli binada yerləşən 50 nömrəli mənzil Səfərov Mətləb Rasim oğlu tərəfindən İddiaçı satılmışdır. MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********40-05101-093026 saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0.126 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində, 55.55 kv.m ümumi, 31.04 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 185 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sahə ustası İsgəndərova H. , qonşular X13, X5, X16 tərəfindən tərtib edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-X1 19 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş 09 mart 2022-ci il tarixli Aktda qeyd edilir ki, Səfərov Mətləb Rasim oğlu, X17, X25, X21, X14, X18, X12, Səfərov Kənan Mətləb oğlu Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 nömrəli binada yerləşən 50 nömrəli mənzildə qeydiyyatda olsalar da bu ünvanda yaşamırlar. X26, X22, X23 qeydiyyatda olsalar da yaşamırlar. Üçüncü şəxslər Səfərov Mətləb Rasim oğlu, onun arvadı X18, azyaşlı uşaqları xx.xx.2006- cı il təvəllüdlü Səfərov Kənan Mətləb oğlu, xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu təvəllüdlü X20 hazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. Üçüncü şəxslərin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi digər üçüncü şəxslər- X19, onun arvadı X6 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü digər üçüncü şəxslər- X25, onun arvadı X12 iddiaçının oğlu və gəlinidir. Məhkəmə hesab edir ki, bu halda inzibati orqanın üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq hüququ yoxdur və məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçıya izah edilsin ki, üçüncü şəxslər X25 və onun arvadı X2 onun mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Səfərov Mətləb Rasim oğlunun, onun arvadı X3, azyaşlı uşaqları xx.xx.2006- cı il təvəllüdlü Səfərov Kənan Mətləb oğlunun, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X7 İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-cı mikrorayon, 38 saylı evin 50 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Səfərov Mətləb Rasim oğlunun, X3, xx.xx.2006- cı il təvəllüdlü Səfərov Kənan Mətləb oğlunun, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X7 İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-cı mikrorayon, 38 saylı evin 50 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev