Məhkəmə qərarları › İş №2-1(118)-2018/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2018/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2018/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 (Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Nəzarət və Audit şöbəsinin aparıcı mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildə ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci ildən ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyinatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildə ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci ildən ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyinatı aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlüdür. xx.xx.1999-cu ildən xx.xx.2010-cu ilədək Müdafiə Nazirliyinin tərkibində N nömrəli hərbi hissədə tibb bacısı vəzifəsində xidmət etmişdir. xx.xx.2007-ci ildə işə gedərkən avtomobil qəzası nəticəsində travma almışdır. xx.xx.2010-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək hərbi xidməti vəzifələrimi yerinə yetirməklə əlaqədar əlil olmuşdur. xx.xx.2021-ci ildə Tibb müəssiəsinin göndərişi əsasında qanuna müvafiq olaraq 10 il fasiləsiz olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” əlil olduğu üçün 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi ona 3-cü dərəcə müddətsiz əlillik təyinatı aparmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin dig...; Diaqnozun mətni: Çanaq sümüklərinin sınığından sonra hər 2 bud çanaq , sol diz oynağının postravmatik kontr-sı. Sol bud çanaq oynağının artrozu. sifətin deformasiyası, çeynəmə aktının pozulması. Xr. DDA. A/ə funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 2 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə..; Diaqnozun mətni: Sol oturaq sümüyün sirkə kasası sol qasıq sümüyün yerdəişmiş sınığı. Çanaq deformasiyası. Orta dər. miopiya. Sağ üz sinirin postravmatik siniri. Sol bud çanaq oynağı və hər 2diz oynağının funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T94 - Bədəni...; Diaqnozun mətni: Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri.Sol oturaq sümüyü,sirkə kasası,qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsinin pozulması və deformasiyası.Sağ çənənin oynaq və tac çıxıntısının qəlpəli y/d.Kəllənin və üz sümüklərinin sınığının nəticələri.Sifətin postravmatik deformasiyası,çeynəmə aktının pozulması. Oynaqların kontrakturası.Sol bud-çanaq, hər 2 diz oynağının postravmatik kontrakturası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol oturaq sümüyü,sirkə kasası,qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsini...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T94 - Bədəni...; Diaqnozun mətni: Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri.Sol oturaq sümüyü,sirkə kasası,qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsinin pozulması və deformasiyası.Sağ çənənin oynaq və tac çıxıntısının qəlpəli y/d.Kəllənin və üz sümüklərinin sınığının nəticələri.Sifətin postravmatik deformasiyası,çeynəmə aktının pozulması. Oynaqların kontrakturası.Sol bud-çanaq, hər 2 diz oynağının postravmatik kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol oturaq sümüyü,sirkə kasası,qasıq sümüyü hər 2 şaxəsinin qap.y/d. sınığına görə çanaq sümüklərinin İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsini...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T94 - Bədəni...; Diaqnozun mətni: Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri, çanağın, sol oturaq sümüyünün,sol sirkə kasası dibinin,sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezdən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayət olunan qeyri düzgün bitişən sınıqları.Sol bud çanaq oynağının kosksartrozu, keçirilmiş üz skeletinn travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı btişmiş sınıqları və deformasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana posttravmatik deformasiyası, üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti, dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması, oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının posttravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı,sol diz oynağının bükücü kontrakturası, Aşağı ətrafı qısaldan digər defektlər, sağ aşağı ətrafın 5 sm qısalığı; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan : -TSEK tərəfindən verilmiş tarixli qərarlardan görünür ki, X6 2010-cu il tarixdən 2021-ci il tarixədək ikinci dərəcəli əlillik verilmişdir. - Sumqayıt şəhər 4 nömrəli xəstəxanası tərəfindən verilmiş 0530003AAG5R nömrəli göndərişdən görünür ki, X4 əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 780 saylı qərarından görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidmət vəzifələrii yerinə yetirərkən alınmışdır. - TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdən ona İİİ dərəcəli əlillik təyin edilmişdir. -iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X7 tərəfindən verilmiş T/438 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0530003AAG5R göndərişlə göndərilmiş №88 Formada qeyd edilmiş “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d. sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonra çanaq həlqəsinin tamlığının pozulması və deformasiyası ilə müşayət olunan qeyri-düzgün bitişən sınıqları. Sol bud-çanaq oynağının koksartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və deformasiyası, burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası, üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağtərəfli nevriti. Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması, oynaqların kontrakturası, hər 2 budçanaq oynağının postravmatik deformasiyaedici artrozoartriti. Hər 2 bud-çanaq oynağının bükücü yaxınlaşdırım, sol diz oynağının bükücü kontrakturası. Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısaqlılığı, diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməin maddələrinin İİİ əlillik dərəcəsinə uyğun düzgün təyin olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq bu dəfə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarına görə iddiaçının fasiləsiz olaraq 10 ildən artıq 2-ci dərəcəli əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilməli olmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş üçüncü dərəcəli əlillik müddətsiz ikinci dərəcəli əlilliyə dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildə ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci ildən ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar