Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2025/2022 26.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində ata adında düzəlişin edilməsi və onun əsasında doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şəxsiyyət vəsiqəsində göstərilən təvəllüdü ilə doğum akt qeydində göstərilən təvəllüdünün eyni olması və Laçın rayon Alxaslı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydində ata adında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirərək doğum akt qeydində ata adında düzəlişin edilməsi və onun əsasında doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin Cavabdeh ilə əvəz edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 30 iyun 2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin cavabdeh qsimində prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində Cavabdeh cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildə Laçın rayonu Alxaslı kəndində anadan olmuşdur. Hazıradək bütün şəxsi sənədlərində təvəllüdü 1971-ci il göstərilmişdir, lakin şəxsiyyət vəsiqəsində ona naməlum səbəbdən təvəllüdü “xx.xx.1974-cü il”, atasının adı əvəzinə isə anasının adı göstərilərək “Ulduz qızı” kimi qeyd edilmişdir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışlar. Ona və ailə üzvlərinin bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi Laçın rayonunda qalmışdır. O, müvafiq düzəlişin edilməsi üçün Cavabdehnə rəsmi şəkildə müraciət emiş, lakin ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Belə ki, şəxsiyyət vəsiqəsi ilə doğum akt qeydi arasında olan uyğunsuzluq səbəbindən problemlərlə üzləşir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - iddiaçıya məxsus AE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1974cü ildə Laçın rayonu Alxaslı kəndində anadan olmuşdur. - İddiaçıya məxsus nikahın bağlanması haqqında şəhadətnamədə, natamam orta təhsil haqqında şəhadətnamədə, orta təhsil haqqında attestatda iddiaçının adının “Mürvət” soyadının “Salahova” kimi qeyd olunduğu müəyyən edildi. - iddiaçının atasına məxsus evlənmək haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə adının “Əhliyyət” kimi qeyd olunduğu müəyyən edildi. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.1971-ci ildə Laçın rayonu Alxaslı kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1971-ci il tarixdə Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 40 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Cavabdehndən alınmış xx.xx.1971-ci il tarixli 40 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, uşağın doğum tarixi qrafasında “xx.xx.1971-ci il”, adı qrafasında “Mürvət”, soyadı qrafasında “Salahova”, ata adı qrafasında “Ulduz” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı doğum haqqında akt qeydində “X4”, doğum tarixinin xx.xx.1974-cü il qeydinin aparılması və müvafiq şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli 05/76-57/15 saylı məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X9: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının valideynləri X1 və X5 olmuşlar. İddiaçının doğum haqqında akt qeydi tərtib olunarkən “ata haqqında məlumat” qrafasında X1, ana qrafasında “X6” göstərilsə də, uşağın ata adı “Ulduz” kimi göstərilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və gələcəkdə iddiaçının doğum haqqında akt qeydi ilə digər şəxsi sənədləri arasında ziddiyyət yaranmadığı üçün doğum haqqında akt qeydində ata adında düzəliş edilərək onun əsasında müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. 19 iyun 1971-ci il tarixdə Laçın raonu Alxaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 40 N-li doğum haqqında akt qeydində X2 ata adının “Ulduz”dan “Əhliyyət”ə düzəliş edilməsi və bunun əsasında İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova