Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2024/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 nömrəli sanatoriya tipli internat məktəbin 2005-ci il məzunudur. 2011-ci ildə 21 yaşında şirkətə 4-cü dərəcəli betonçu vəzifəsinə işə girmişdir. İlk dəfə işə girməsini nəzərə alaraq cavabdeh orqana Respublika üzrə aylıq əmək haqqının 5 mislindən az olmayaraq birdəfəlik pul məvacibinin, paltar, ayaqqabı, yumuşaq inventar və avadanlığın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh həmin müavinətin və avanadlıqların verilməsindən imtina etmişdir. Belə ki, cavabdehin 28 aprel 2022-ci il tarixli **********6 saylı məktubunda qeyd edilir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixdən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasında olan şəxslərə qeyd edilən müavinət və avadanlıqların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna qədər sözügedən müavinətin və avadanlıqların verilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi. Araşdırma zamanı İddiaçıla əmək müqaviləsinin ilk dəfə 5 noyabr 2013-cü il tarixində bağlandığı müəyyən edildiyindən ona sözügedən müavinətin və avadanlıqların verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid deyildir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarı ilə tənzimlənir. Həmin qanunvericilik aktlarına əsasən, valideynini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar, habelə onların arasında olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olaraq paltar, ayaqqabı, yumşaq ləvazimat və avadnlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda bidəfəlik müavinət ilə təmin olunmalıdır. Cavabdehin yuxarıda qeyd edilən imtinasında da qeyd edilir ki, həmin müavinətin və avadanlıqların verilməsi öhdəliyi cavabdehə aiddir. Eyni müraciəti Azərbaycan Respublikası Təhsil Nazirliyinə etsə də onlarda həmin öhdəliyin hazırki iddia üzrə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2-1(118)-2024/2022 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda sözügedən müavinətin və avadanlıqların verilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyindən aidiyyəti üzrə həmin Nazirliyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 2022-ci il tarixli 19 nömrəli Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə qeyd edilən müavinət və avadanlıqların verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müraciətin araşdırılması zamanı İddiaçı əmək müqaviləsinin ilk dəfə 5 noyabr 2013-cü il tarixdə bağlanıldığı müəyyən edildiyindən, iddiaçıya sözügedən müavinətin və avadanlıqların verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid deyildir. 1 yanvar 2022-ci il tarixdən şəxslərə birdəfəlik müavinətin təyin edilməsi, habelə avadanlıqların verilməsi MEİS-ə inteqrasiya edilən informasiya ehtiyatlarının və sistemlərinin məlumatları əsasında MEİS tərəfindən avtomatik olaraq proaktiv qaydada və ya şəxslər tərəfindən müvafiq sənədlərin Fondun struktur bölmələrinə və ya Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə birbaşa və ya poçt vasitəsilə təqdim edilməsi ilə müraciət əsasında həyata keçirilir. Qeyd olunan səbəblərə görə İddiaçı əmək müqaviləsinin ilk dəfə 5 noyabr 2013-cü il tarixdə bağlanıldığı müəyyən edildiyindən, sözügedən müavinətin və avadanlıqların verilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 nömrəli sanatoriya tipli internat məktəbinin 49 saylı, 19 may 2022-ci il tarixli arayışından görünür ki, Eldarov X3 rayonu, 10 nömrəli sanatoriya tipli internat məktəbinə 04 nömrəli əmrə əsasən xx.xx.1996-cı ildə İ sinifə qəbul olunmuş, 28 nömrəli əmrə əsasən 16 iyun 2005-ci ildə İX sinfi bitirmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 17 may 2022-ci il tarixli məktubundan görünür ki, müvafiq vəsaitlərin 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin büdcəsində nəzərdə tutulmamışdır. - ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 19 mart 2011-ci il tarixdən “Azfen” birgə müəssisəsinə İİİ dərəcəli fəhlə peşəsi ilə işə qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 aprel 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş əmək hüququ üzrə təminatlardan istifadə etmək barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxil olmaqla iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 10 nömrəli sanatoriya tipli internat məktəbində tərbiyə olunmuşdur. Ona məxsus əmək kitabçasından görünür ki, ilk dəfə əmək fəaliyyətinə 19 mart 2011-ci il tarixdən “Azfen” birgə müəssisəsində başlamışdır. İddiaçı ona ilk dəfə işə düzələn zaman paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 28 aprel 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi ona sözügedən müavinətin və avadanlıqların verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid olmadığını bildirmişdir. Cavabdehin bu nəticəyə gəlməsinə əsas iddiaçının ilk dəfə işə düzəldiyi dövrdə həmin növ müavinətin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilməsi olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında 07 noyabr 2001-ci il tarixli 179 saylı qərarının 1-ci bəndi ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlərin görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında 07 noyabr 2001-ci il tarixli 179 saylı qərarının iddiaçı işə düzələn zaman qüvvədə olan 2-ci hissəsinin dördüncü abzasında qeyd olunmuşdur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil xərcləri” bölməsində “Təhsil Nazirliyinə” ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 17 yanvar 2022-ci il tarixli, 19 saylı qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında “Təhsil xərcləri” sözləri “Sosial müdafiə və sosial təminat” sözləri ilə və “Təhsil Nazirliyinə” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən bidəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq, 1 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir. Cavabdeh inzibati orqanda məhz yuxarıda qeyd edilən dəyişikliyə istinad edərək iddiaçıya müavinətin onlar tərəfindən ödənilməli olmadığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı işə düzələn zaman bu məqsədlə qeyd olunan vəsaitlərə görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş şəxslərə müavinət Təhsil Nazirliyi tərəfindən verilsə də, hal-hazırda həmin səlahiyyət yuxarıda qeyd olunan hüquq normalarına əsasn hazırki iş üzrə cavabdeh inzibat orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənsubdur. Bu halda həmin məqsədlər üçün müavinətin ödənilməsi üçün dövlət büdcəsindən vəsait də məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülür. Qeyd olunan məqsədlərə dair Təhsil Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2024/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2024/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver