Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2023/2022 30.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanda yerləşən şəxsi mülkiyyətində olan mənzildə əsassız olaraq qeydiyyata olan X9, X3, X2, X4 mənzilə olan pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X9, X3, X2, X4 ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 1 –dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X18, X12, X10, X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 36-cı məh. Ev 10\27a,mənzil 1 ünvanda yerləşən mənzil mənim şəxsi mülkiyyətimdədir.Bu mənzil əvvəlcə keçmiş həyat yoldaşım X5 mülkiyyətində olmuş, aramızda olan razılığa əsasən mənzil mənə bağışlanmış və mülkiyyətimə keçmişdir.Həmin vaxt həyat yoldaşım mənzildə qeydiyyatda olmuş və məndən xəbərsiz öz ailə üzvlərini- X13, X6, X19 qizını, X7 və X14m mənzilə deydiyyata saldırmışdır.Keçmiş mülkiyyətçi ilə aramızda olan nikah qeydiyyatı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə ləğv edilmişdir. M.Fərhadovun və ailə üzvlərinin hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdim,məhkəmənin qərardadı ilə M.Fərhadovun ailə üzvlərinin mənzilə hüquqları olmadjğı üçün onlıar barədə olan iddiaya xitam verildi və göstərildi ki,həmin şəxslər İormal olaraq pasport qeydiyyatında olduqları üçün onların qeydiyyatı polis tərəfindən çıxarılmalıdır.M.Fərhadovun hüquqlarının itirilməsi barədə isə qətnamə qəbul ecjildi.Hazırda ərizədə adları çəkilən şəxslər formal olaraq mənim evimdə pasport qeydiyyatında qalmışlar və onların mənzildə hüquqlarının yaranmaması məhkəmə qərardadı ilə də təsdiq edilmişdir.Mən həmin şəxslərin mənzildqn pasport qeydiyyatından çıxarılmaları barədə ərizə ilə Polis İdarəsinə müraciət e(dim.Lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bundan imtina eçlərək,məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir.Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - **********24-05101-093001 nömrəli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X15 mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, 1 saylı mənzili İddiaçı bağışlamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X18, X12, X10, X22 Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 1 ünvanında qeydiyyatdadırlar. -Sumqayıt şəhər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 2(060)-9151/2018 saylı qətnaməsindən görünür ki,İddiaçı cavabdeh X15 arasında Sumqaytı Asan Xidmət Mərkəzi qeydiyyat Şöbəsində 2016-cı il mart ayının 30-cu günündə akt qeydləri kitabında 759 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. - Sumqayıt şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(060)-1300/2022 saylı qətnaməsindən görünür ki,X5 Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a,1 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı üçüncü şəxslərin mübahiəsli mənzildən istifadə hüquqlarının olmaması müəyən edildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X8 və X16 iddiaçı X1 xususi mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, 28 saylı evin, 71 A saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X9, X3, X2, X4 İddiaçı xususi mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova İş № 2-1(118)-2023/2022 01 iyul 2022-ci il Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 1 İddiaçı Sumqayıt şəhəri, Nizami küçəsi, məhəllə 6, 19C Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 1 3-cü şəxs X18 X12 X10 X14 Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2023/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarı Sizə göndərilir. Qoşma: qərar - vərəqdə Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2023/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2023/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver