Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-203/2021 05.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 (SOCAR şirkətində mexanik işləyən, Sumqayıt şəhəri, Yaşıl dərə massivi fərdi yaşayış evində yaşayan) və İddiaçı2 (işləməyən, Sumqayıt şəhəri, Yaşıl dərə massivi fərdi yaşayış evində yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt “ASAN Xidməti” Mərkəzi qeydiyyat şöbəsinə qarşı xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 “Oktayzadə” soyadına dəyişdirilməklə müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt “ASAN Xidməti” Mərkəzi qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 “Oktayzadə” soyadına dəyişdirilməklə müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə İddiaçı2 ilə evlənmişdir. Həmin nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü Qəmzə və xx.xx.2020-ci il təvəllüdlü Rəvan adlı uşaqları anadan olmuşdur. Hazırda onlar uşaqlarının soyadının baba adına uyğun olaraq «Oktayzadə» soyadının daşımasını istəyirlər. Bu məqsədlə Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin cavabdeh inzibati orqan onun xahişini əsassız hesab edərək müraciətini təmin etməkdən imtina etmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etdi və İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - Sumqayıt şəhəri nikah evi tərəfindən verilmiş AZ-İ N 351566-li xx xxxxxxxx 2007 il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X10 və X7 rəsmi nikaha daxil olmuşlar. -Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV N177540-li xx.xx.2018-ci il tarixli və AZ-lV447640-li doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə, X5 isə xx.xx.2020-ci il tarixdə anadan olmuşlar, valideynləri İddiaçı1 və İddiaçı2dır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar övladlarının soyadının «Oktayzadə»yə dəyişdirilməsi üçün cavabdeh qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin sonuncu tərəfindən xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina belə əsaslandırılmışdır ki, soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Sözügedən imtina məktubu ilə razılaşmayan iddiaçılar məhkəməyə müraciət etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”n 4.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, uşağın soyadı yalnız valideynlərin soyadı ilə müəyyən edilir, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə icazə verilməsi isə yalnız soyad digər valideynin soyadına dəyişdirilərsə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi tərəfindən iddiaçıların iddia tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuş və iddiaçının hər hansı hüquqları pozulması təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, soyadının dəyişdirilməsi tələb olunan uşaqların valideynlərinin hər ikisinin soyadı onlara verilmiş nikah haqqında şəhadətnaməyə əsasən akt qeydləri kitabında müvafiq olaraq “Əhmədov” və “Əhmədova” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların uşaqlarının soyadının dəyişdirilməsi üçün əsas olan yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-203/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-203/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver