Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-202/2021 16.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin” verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2019cu il tarixli, 1C-N039 saylı imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olmaqla müharibə zonalarında hərbi xidmətdə olmuşdur və həmin dövrdə dəfələrlə döyüş əməliyyatlarında iştirak etdiyinə görə, müvafiq sənədləri ərizəsinə əlavə etməklə, əvvəllər də Müdafiə Nazirliyinin rəhbərliyinə Müharibə Veteranı adı və vəsiqəsinin əldə edilməsi məqsədilə ərizələrlə müraciət etməsinə baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Notarial qaydada təsdiqli surətini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və məhkəməyə təqdim etdiyi hərbi biletində döyüş əməliyyatlarında iştirak etdiyi açıq mətnlə qeyd edilmişdir. Cavabdeh MN-nin X5 Arxivi tərəfindən göndərilmiş, əslini də məhkəməyə təqdim etdiyi MN-nin xx xxx 1992-ci il tarixli, 98 saylı əmrindən çıxarışa əsasən, sıravi İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsassız və qanunsuz olaraq xahişindən xx.xx.2019-cu il tarixli, l/C-3563 saylı və xx.xx.2019-cu il tartixli, 1/C-l8039 saylı məktubları ilə, sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə, imtina edilmişdir. AR DİN-nin xx xxxx 2019-cu il tarixli, c-50045 saylı məktubuna əsasən iddiaçının məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixdə növbəti ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, ərizəsi cavabdeh tərəfindən qəbul edilmiş, lakin iddiaçıya cavab verilməmişdir (əsas: qəbz və xəbəmamə). Göründüyü kimi, göstərilən illərdən bəri müharibə veteranı olsa da, indiyə kimi cavabdeh Müdafiə Nazirliyinin səhvi ucbatından hüquqları pozulmuş, həm də müharibə veteranı kimi qanunla nəzərdə tutulmuş və istifadə etməli olduğu halda istifadə edə bilmədiyi imtiyazlardan, o cümlədən keçən illər(aylar) ərzində külli məbləğdə veteran pulunu almaqdan məhrum edilmişdir. İddiaçı hesab edir ki, mövcud sübutlara əsasən həmin dövrdə dəfələrlə döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məhkəmə qərarı ilə cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçının hərbi biletinin surətindən görünür ki, o, xx.xx.1973-cü ildə doğulmuş, 1991 -ci ildə hərbi xidmətə yararlı sayılmış, xx xxxxx 1992-ci ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etmişdir. Müdafiə Nazirliyi İşlər X4 xx.xx.2019-cu il tarixli 9/2-16995 №-li məktubunda və həmin məktuba əlavə edilmiş əmrlərdən çıxarışlarda iddiaçının xidməti ilə bağlı müəyyən məlumatlar vardır. N və N nömrəli hərbi hissələr döyüş əməliyyatları aparmışlar. N №-li hərbi hissə komandirinin N №-li xx xxx 1992-ci il tarixli əmrində iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilməsinə dair əmr vardır. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təkzib etmir. Lakin, aşağıda göstərdiyi əsaslara görə onun müharibə veteranı adı verilməsinə dair tələbini əsaslı saymır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərindəaparılan döyüş əməliyyatlarında özünmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranı adını alması üçün iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, həmin halların hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlarla, hərbi biletlə (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərlə təsdiq olunması, həmçinin hal-hazırda xidmət keçməsi, əvvəllər ehtiyata və istefaya buraxılması vacib şərtdir. İddiaçı iddia ərizəsində döyüşlərdə iştirakı barədə məlumatlar versə də, hərbi xidmətdən qanuni əsaslarla buraxılmasını, hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasını və belə dəlillərə malik olmasını göstərmir. Onun hərbi biletinin 3-cü səhifəsində də hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd yoxdur. Yuxarıda qeyd olunan Əsasnamə ilə Müdafiə Nazirliyinin o, hərbi qulluqçulara müharibə veteranı adı vermək öhdəliyi yaranmışdır ki, həmin şəxslər hal-hazırda xidmət keçsinlər və ya əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamış, onun ehtiyata buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Halbuki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin C-50045 saylı, xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(1N)-1075/2020 saylı sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 11/5856 saylı cavab məktubuna əsasən Müdafiə Nazirliyinin İşlər X2 verilən xx.xx.2020-ci il tarixli 9/2-10613 №li məlumatı məhkəməyə təqdim edilmişdir. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X4 xx.xx.2020-ci il tarixli, 912-10613 saylı məktubunda qeyd olunur ki, Ağsu RHK- dan çağırılmış, 1973-cü il təvəllüdlü X3 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 62 №-li əmrilə (əsas: § 2, sıra 3, əmrdə soyadı Cabiyev yazılmışdır) xx.xx.1992-ci il tarixdən “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə (əsas: § 4, səh 3, sıra 95, əmrdə atasının adı Fəttulla yazılmışdır) sıravi İddiaçı Fəttulla oğlu döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 143 №-li əmrilə (əsas: səh 40, § 2) təmir bölüyünün əsgəri sıravi İddiaçı N №-li hərbi hissənin mühafizə və xidmət taburuna keçirildiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 227 №-li əmrilə (əsas: səh N, § 5) təmir bölüyünün əsgəri İddiaçı haqqında xx.xx.1993-cü il tarixdə verilmiş 143 №-li əmr ləğv edilərək hərbi orkestrin şəxsi heyətinin siyahısına daxil edilməklə salist vəzifəsinə təyin edilərək müddətdən artıq xidmət etmiş hesab edilmişdir. Hərbi orkestrin əsgəri İddiaçı fərarilikdən qayıtdığı üçün N №-li hərbi hissə komandirinin 27.01 1994-cü il tarixli 27 №-li əmrilə (əsas: § 5) xx.xx.1994-cü il tarixdən təmir bölüyündə ştata təyin edilərək bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin iyul-oktyabr 1993-cü ıl tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin N yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 24 №-li inzibati-təsərrüfat hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə ki, hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə tərəfindən müvafiq sorğular edisədə, idiaçının qanuni əsaslarla hərbi xidmətdən təxris olunması arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-202/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-202/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver