Məhkəmə qərarları › İş №2-1(118)-2025/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2025/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2025/2021 14.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Qafarova Ülviyyə Şəmşir qızının katibliyi, İdidaçı İddiaçı (işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” y/k ev37 mənzil 19-da yaşayan), Cavabdehin nümayəndəsi X1 (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, 28 May qəsəbəsi, 8-ci küçə ev 9-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 16.09.2021-ci il tarixli 19967 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh küçəsi, 70 ünvanda yerləşən məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 16.09.2021-ci il tarixli 19967 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə onda heç bir xəstəlik mövcud olmamışdır. 27 sentyabr 2020-ci ildə SHXÇDX-nın Abşeron rayon şöbəsi tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılmış və həkim komissiyasından keçirilərək hərbi xidmətə yararlı sayılmışdır. Xidmətə N saylı hərbi hissədə tağım komandiri kimi başlamışdır. 2020-cu ilin oktyabr ayının 20-də yaralanmış və Neftçala rayon Mərkəzi Xəstəxanasında müalicə olunarkən müayinə zamanı onda "insanın immun çatışmazlığı virusu" aşkar olunmuşdur. 16 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirimiş və ona "insanın immun çatışmazlığı virusu ilə yoluxma" diaqnozu qoyularaq "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və həmin xəstəliyi hərbi xidmətlə səbəbli əlaqəsi düzgün göstərilməmişdir, həmin xəstəlik onda hərbi xidmət zamanı yaranmışdır. Ona verilmiş 16.09.2021-ci il tarixli, 19967 nömrəli “Xəstəlik haqqında şəhadətnamə" dən görünür ki, o, 2020-ci ilin 27 sentyabr tarixdə hərbi xidmətə çağrılmışdır, xəstəlik isə onda 2021-ci ilin oktyabr ayının 31-də, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixində o hərbi xidmətə göndərilərkən həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adıçəkilən xəstəliyin əlamətləri onda аşкаг olunmayaraq hərbi xidmətə tam sağlam vəziyyətə yollanmışdır. Bununla bağlı o, cavabdehə müraciət edərək “Xəstəlik haqqında şəhadətnamə"də xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsini xahiş etsə də, onun müraciətinə 29.09.2021-ci il tarixli 1589 nömrəli məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı 16.09.2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən İddiaçı müəvvən edilmiş "İnsanın immun çatışmazlığı virusu ilə yoluxma." diaqnozu ilə olan xəstəli) in hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2. bəndinin e) yanmbəndinə əsasən "ümumi xəstəlikdir" kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkiııı eskpertizası haqqında Əsasnamənin» 1.8. bəndinə əsasən, «şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissivasina təqdim edilməsinə görə məsuliyyət müavinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkimmütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsulivyət daşıyır. Xəstəlik ilk dəfə İddiaçı 31.10.2020-ci il tarixdə Mərkəzi Hərbi Poliklinikasında müayinə zamanı aşkar edilmişdir. 13.11.2020-ci il tarixdə Respublika QİÇSlə Mübarizə Mərkəzində müayinədə olmuş və daimi qevdiyyata götürülmüşdür. SHXÇDXnin Abşeron rayon şöbəsinin 31.08.2021-ci il tarixli 957 nömrəli göndərişi ilə tibbi şəhadətləndirilmişdir. 16.09.2021-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş yoluxmaya görə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» «Xəstəliklər eədvəli»nin 5 «b» maddəsinin 111 qrafasına əsasən «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbihəkim ekspertizası haqqında Əsasnamənin" 7.2. bəndinin e) yarımbəndinə əsasən “Ümumi xəstəlikdir" kimi təyin edilmişdir. Xəstəliyin məhz hərebi xidmət dövründə yaranması öz təsdiqini tapmadığından iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfifnən verilmiş 31.08.2021-ci il tarixli arayışdan görünür ki, 1991-ci il təvəllüdlü ehtiyatda olan leytenat İddiaçı SHXÇDX-nin Abşeron rayon şöbəsi tərəfindən səfərbərliklə əlaqədar 29.09.2020-ci il tarixdə müddətli hərbi xidmətə göndərilmişdir. 29.09.2020-ci il tarixdən 14.01.2021 -ci il tarixədək N saylı hərbi hissələrdə xidmət etmişdir. N saylı hərbi hissədə xidmət edərkən döyüş zamanı 21.10.2020-ci il tarixdə “sol baldırın,sol biləngin travması” xəsarətləri almışdır. - İddiaçı aid EZ № N0007857 saylı hərbi biletdən görünür ki, o, 06.10.2020-ci il tarixdən 20.10.2020-cu il tarixədək Füzuli rayonu uğrunda gedən döyüşlərədə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14.01.2021-ci il tarixli əmri ilə tərxis olunmuşdur. -19976 saylı 08.09.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “insan immun çatışmazlığı virusu ilə yoluxma, hər iki gözün miopiyası, M10D nəticəsində itiliyinin 0,7-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyulmuş və xəstəliyin səbəbli əlaqəsi kimi «ümumi xəstəlikdir» göstərilmişdir; həkim mütəxəssisin qərarına əsasən o, “sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. İddiaçı müraciətinə cavab olaraq Mərkəzi Hərbi Həkim Komissiyası 29.09.2021-cı il tarixli 1589 saylı məktubunda bildirmişdir ki, Hərbi Həkim Komissiyasının yararlılıq haqqında qərarına əsasən iddiaçı “sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır” sayıldığından və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “ümumi xəstəlikdir” kimi düzgün təyin edildiyindən dəyişdirilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə görə hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, 6 Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Həmin bənddə nəzərdə tutulmuşdur ki, «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Yuxarıda qeyd olunan Əsasnamənin 7.2-ci bəndində həmçinin nəzərdə tutulmuşdur ki, «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göstərilən normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Məhkəmə araşdırması zamanı iddiaçının göstərilən xəstəliyə hərbi xidmətdən əvvəl yoluxmasına dair hər hansı sübut təqdim edilməmişdir. Onun bu xəstəliklə aktiv döyüş əməliyyatlarına göndərilməsi ağlabatan deyildir. Məhkəmə hesab edir ki, İddiaçı “insan immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinə hərbi xidmət dövründə yoluxması aşkardır. Cavabdehin həmin xəstəliyi “ümumi xəstəlikdir” kimi qiymətləndirilməsi əsassız hesab edilərək xəstəliyin səbəb əlaqəsi dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16.09.2021-ci il tarixli 19967 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immum çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən İddiaçı xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 16.09.2021-ci il tarixli 19967 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immum çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən İddiaçı xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar