Məhkəmə qərarları › İş №2-1(118)-2019/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2019/2023

28.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2019/2023 28.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 30 dekabr 2022-ci il tarixli, **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək Cəlilabad rayon Bəxtiyar adına Üzümçülük sovxozunda işləmiş, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək TREST №2-nin SU-21 Tikinti İdarəsində betonçu işində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək SU-23 Tikinti İdarəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək SU-27-də iş ustası işləmişdir. xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək XOZRU №3 (PMK-20) və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Ümumi əmək stajı 27 ilə yaxın olmuşdur. Bunun da 13 ilə yaxın müddətini iş ustası və iş icraçısı zərərli peşəsi üzrə işləmişdir. İddiaçının ümumi stajı 27 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 2022-ci ilin noyabr ayında cavabdeh təşkilata müraciət etmiş, lakin 30 dekabr 2022-ci il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 12 il İ ay olduğunu göstərərək əmək pensiyasının ləyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır və bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası ləyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ayhq pul ödənişidir. Həmin qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsi Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qarşı tərəf ona pensiya təminatından imtina edərkən bunu sosial kapitalının az olması ilə əlaqələndirmiş, halbuki, onun göstərdiyi məbləğ hansı mənbədən götürülmüşdür, ona aydın deyildir. Cavabdehin hərəkətləri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun tələblərinə uyğun deyildir, buna görə də inzibati orqanın ona əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. O, 1979-cu ildən 2006-cı ilədək işləmişdir. xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək Cəlilabad rayon Bəxtiyar adına Üzümçülük sovxozunda, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək TREST №2-nin SU-21 Tikinti İdarəsində betonçu işində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək SU-23 Tikinti İdarəsində, xx.xx.1994-cü ildənq xx.xx.1995-ci ilədək SU-27-də iş ustası İşləmişdir. xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək XOZRU №3 (PMK-20) və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 19 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (12 il 01 ay 12 gün (xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-09.0.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 12 gün (xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1996xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 23 iyun 2023-cü il tarixində məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı araşdırılması üçün vaxt istəmişdir. 21 dekabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, xidməti məktubu təqdim edərək mübahisənin məhkəmədən kənar həllinin mümkün olmadığını bildirmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 12 gün (xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1996- xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək SUM-23, xx.xx.1994-cu ildən 02,01.1995-ci ilədək SU-27, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək XOZRU №3 (PMK-20), və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək Azərsənayelikinti SC-nin 2 saylı müəssisəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq eldiyi xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 №-li siyahısının 2290000-624441 şifrə kodu üzrə bu peşə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. (Azərsənayetikinti Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 №li Müəssisəsinin 10 yanvar 2023-cü il tarixli, 09/05 saylı Arayışı) 18 aprel 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ümumi iş stajlı ilə bağlı problem yoxdur. Güzəştli iş stajı 12 il 1 ay 12 gün təşkil edir.1995-ci il arayışda qeyd edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərsənayetikinti Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 №li Müəssisəsinin 27 aprel 2023-cü il tarixli, 09/57 saylı arayışı məhkəməyə təqdim edilmişdir. 23 iyun 2023-cü il tarixində məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı araşdırılması üçün vaxt istəmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim edilmiş xidməti məktubda qeyd edilmişdir: “İddiaçı təqdim etdiyi “Azərsənaye Tikinti” SC-nin 13 may 2022-ci il tarixli 09/45 nömrəli arayışda sözügedən müəssisədə xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində betonçu, xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində usta və iş icraçısı vəzifələrində işlədiyi qeyd olunub. Eyni zamanda həmin müəssisənin 27 aprel 2023-cü il tarixli 09/57 nömrəli arayışda İddiaçı xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Göstərilən uyğunsuzluqlar hər iki arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Bundan başqa, müvafiq arayışları imzalayaraq təsdiqləmiş vətəndaş X1 vaxtilə Mərkəzi Filiala müraciətinə baxılması zamanı əməkdaşlarımız tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İsmayıl Bayramov əmək pensiyasının hesablanması zamanı rəhbəri olduğu müəssisədə işlədiyi dövrə dair özü tərəfindən tərtib olunmuş əmək haqqı cədvəlindəki məlumatların yerində yoxlanılması mümkün olmamış, sözügedən müəssisəyə dair sənədlərin saxlanılmadığı barədə dəlillərin mötəbər olmadığı qeyd olunan faktdan aşkar görünür. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxs pensiyasının orta aylıq əmək haqqı əsasında hesablanması üçün təqdim etdiyi həqiqiliyinə əsaslı şübhələr olan əmək haqqı barədə arayışda onun aylıq əmək haqqısı 3216,00 manat və daha yüksək məbləğlərdə qeyd edilib. Lakin onun eyni müəssisədə 2006-cı, 2007-ci, 2008-ci, 2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatlarına əsasən aylıq əmək haqqının həmin dövrlərdə ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinə uyğun olaraq təşkil etdiyi müəyyən edilib. Göründüyü kimi, ismayıl Bayramovun 5 il ərzində hər ay yüksək məbləğdə əmək haqqı aldığı iş yerində əmək haqqının birdən-birə düşməsi də onun istər özünə, istərsə də başqa şəxslərə dair təqdim etdiyi arayışlarının düzgün olmadığına əsas verir. Göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd olunan dövrləri İddiaçı əmək stajına daxil edilməsi mümkün deyil.” 21 dekabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi xidməti məktubu müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarından görünür ki, iddiaçının ümumi iş stajı mübahisə olunmur. Mübahisə iddiaçının zərərli iş stajı ilə bağlıdır. Cavabdeh 12 il 1 ay 12 gün olmaqla xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri nəzərə alır. Lakin xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan dövrləri nəzərə almır, əsas kimi göstərir ki, İsmayıl Bayramov əmək pensiyasının hesablanması zamanı rəhbəri olduğu müəssisədə işlədiyi dövrə dair özü tərəfindən tərtib olunmuş əmək haqqı cədvəlindəki məlumatların yerində yoxlanılması mümkün olmamış, sözügedən müəssisəyə dair sənədlərin saxlanılmadığı barədə dəlillərin mötəbər olmadığı qeyd olunan faktdan aşkar görünür. Lakin məhkəmə qeyd edir ki, İsmayıl Bayramovun şahid qismində dindirildiyi anoloji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Məhkəməyə təqdim edilmiş əmək kitabçası və arayışlar üzrə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan dövrlər arasında əmək fəaliyyəti müəyyən olunur. Cavabdehin xidməti məktubu iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın zərərli iş stajı kimi nəzərə aldığı 12 il 1 ay 12 gündən başqa iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan işlədiyi dövrlər də zərərli iş stajı kimi nəzərə alınmalıdır. Bu halda xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək olan dövrlər cavabdeh tərəfindən nəzərə alınan dövrlərlə birlikdə nəzərə alındıqda iddiaçının 12 il 6 aydan çox zərərli iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyəti nəzərə alındıqda onun qanunla tələb olunan 12 il 6 aydan çox xüsusi iş stajı yaranmış olur. Eyni zamanda iddiaçının 25 ildən artıq ümumi iş stajının olması da nəzərə alındıqda yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdeh orqana müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur. Bu halda iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən əmək pensiyası hüququ yaransada, əmək pensiyasının ödənişi Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq həyata keçirilməli, pensiya ödənişi xx.xx.2019-cu il tarixdən həyata keçirilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və xx.xx.2019-cu il tarixdən “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi (əmək pensiyası “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməlidir) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar