Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-202/2020 10.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “1979- 1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil qızı X2 anadan olduğu 04.12.1989-cu il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1963-cü ildə Şəki şəhərində anadan olmuş, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh özünün **********9 saylı 23 sentyabr 2019-cu il tarixli imtina məktubu ilə təmin etməmiş və onun 1979-cu il tarixdən 1982-ci il tarixədək və 1982-ci il tarixdən 1984–cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığnı göstərərək, ərizəsinə imtina cavabı vermişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. O, 01.09.1979-cu ildən 20.07.1982-ci ilə kimi Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-ci ildən 30.06.1984-cü ilə kimi isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan–uçot texnikumunda təhsil almışdır. Təhsil müddətinin sığorta stajına daxil edilməsi isə birbaşa qanunvericilikdə nəzərdə tutulur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2–ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasanırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İddia ərizəsinə əlavə etdiyi 138148 saylı, 20 iyul 1982-ci il tarixli diplomun surətindən görünür ki, o, 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində təhsil almış. Həmçinin 029407 saylı, 07 iyul 1984-cü il tarixli diplomun surətindən görünür ki, o 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan–uçot texnikumunda təhsil almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, cavabdeh təhsil müddətini sosial sığorta stajı kimi nəzərə almamaqla onun sosial təminat hüquqlarını pozmuşdur. 1979–1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-1984–cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin plan-uçot texnikumunda təhsil aldığı müddətlər cavabdeh tərəfindən əmək stajı kimi müəyyən edilməklə, sosial sığorta stajına daxil edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil qızı X2 anadan olduğu 04.12.1989-cu il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasınıntəyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat məhkəməyə 31.01.2020-ci il tarixli, **********3 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imklanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027–ci il iyulun 1-dək hər il altı ay artırılır. İddiaçının şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlüdür, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 13213.40 manat pensiya sığorta kapitalının olması səbəbindən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sıığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. İddiaçı 1979-cu il tarixdən 1982-ci il tarixədək və 1982-ci il tarixdən 1984-cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır.Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bunda mbaşqa cavabdeh təşklat etiraz ərizəsində qeyd apararaq bildirmişdir ki, “Vətəndaş İddiaçı təhsil aldığı illəri və 18 yaşa qədər sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövrü sığorta stajına daxil edildiyi halda vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranır”. Məhkəmənin 10.02.2020-ci ildə keçiriləcək iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakı təmin edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Nikah haqqında şəhadətnamənin, qızı X3 məxsus doğum haqqında şəhadətnamənin surətləri, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 23.09.2019-cu il tarixli, **********9 nömrəli imtina məktubu və 31.01.2020-ci il tarixli, **********3 nömrəli etiraz ərizəsi, İddiaçıya məxsus 138148 saylı, 20 iyul 1982-ci il tarixli diplomun və029407 saylı, 07 iyul 1984-cü il tarixli diplomun surətləri, əmək kitabçasının surəti, qızı X1 xəstəliyi ilə bağlı sənədlər, Sumqayıt 18 saylı MKS və 19 saylı MKS tərəfindən verilən yaşayış yerinə dair arayışlar, İddiaçının qızı X3 daimi qulluq etdiyinə və onun himayəsində olmasına dair şahidlər tərəfindən imzalanmış aktlar və s. sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 23.09.2019-cu il tarixli, **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 13213.40 manat pensiya sığorta kapitalının olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. İddiaçı hazırda yuxarıda qeyd olunan təhsil aldığı müddətlərin və 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa qulluğa görə dövrlərin də sosial sığorta stajına daxil edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində və texnikumda təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud övladı X1 anadan olduğu 04.12.1989-cu il tarixdən ona qulluq etdiyi dövrü də sosial sığorta stajına salınması qanunun tələbidir. Çünki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil olur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan 04.12.1989-cu il təvəllüdlü Aysel Şərifova anadan olduğu gündən hal hazıradək anası İddiaçı himayəsindədir. Qeyd olunan Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının təhsil müddətlərinin, onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Nəzərə alınmalıdır ki, DSMF-nin Sumqayıt şəhər şöbəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 31.01.2020-ci il tarixli, **********3 nömrəli etirazında İddiaçı təhsil aldığı illəri və 18 yaşa qədər sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövrü sığorta stajına daxil edildiyi halda onun yaşa görə əmək pensiyası hüququ yaranması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 15 il 8 ay 22 gün təşkil edir. Həmin müddətə onun 5 illik təhsil müddətini və 18 illik məhdud imkanlı övladına baxdığı müddəti əlavə etsək ümumi (əmək) sığorta stajı 38 il 8 ay 22 gün təşkil edəcək.Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil qızı X2 anadan olduğu 04.12.1989-cu il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək , ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil övladı X2 anadan olduğu 04.12.1989-cu il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək , ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-202/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-202/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver