Məhkəmə qərarları › İş №2-1(118)-2035/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2035/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2035/2021 25.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ona məxsus ipoteka predmeti olan ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş ünvan 1 ünvanda yerləşən 0,049 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına onun tələbkar Babaşov Akif Əliabbas oğluna olan 53000 manat məbləğində borcunun ödənilməsinə dair Ali Məhkəmənin 2(102)-1390/2021 saylı, 15.03.2021-ci il tarixli icra vərəqəsi 13 iyul 2021-ci il tarixdə Cavabdeh icraatına daxil olan və həmin tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş icra işi üzrə icraatın dayandırılması tələbinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq ona məxsus ipoteka predmeti olan ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş ünvan 1 ünvanda yerləşən 0,049 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində erləşən fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına onun tələbkar Babaşov Akif Əliabbas oğluna olan 53000 manat məbləğində borcunun ödənilməsinə dair Ali Məhkəmənin 2(102)-1390/2021 saylı, 15.03.2021-ci il tarixli icra vərəqəsi 13 iyul 2021-ci il tarixdə Cavabdeh icraatına daxil olan və həmin tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş icra işi üzrə icraatın dayandırılması tələbinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 25 oktyabr 2021-ci il tarixdə məhkəməyə iddiaçının nümayəndəsi X1 tərəfindən “təqdim edilmiş sənədlərin geri qaytarılması”na dair ərizə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının nümayəndəsinin ərizənin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar