Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2032/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Sumqayıt şəhəri, 12-ci mikorayon ərazisində ticarət obyektinin tikintisi məqsədi ilə ayrılmış 48 kv m torpaq sahəsinin planlaşdırılması və şəhərsalma əsaslandırılmasının uyğunluq rəyinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 12-ci mikorayon ərazisində ticarət obyektinin tikintisi məqsədi ilə ayrılmış 48 kv m torpaq sahəsinin planlaşdırılması və şəhərsalma əsaslandırılmasının uyğunluq rəyinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikorayon ərazisində ticarət obyektinin tikintisi məqsədi ilə 48 kv m torpaq sahəsi iddiaçıya şəhid atası kimi Sumqayıt bələdiyyəsi tərəfindən ayrılmışdır. Bütün aidiyyəti orqanlar tərəfindən müsbət rəylər alınmışdır. Lakin bir ildən sonra ona bildirilmişdir ki, o təkrar bələdiyyəyə müraciət edərək hərrac və ya müsabiqədən keçməli və müvafiq icra hakimiyyəti orqanlarından rəylər almalıdır. O, Prezident Administrasiyasında qəbulda olduqda sonra sahimkarlıq obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 199 saylı xx.xx.2022-ci il tarixli sərəncamı verilmişdir. Beləliklə, o, həmin sahibkarlıq obyektinin tikintisini başa çatdırmışdır. Bundan sonra o, sənədləşmənin başa çatdırıması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmişdir. Həmin Mərkəz xx.xx.2022-ci il taixli məktubu ilə cavab vermişdir ki, tikinti işlərinin aparılması ərazi tikinti planlaşdırılması baxımından şəhərsalma norma və qaydalarına uyğun olmadığından ticarət tikinisi üçün şəhərsalma norma və qaydalarına uyğun ərazidə müvafiq torpaq sahəsinin seçilməsi və seçilmiş torpaq sahəsinə dair Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələnlərinə sasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş yerquruluşu və planı ilə birlikdə yenidən müracət etmək tövsiyyə edilir. Sumqayıt bələdiyyəsi isə artıq ərazidə tikilinin mövcud olması səbəbindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulam tikinti niyyətinin ərazsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəy alındıqdan sonra sənələşmə işlərinin davam etdiriləcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi V.Məmmədov iddianı müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş,lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, iş materiallarınə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə əvəz olunmasını xahiş etmişdir. Belə ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulam tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy vermək həmin Mərkəzin saəlahiyyətindədir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinni tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilələrək iddia tələbi üzrə cavabdehlik daşımalı olan şəxsin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi olması izah edilmişdir. Lakin iddiaçı və nümayəndəsi cavabdehin əvəz edilməsinə razı olmadıqlarını bildirərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşidirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-X1 3.1.15-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulam tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək həmin Mərkəzin saəlahiyyətindədir. Həmin Nizamnamənin 1.7-ci bəndinə əsasən qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə də müraciət etdiyini və həmin Mərkəzdən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə aldığını bildirsə də, həmin məktub məhkəməyə təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Sumqayıt şəhəri, 12-ci mikorayon ərazisində ticarət obyektinin tikintisi məqsədi ilə ayrılmış 48 kv m torpaq sahəsinin planlaşdırılması və şəhərsalma əsaslandırılmasının uyğunluq rəyinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2032/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2032/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver