Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2018/2025 31.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və onun təkrar şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və onun təkrar şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuş,ünvan 1 ünvanda da yaşayır. xx.xx.2004-cü ildə həqiqi hərbi xidmətə getmiş və xx.xx.2006-cı ildə hərbi xidmətdən qayıtmış, xx.xx.2021-ci ildə isə o, yenidən hərbi xidmətə çağırılmış və xx.xx.2024-cü il tarixədək N saylı hərbi hissədə xidmət keçmişdir. DSX rəisinin müavini - SQK-nın xx.xx.2023-cü il tarixli 1359 ş/h N-li əmrinə əsasən (xəstəliyə görə) h/h/x-dən istefaya göndərilmişdir. Hərbi xidmətdə olan zaman o infarkt keçirmiş və elə bu əsasla da istefaya göndərilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin xx.xx.2024-cü il tarixli 3-4350/2-1201/2024 nömrəli göndərişinə əsasən onun şəhadətləndirilməyi DSX MHHK-da aparılıb. DSX MHHK-nın qərarı ilə razı deyil, ona görə də ərizə ilə cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, onun yenidən - təkrar əhadətləndirilməmin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqanın ona ünvanladığı məktubda həmin qərarın ləğv olunması və təkrar şəhadətləndirilmərnin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, bu tamamilə əsassız və qanunsuzdur. Belə ki, o hərbi xidmətdə olarkən və hərbi xidmət vəzifələrinin icrası zamanı həmin travmanı almışdır. Cavabdehin müvafiq qərarı qanunsuz olduğundan ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-38-55/2-675/24 N-li məktubundan görünür ki, iddiaçı təkrar şəhadətləndirilməsi ilə bağlı MHHK tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli qərarın ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir.Qeyd olunan məktubların məzmunundan və tarixlərindən məlum olur ki, iddiaçı onun barəsində verilmiş mübahisəli qərardan ən geci 2024-cü ilin iyun ayından məlumatlı olmuşdur. İddiaçı isə onun barəsində verilmiş qərardan (inzibati aktdan) məlumatlı olduğu halda qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməmiş və bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Həmin Məcəllənin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilib edilməməsi yoxlanılmalıdır.Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndələri Nümayəndə3, Nümayəndə1 eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərardan iddiaçı məlumatlı olmasına baxmayaraq qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-38-55/2-675/24 nömrəli məktubun surətindən görünür ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının varlığından xəbəri olmuş və ləğv olunması cavabdehin özünə müraciət etmişdir.Halbuki, iddiaçı müvafiq orqanın mübahisələndirilən qərarından ya yuxarı səlahiyyətli orqana, ya da məhkəməyə müraciət etməli idi. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü ildə məhkəmədə iddia qaldırmasına baxmayaraq, cavabdeh tərəfindən müvafiq qərar iddiaçıya təqdim edildikdən 30 gündən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və onun təkrar şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X2
Məhkəmə qərarları › İş №2-1(118)-2018/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2018/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver