Məhkəmə qərarları › İş №2-1(118)-2027/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2027/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2027/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Məmmədova günel Etibar qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluğu keçmə illəri, sosial sığorta kapitalı, orta aylıq dövlət məvacibi miqdarı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının düzgün hesablanaraq (qanunvericiliyə uyğun olaraq hesablandıqda hər ay 1557 (min beş yüz əlli yeddi) manat əmək pensiyası) xx.xx.2022-ci il tarixindən təyin edərək və yaranmış məbləğ fərqini ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixindən etibarən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikasının gömrük orqaalannda çalışmışdır.xx.xx.2022-ci il tarixindən isə Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmışdır. Ona bu tarixdən etibarən ödənilən pensiyanın miqdarı 312 manat olmuşdur. Bu məbləğ qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq şəxsə ödənilməli olan pensiya məbləğindən xeyli aşağıdır və hesab edir ki, pensiya təyin edilərkən hesablama zamanı yanlışlığa yol verilmişdir, bu yanlışlığın aradan qaldırılması məqsədilə məhkəməyə müraciət edir. Belə ki, ona təyin edilən və ödənilən bu vəsait onun pensiya kapitalının sığorta hissəsindəki miqdara (46.000 manat) dövlət qulluqçusu olaraq sosial sığorta stajına və qulluq illərində aldığı əmək haqqı miqdarına uyğun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş pensiya məbləğinin hesablanması düsturuna əsasən (SH=PSK/T, YH=PYK/T, P-SH+YH) şəxsə 312,5 manat (üç yüz on iki manat əlli qəpik) yaşa görə əmək pensiyası düşür, Qanunun 20.1.7-ci maddəsinə əsasən isə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən “dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qamınu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlannda, həmçinin müvafiq icra hakimiyyəti orqanıma müəyyənləşdirdiyi siyahı üzrə Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətandaşhğma xitam verilmasi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə yaşa girə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər və iddiaçı 20 il müddətində gömrük orqanlarında xüsusi dövlət qulluğu keçdiyinə görə bu hüquqa malikdir.Onun üçün bu əlavənin məbləği qeyd edilən qanunun 29.11-ci maddəsinə əsasən müəyyən edilir, belə ki, bu məbləğ dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 20.11.2-ci maddəsinə uyğun olaraq hesablanır. Bu maddəyə əsasən dövlət qulluğu vazifasinda 15 ildən yuxan qulluq stajı olan şaxsa - dövlat mavacibinin orta aylıq məbləğinin 50% faizi miqdarında və 15 ildən yuxan qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80% faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanımla tayin edüan mmk pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödanilir. Qeyd edilmiş qaydaya əsasən hesablandıqda şəxsə 1557 (min beş yüz əlli yeddi manat) miqdarında pensiya ödənilməli otduğu görünür, qulluq stajının son 24 ayı nəzərə alınmaqla İddiaçı orta aylıq əməkhaqqı miqdarı 1946,3 (min doqquz yüz qırx altı manat otuz qəpik) edir. Onun qulluq illəri boyunca aldığı əməkhaqqı məbləğləri qoşma sənəddə öz əksini tapmışdır. Belə ki, orta aylıq məvacibin 50 %-i isə 973,15 manat edir, bu miqdar yaşa görə əmək pensiyası məbləği olan 312,5 manatın üzərinə gəlindikdə 1285,20 manat edir. Qulluq stajının son 5 ilin hər birinin orta aylıq məvacibinin 3%-i bu məbləğin üzərinə gəlinməlidir və alnımış məbləğ orta aylıq əmək haqqının 80%-ni aşmamalıdır. Orta aylıq əmək haqqının 80%-i isə 1557 (min beş yüz əlli yeddi manat) edir. Odur ki, İddiaçı yaşa görə hər ay əmək pensiyası olaraq 1557 (min beş yüz əlli yeddi) manat ödənilməlidir. Belə aydın olur ki, şəxsə yaşa görə əmək pensiyası hesablanıb təyin edilərək ödənilərkən onun dövlət qulluğu keçmə müddəti nəzərə alınmamışdır. Qeyd edilmiş məsələ ilə bağlı cavabdehə rəsmi müraciət edilmişdi, lakin qanunvericiliklə müəyyən, ohramuş 35 gündən artıq müddət keçməsinə baxmayaraq bir cavab verilməmişdir. Odur ki, hazırda məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 9 fevral 2022-ci il tarixli 26/2022 nömrəli məlumat vərəqəsində xidmət müddəti 21 il 6 ay 21 gün, vəzifə (Şimal Ərazi Baş Gömrük idarəsi, instruktor-kinoloq) maaşı 345,00 manat, rütbə (GXBL) maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi-122,25 manat, vəzifə maaşının 20 faizi miqdarında digər növ əlavəsi-69,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 712,25 manat göstərilmişdir. Bununla əlaqədar olaraq, 4 fevral 2022-ci il tarixdən (41,4 yaşından) İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin (712,25 manat) 53 faizi (20 ilə görə 50, 1 ilə görə 2 (1x2), 6 aya görə 1 faiz)- 377,49 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia ərizəsində istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18- dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) Həmin Qanunun 7-ci maddəsinə əsasən hazırda kişilərə münasibətdə pensiya yaş həddi 65 yaşdır.İstinad olunan Qanunun tələblərinə münasibətdə qeyd edilir ki, iş materiallarına əlavə olunan şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuşdur və o qanunla tələb olunan pensiya yaşına çatmamışdır, həmçinin iş materiallarında iddiaçının pensiya yaşına çatanadək orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi ilə bağlı sənədə rast gəlinmir. Göründüyü kimi, İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi işlədiyi son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki dövlət məvacibinin orta aylıq məbləği, dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla hesablanması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 52523,71 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 52523,71 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 427 (52523,71:427 (65 il-41 il 5 ay=283 ay+(144 ay)=123,01 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsi 123,01 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) əmək pensiyasına qulluq stajiına görə əlavə Qanunun 20.14.1-ci maddəsinə əsasən müəyyən edilən məbləğlə (377,49 manat) həmin qanunla təyin edilən əmək pensiyasının məbləği (123,01 manat) arasındakı fərq qədər 254,48 manat (377,49- 123,01) müəyyən edilir. Bu səbəbdən də İddiaçı əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: 1 əmək pensiyasının sığorta hissəsi-123,01 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi-254,48 manat olmaqla cəmi 377.49 manat Yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd etmək lazımdır ki, İddiaçı xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş, işlədiyi orqan tərəfindən göndərilmiş məlumat vərəqəsinə əsasən əmək pensiyası qanunun tələblərinə uyğun olaraq hesablanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi məsələyə münasibətdə isə dövlət qulluqçusu kimi pensiyanın hesablanması üçün müvafiq Qanunun tələblərinə uyğun olaraq iddiaçının yaş həddinə çatmaması və iş materiallarında əlilliyini sübut edən hər hansı sənədə rast gəlinməməsi səbəbindən İddiaçı əmək pensiyasının dövlət qulluqçusu kimi hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********8 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir . Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin **********8 nömrəli, xx.xx.2022-ci il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərin (sözügedən Qanunun 1.0.3-cü maddəsində göstərilən) pensiya təminatı ilə bağlı müddəalar Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə də şamil edilir. Sözügedən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanı ilə müəyyən edilib. X1 Komitəsinin adı qeyd olunub, yəni adıçəkilən xidmətdə qulluq keçən xüsusi rütbəli şəxslərin hərbi qulluqçulara bərabər tutulması müəyyən edilib. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçular və ya onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyası təminat xərcliyindən hesablanaraq təyin edilir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının 2.2.7ci maddəsinə əsasən qulluq stajına görə əlavələrin hesablanması üçün hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə yaşa görə, habelə onların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 23 avqust tarixli 135 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və formada həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi əmək pensiyasının təyin edilməsi üçün müraciət edilərkən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilməlidir. İddiaçıya dair pensiya işindən müəyyən olunur ki, onun təminat xərcliyi cəmi 712,25 manat göstərilmişdir. Cavabdeh tərəfindən 04 fevral 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin (712,25 manat) 53 faizi (20 ilə görə 50, 1 ilə görə 2 (1x2), 6 aya görə 1 faiz)-377,49 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehin pensiya təyinatından narazı qalaraq ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) kimi pensiyasının təyin edərək yenidən hesablanması niyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuşdur və o qanunla tələb olunan pensiya yaşına çatmamışdır, həmçinin iş materiallarında iddiaçının pensiya yaşına çatanadək orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi ilə bağlı sənədə rast gəlinmir. Belə olan halda iddiaçının əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi işlədiyi son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki dövlət məvacibinin orta aylıq məbləği, dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla hesablanması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Pensiya işindən müəyyən olunur ki, iddiaçının işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 52523,71 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. İddiaçı 52523,71 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 427 (52523,71:427 (65 il-41 il 5 ay=283 ay+(144 ay)=123,01 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsi 123,01 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) əmək pensiyasına qulluq stajiına görə əlavə Qanunun 20.14.1-ci maddəsinə əsasən müəyyən edilən məbləğlə (377,49 manat) həmin qanunla təyin edilən əmək pensiyasının məbləği (123,01 manat) arasındakı fərq qədər 254,48 manat (377,49-123,01) müəyyən edilir. Bu səbəbdən də cavabdeh tərəfindən İddiaçı əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: əmək pensiyasının sığorta hissəsi-123,01 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi-254,48 manat olmaqla cəmi 377.49 manat. Qeyd olunan qanunvericilik normalarının tələbləri nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən İddiaçı xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş, işlədiyi orqan tərəfindən göndərilmiş məlumat vərəqəsinə əsasən əmək pensiyası qanunun tələblərinə uyğun olaraq hesablanmışdır. Belə olan halda cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluğu keçmə illəri, sosial sığorta kapitalı, orta aylıq dövlət məvacibi miqdarı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının düzgün hesablanaraq (qanunvericiliyə uyğun olaraq hesablandıqda hər ay 1557 (min beş yüz əlli yeddi) manat əmək pensiyası) xx.xx.2022-ci il tarixindən təyin edərək və yaranmış məbləğ fərqini ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar