Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2020/2022 25.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru X1, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X5 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı "xxxx" MMC-nin Sumqayıt- Xızı- Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin Sumqayıt- Xızı- Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC Sumqayıt- Xızı- Yeni Yaşma marşrut xəttində 2007-ci ildən sərnişindaşıma fəaliyyətini göstərmişdir. 2018-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan "xxxx" MMC tərəfindən sözügedən marşrut xəttində sərnişindaşıma fəaliyyətinə başladığına görə iddiaçının istifadəsində olan 4 nəqliyyat vasitəsinin fəaliyyəti dayandırıldı. Belə ki, "xxxx" MMC-nin nəqliyyat vasitələri iddiaçı "xxxx" MMC-nin həmin 4 nəqliyyat vasitəsi ilə eyni saatda işləməyə başlamışdır. Cavabdehin qanunuz hərəkətləri nəticəsində faktiki olaraq Sumqayıt-Xızı-Yeni Yaşma marşrutu ilə, yəni rayonlararası hərəkət edən marşrut xətti şəhərdaxili kimi dislokasiyaya salınmaqla həmin marşrutun pasportunu təsdiq edilmişdir. Bununla bağlı iddiaçı həmin marşrut xəttində "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı MMC-nin direktoru X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədi və izah etdi ki, Sumqayıt şəhəri ərazisində sərnişindaşıma fəaliyyəti göstərən bütün avtomobil marşrutlarının zəruri sənədlərinin rəsmiləşdirilməsi həmin qurum tərəfindən həyata keçirilməyə başlanılmış və qeyd edilən 26 saylı marşrut da məhz Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşınma İdarəsi tərəfindən tənzimlənir. Məhz bu səbəbdən iddia tələbində sərnişindaşıma fəaliyyətinə son qoyulması səkahiyyəti DANX-nin Sumqayıt Regional şöbəsinin səlahiyyəti daxilində deyil, qeyd edilən səlahiyyət Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, "xxxx" MMC bir neçə il bundan əvvəl həmin marşrutu işlətmişdir. Hazırda marşrut xətti müsüabiqə nəticəsində "xxxx" MMC-nin qanuni istifadəsindədir. Bununla bağlı iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 26 saylı marşrut xətti bir neçə digər marşrut xəttləri ilə bərabər 2021-ci ildə müsabiqə predmeti olmuş və 10 il müddətinə "xxxx" MMC-yə idarəetməyə verilmişdir. Müsabiəqəyə ərizə verən iddiaçılar arasında "xxxx" MMC, "xxxx" ASC və “F.Rövşən” istehsalat müəssisəi olmuşdur. "xxxx" MMC ümumiyyətlə, ərizə verən iddiaçılar sırasında olmamışdır. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan 26 saylı marşrut xəttinin iddiaçının istifadəsində olması və ya onun istifadəsindən qanunsuz şəkildə çıxarılmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı "xxxx" MMC-nin Sumqayıt- Xızı- Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X5 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı "xxxx" MMC-nin Sumqayıt- Xızı- Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2020/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2020/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver