Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2034/2021 29.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X15 oğlunun katibliyi ilə, İddiaçı Gülbaba oğlunun iştirakı ilə, İddiaçı Gülbaba oğlunun cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “Soyadının Qurbanov, adının Külbala deyil, Gülbala və ata adının X16 və ana soyadının Qurbanov deyil Rəhimov olması, soyadının Qurbanov, adının Gülbala, ata adının Gülbaba, atasınin X17 və anasının X18 olması, Soyadının Qurbanov, adının Gülbala, ata adının Gülbaba, atası X16 və anası X2 olması faktının müəyyən olunması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Gülbaba oğlu yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Gülbaba oğlu Azərbaycan Respublikası Şamaxı rayon Qeydiyyat şöbəsinə adının Külbala deyil, Gülbala olmasını və ata qrafikasında boş olmasını, atasının X16 və ananın soyadının Qurbanova deyil, Rəhimova kimi qeyd olunması ilə bağlı olan səhvlərin düzəliş edilməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, Azərbaycan Respublikası Şamaxı rayon Qeydiyyat şöbəsinə adının Külbala deyil,Gülbala olmasını və ata qrafikasında boş olmasını, atasının X12 və ananın soyadının Qurbanova deyil, Rəhimova kimi qeyd olunması ilə bağlı olan səhvlərin düzəliş edilməsi qeyri-mümkündür. Sənədlərdə uyğunsuzluq olduğu üçün və hüquqi faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Şamaxı regional "Asan xidmət" X11 verdiyi, 17.09.2021-cı il tarixli,05/Q-368/6 saylı Arayışdan görünür ki,İddiaçı Gülbaba oğlu 07.07.1947-cı ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur. Şamaxı rayonu Göylər kənd İcra nümayəndəliyi tərəfindən 57 N-li doğum haqqında akt qeydi tərtib edilmiş, Atası və milliyyəti qrafası boş, anası qrafasında X13, milliyyəti qrafasında azərbaycanlı qeyd edilmişdir. Azərbaycan Respublikası Şamaxı rayon, Göylər kənd İcra nümayəndəliyi tərəfindən verilmiş, 29 sentyabr 2021-cı il tarixli, 335 saylı Arayışdan görünür ki, X3 aşağıdakı ailə tərkibi olmuş, X1 1920-cı ildə anadan olub, 1967-cı ildə Şamaxı rayonu Göylər kəndində vəfat etdiyi, anası X6 1930-cı ildə anadan olub, 2004-cü ildə Şamaxı rayonu Göylər kəndində vəfat etdiyi, bacısı X7 25.01.1952-cı ildə anadan olduğu, bacısı X5 20.07.1954cü ildə anadan olduğu, qardaşı X9 25.07.1962-cı ildə anadan olduğu qeyd edilmişdir. Azərbaycan Respubilkası Şamaxı rayon, Göylər kənd Sovetliyi tərəfindən verilmiş, 22 fevral 1952-cı il tarixli Doğum haqqında Şəhadətnamədə 25.01.1952-cı ildə anadan olmuş, X14, X4 və anası X18 olduğu qeyd edilmişdir. Azərbaycan Respubilkası Şamaxı rayon, Göylər kənd Sovetliyi tərəfindən verilmiş, 13 noyabr 1967-cı il tarixli Doğum haqqında Şəhadətnamədə 20.07.1954-cü ildə anadan olmuş, X10, X4 və anası X18 olduğu qeyd edilmişdir. Şamaxı RPŞ tərəfindən verilmiş Seriya Seriyası AZE № 03886147 olan, Şəxsiyyət vəsiqəsində 25.01.1952-cı ildə anadan olmuş, X14 olduğu qeyd edilmişdir. Şamaxı RPŞ tərəfindən verilmiş Seriya Seriyası AZE № 03400093 olan, Şəxsiyyət vəsiqəsində 25.01.1952-cı ildə anadan olmuş, X10 olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçıya izah edilmişdir ki, hüquqi faktın təsdiq edilməsi ilə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. İnzibati orqanın qanunsuz hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İddiaçı rayon məhkəməsində onu işinə baxmadıqlarını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, soyadının Qurbanov, adının Külbala deyil, Gülbala və ata adının X16 və ana soyadının Qurbanov deyil Rəhimov olması, soyadının Qurbanov, adının gülbala, ata adının Gülbaba, atasınin X17 və anasının X18 olması, Soyadının Qurbanov, adının Gülbala, ata adının Gülbaba, atası X16 və anası X2 olması faktının müəyyən olunmasını istəyir. Faktın təsdiq edilməsini məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının soyadının Qurbanov, adının Külbala deyil, Gülbala və ata adının X16 və ana soyadının Qurbanov deyil Rəhimov olması, soyadının Qurbanov, adının gülbala, ata adının Gülbaba, atasınin X17 və anasının X18 olması, Soyadının Qurbanov, adının Gülbala, ata adının Gülbaba, atası X16 və anası X2 olması faktının müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. İnzibati orqanın qanunsuz hərəkətlərindən isə inzibati məhkəmə icraatı qaydasında şikayət verə bilər. İddiaçıya izah edilsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə edilmiş dəyişikliklər həmin fakt təsdiqi vəya digər formada mövcud olan hüquq müdafiə vasitələrindən istifadəni istisna etmir. Qeydiyyat şöbələrinin imtinaları əsaslı olduğu halda, inzibati məhkəmələrə faktı təsdiq edərək iddianı təmin etmək etmək inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. Bu halda iddianın uğurluluq ehtimalı nəzərə alınaraq hüquq müdafiə vasitəsi seçilməsi və vəkil yardımından istifadə edilməsi məqsədəmüvafiq hesab edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(118)-2034/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2034/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver