Məhkəmə qərarları › İş №2-1(118)-2029/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2029/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2029/2022 05.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun heç bir ölkənin vətəndaşı olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldıraraq “onun heç bir ölkənin vətəndaşı olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Gürcüstan Dmanisi rayonunda anadan olmuşdur. Lakin 1992-ci ildən qeydiyyatsız Azərbaycan Respublikası Abşeron rayonu Pirəkəşkül kəndində yaşayır. 1992-ci ildən ölkəni tərk etməyərək, Azərbaycan Respublikasında yaşamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun 25 avqust 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilməsi barədə 31 08.2020- ci il tarixli, ******* nömrəli arayış verilmişdir. Abşeron rayonu İcra hakimiyyəti Başçısının Pirəkəşkül kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1168 nömrəli, xx.xx.2020-ci il tarixli arayışında da, o, Abşeron rayon Pirəkəşkül kəndində 1992-ci il tarixdən qeydiyyatsız yaşamağı qeyd edilmişdir. Belə ki, yuxarıda qeyd etdikləri ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, 1992-ci ildən Abşeron rayonu Pirəkəşkül kəndində yaşamağını nəzərə alaraq, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021 -ciil tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun xx.xx.2020-ci il tarixli. 309547/m nömrəli müraciəti əsasında Azərbaycan Respublikasının 30.09 1998-ci ıl tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmağı barədə xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. O, Azərbaycan Respublikasında ailə həyatı qurmuş və övladları dünyaya gəlmişdir. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamənin surətini iddia ərizəsinə əlavə etmişdir. Onun yuxarıda qeyd etdiyi bütün bu faktları təsdiq edən şahidləri də vardır. Lazım gələrsə məhkəmə iclaslarında şahid qismində dindirilə bilərlər. 1992-ci ildən eyni ünvanda yaşamış və heç bir zaman Azərbaycan Respublikasını tərk etməmişdir. Buna görə də onun 1992-ci ildən bu günədək Azərbaycan Respublikası ərazisində daimi yaşamağı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələrdə baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunun 2.0.2-ci maddəsinə əsasən İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələryaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı onun heç bir ölkənin vətəndaşı olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsini istəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. İnzibati orqanın qanunsuz hərəkətlərindən isə inzibati məhkəmə icraatı qaydasında şikayət verə bilər. İddiaçının eyni zamanda Gürcüstan Respublikasının vətəndaşlığı ilə bağlı hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar