Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-202/2025 20.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba şəhəri torpaqlarından 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılması ilə əlaqədar prosedurlara başlanılması barədə cavabdehin xx.xx.2021-ci il tarixli, 02 saylı iclas protokolunun 8 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Quba şəhəri torpaqlarından 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılması ilə əlaqədar prosedurlara başlanılması barədə Quba bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02 saylı iclas protokolunun 8 saylı qərarının ləğv olunması, qərar ləğv olunduqdan sonra ondan doğan hüquqi nəticələrin aradan qaldırılması üçün torpaq sahəsinin xüsusi mülkiyyətə satılması üçün bələdiyyənin adına alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv olunması, “X11” publik hüquqi şəxsinin Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərraclnln nəticələri barədə 17 fevral 2022-cı il tarixli iclasının 01/10 saylı protokolunun etibarsız sayılması, “X11” publik hüquqi şəxsinin 21,02.2022-ei il tarixli, HTM seriyalı, 000209 saylı Şəhadətnaməsinin ləğv olunması, bələdiyyə ilə X12 arasında Qusar rayon Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, Torpaq sahəsi iki tərəfdən başqa şəxslərlə qonşuluq təşkil edir, iki tərəfdən isə yolla əhatələnir. Lakin Quba bələdiyyəsinin indiki rəhbərliyi tərəfindən torpaq sahəsinin yola çıxış olan hissəsi tərəfdən yol üçün nəzərdə tutulmuş sahə başqa şəxsə satılmışdır. Bununla əlaqədar o vəkillə hüquqi yardım barədə müqavilə bağlamış və bələdiyyəyə ünvanlanmış sorğuya cavab olaraq, Quba bələdiyyəsi başqa şəxsə satılmış torpaq sahəsi barədə sənədləri vəkilə təqdim etmişdir.Sənədləri araşdırarkən məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz satılmışdır.Belə ki, sənədlərdən məlum olur ki, bələdiyyə tərəfindən torpaq salıəsi Bakı şəhər sakini X8 qanunsuz satılımışdır.Bildirir ki, sorğuya cavab olaraq göndərilmiş sənədlərdən məlum olur ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir tərəfindən sərhəd olduğu yol qanunsuz olaraq satılmışdır. Belə ki, Bakı şəhər sakini X8 qanunsuz satılmış 0.03 ha torpaq sahəsi baş planda yol üçün nəzərdə tutulmuşdur. Yolun bir hissəsini vətəndaşa qanunsuz satarkən bələdiyyə heç onu da nəzərə almamışdır ki, torpaq sahəsinin yerləşmə sxemi - eni 10 metr, uzunu 25 metr olmaqla, bu Ölçülərdə torpaq sahəsi yaşayış evinin tikintisi üçün şəhərsalma normalarına uyğun gəlmir və tikinti və şəhərsalma normalarına görə burada yaşayış evinin layihələndirilib tikilməsi qeyrimümkündür. Hərracda iştirak etmək istəyən şəxslər torpaq sahəsinin ilkin qiyməti və hərrac addımı barədə məlumatlanıb, hərracda iştirak edirlərsə, deməli, onlar ilkin qiymətlə və hərrac addımı ilə əvvəlcədən razılaşırlar. Belə olduğunda, xx.xx.2022-ci ildə keçirilmiş hərracda tərəflərdən heç biri hərrac addımı atmadığından, onların hər ikisi ilkin 1.500 manat qiyməti ilə razılaşıblar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.2-ci maddəsinin 4-cü bəndinə əsasən, “Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulam (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Hesab etsək ki, hərrac doğrudan keçirilib, onda hərracın qalibi Bakı şəhər sakini X12 yox, ünvan 2 ünvanında yaşayan X15 elan edilməli idi. Həmçinin bildirir ki, Qusar rayon Notariat Ofisində rəsmiləşdirilmiş, Quba bələdiyyəsi ilə X12 arasında bağlanmış, göstərilən torpaq sahəsinin alqı-satqı müqaviləsini X9 bələdiyyəsinin sədri X10 tərəfindən fiziki şəxs qismində Qusar rayon notariat ofisimdə verilmiş etibarnamə əsasında imzalaya bilməzdi. Belə ki, alqı-satqı müqaviləsi X5 Quba bələdiyyəsi arasında bağlanmalıdır, ona görə ki, torpaq Quba bələdiyyəsinin mülkiyyəti kimi X2, Quba bələdiyyəsinin sədri X6 fiziki şəxs kimi torpağı kimi satılmır. Bu halda X9 bələdiyyəsinin adından ona verilmiş etibarnamə əsasında müqaviləni imzalaya bilərdi.Yuxarıdakı səbəblərdən göstərilən, Quba şəhəri torpaqlarından 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılması ilə əlaqədar prosedurlara başlanılması barədə Quba bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02 saylı iclas protokolunun 8 saylı qərarının ləğv olunması, qərar ləğv olunduqdan sonra torpaq sahəsinin xüsusi mülkiyyətə satılması üçün bələdiyyənin adma alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın, qanunsuz keçirilmiş hərracın protokolunun, qanunsuz hərrac nəticəsində verilmiş hərracın qalibi barədə şəhadətnamənin, bələdiyyə ilə X12 arasında qanuns bağlanmış alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında X7 adına verilmiş çıxarışın ləğvi üçün bələdiyyə tərəfindən müvafiq hərəkələri təcili şəkildə edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixli ərizə ilə Quba bələdiyyəs müraciət etmişdir. Quba bələdiyyəsi ərizəsinə xx.xx.2023-cü il tarixli, 210 saylı məktubu ilə cavab verərək, ərizəsindəki halları aydınlaşdırmamış, əksinə, torpağın satılmasını qam hesab etdiyini bildirmişdir. “Dövlət və bələdiyyə mülkiyyətində o torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin hərraclarının keçirilməsi Qaydaları”na əsasən, təşkilatçı müsabiqə və ya hər, keçirilməsi haqqında bildirişi KlV-ləriylə yayılmasını təşkil etməlidir. Bələdiyyə məktubunda bildirir ki, hərraca çıxarılmış torpaq sahəsi barədə müvafiq elektron porta (https://emlak.gov.az) əvvəlcədən məlumatlar yerləşdirilmişdir. Lakin Qaydalara əsas təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi KİV-ləriylə yayılma, təşkil etməlidir. Elektron portal kütləvi informasiya vasitəsi deyildir və deməli, qanuı tələbi burada da pozulmuşdur. Bildirir ki, yuxarıda göstərdiyi çoxsaylı qanun pozuntuları torpaq sahəsi satılması barədə bələdiyyə qərarının, yol üçün nəzərdə tutulmuş ərazinin qanunsuz ola xüsusi mülkiyyətə satılması üçün bələdiyyənin adına alınmış çıxarışın, qanun keçirilmiş hərracın protokolunun, qanunsuz hərrac nəticəsində verilmiş hərracın qalibi barədə şəhadətnamənin, bələdiyyə ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında X7 adına verilmiş çıxarışın məhkəmə qaydasında ləğvi üçün tam əsaslar verir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının iddiasını təmin edilməməsini və məhkəmə iclaslarına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X12 izahat verərək bildirmişdir ki, torpaq sahəsini almaq üçün bələdiyyəyə müraciət etmiş və 1500 manat dövlət rüsmu ödədikdən sonra mübahisəli ərazidə ona 0.03 ha torpaq sahəsi satıldı. Dəvədabanı adlanan yeri ona göstərmişlər və dəmir məftillə həmin ərazini hasara almışdır.Onunla qonşu olan Əhmədpaşayev adlı şəxs iddia edirdi ki, yer onundur.Sözügedən torpaq sahəsini bələdiyyədən alqı-satqı yolu ilə əldə etmiş və qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Quba Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 210 saylı məktubu tarixli məktub, Quba Bələdiyyəsinin qəbul etdiyi 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarınından çıxarışın surəti, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********95 reyestr nömrəli çıxarışın surəti, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********30 reyestr nömrəli çıxarışın surəti, AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 321334/2-6434/2024 nömrəli, xx.xx.2024cü il tarixli mütəxəssis rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarınından məlumatlı olduğu vaxtdan yaranmış olur. Quba Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Quba Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Quba Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Quba Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarı barədə iddiaçı cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktub vasitəsilə məlumatlı olunmuş və bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsində iddia tələbinə dədqiqləşmə ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Quba Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Quba Dəvədabanı yaşayış massivindən mənzil tikintisi üçün 0.05 ha torpaq sahəsi ayrılmış və onun mülkiyyət hüququ 2017-ci ildə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. Hal-hazırda sözügedən topraq sahəsinə giriş-çıxış yolu bələdiyyə qərarları əsasında başqa şəxslərə satılmış və iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. İddiaçı bələdiyyə qərarından məlumatlı olduqdan sonra həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək bələdiyyə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Quba Bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarını araşdıraraq hesab edir ki, qeyd olunan qərarın bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmış və DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 321334/2-6434/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən də məlum olmuşdur ki, Quba Bələdiyyəsinin mülkiyyətində olmuş və sonradan xx.xx.2022-ci il tarixli, 4Ə-507 nömrəli alqı- satqı müqaviləsi əsasında X1 0.03 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə qonşu torpaq sahələridir.İddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış qapısı sözügedən mübahisəli torpaq sahəsinə (0.03 ha) çıxır.Maneəçilik mövcuddur. Quba bələdiyyəsinin mülkiyyətində olmuş və Y.Həsənbəyova satılmış 0.03 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən X4 təyinatlıdır. Sözügedən mübahisəli torpaq sahəsi (0.03 ha) çıxarışa əsasən xüsusi mülkiyyətdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən həmin torpaq sahəsinin uqodiyası ümumi istifadədə olan torpaqlara aiddir. Quba Bələdiyyəsinin mülkiyyətində olmuş yuxanda göstərilən 0.03 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün fiziki şəxsə satılması Quba şəhərinin baş planına əsasən X3 aiddir. Göründüyü kimi iddiaçının mülkiyyətində olduğu 0.05 ha torpaq sahəsinə giriş-çıxış yolu Quba Bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarı əsasında bələdiyyənin mülkiyyəti daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış və daha sonra digər şəxslərin adına özəlləşdirilmişdir. İddiaçı bu səbəbdən mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir. Belə olan halda sözügedən bələdiyyə qərarı ləğv edilməlidir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Quba Bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndində formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Quba Bələdiyyəsinin qərarı qanunsuz inzibati akt olduğundan ləğv olunmalıdır. “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Quba Bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Quba Bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli 02 saylı iclas protokolunun 8 saylı qərarı İddiaçı hüquqlarını pozduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Quba şəhəri torpaqlarından 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılması ilə əlaqədar prosedurlara başlanılması barədə Quba Bələdiyyəsinin xx.xx.2021ci il tarixli, 02 saylı iclas protokolunun 8 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X19
Məhkəmə qərarları › İş №2-1(118)-202/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-202/2025
20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver