Məhkəmə qərarları › İş №2-1(118)-2035/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2035/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2035/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 0,0915 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə daşınmaz əmlakın dövət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 0,0915 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə daşınmaz əmlakın dövət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən biri bir mərtəbə, digəri iki mərtəbə olmaqla 2 fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evləri xx.xx.2013-cü il tarixində verilmiş 1 Çıxarış üzrə 0,0915 ha torpaq sahəsinin üzərində yerləşir. O, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinə dair arxiv əsaslarında saxlanılan 14072 reyestr və 321 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında fərq olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina edilmişdir. Torpaq sahəsinin faktiki yerləşməsi ilə 1987-ci il tarixli texniki pasport üzrə konfiqurasiyası arasında cuzi fərq olmuşdur. Belə ki, həyətə daxil olduqda üzbəüz qalan tərəf 1,04 metr artmış (1987-ci il tarixli sənəddəki xəritədə 33.3 metr, sonuncu sənəddəki xəritədə 34.34 metr), həyətə daxil olduqda sol tərəf isə 3,49 metr artmış (1987-ci il tarixli sənəddəki xəritədə 29.8 metr, sonuncu sənəddəki xəritədə 33.29metr), həyətə daxil olduqda sağ tərəf isə 1,02 metr azalmışdır (1987-ci il tarixli sənəddəki xəritədə 21.50 metr, sonuncu sənəddəki xəritədə 20.48 metr). Torpaq sahəsinin şimal tərəfində isə onun ziyanına əhəmiyyətli azalma olmuşdur (Xərtilərin şimal hissəsi girintili-çıxıntılı olduğundan qeyd etməyi zəruri saymadım). Sonuncu sənəddəki göstəricilər peyk vasitəsilə qeydə alınmış, 1987-ci ildəki xəritədəki göstəricilər isə əl yazmadır. O, 1971-ci ildən orada yaşayır və həmin vaxtdan həyətin yan hasarlarında heç bir yerdəyişmə etməmişdir. Torpaq sahəsinin şərq və qərb tərəfləri yol (küçə), şimal və cənub tərəfləri qonşuların torpaq sahələridir. Qonşularla heç vaxt torpaq və digər mübahisələri olmamışdır. Əksinə torpaq sahəsi sonuncu texniki passportda 17,2 kv.m kiçilmişdir. Bu isə onu göstərir ki, hər hansı cüzi olan konfiqurasiya dəyişikliyi onun əleyhinə olmuşdur. Onun bu cüzi azalma barədə tələbi yoxdur. Yalnız torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınmasını istəyir. Azərbaycan Respublikasının Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndindən görünür ki, üzərində mülkiyyət hüquqları qeydiyyatda alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki parport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnu təsdiq edən sənəddir. Mülkiyyət hüququnun qeyd edilməsini xahiş etdiyi torpaq sahəsi göstərilməklə fərdi yaşayış evinə texniki pasport 1987-ci ildə verilmişdir. İdarə Daşınmaz Əmlakən Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi ünvanında İddiaçı məxsus 1 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 06 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinə dair arxiv əsaslarında saxlanılan 14072 reyestr və 321 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında fərq olduğu aşkar edilmişdir. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respqblikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın) (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - 3081/370 inventar nömrəli, fevral 1998-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, Xırdalan şəhəri, F.Əhmədov küçəsi ünvanında yerləşən 1 saylı evin texniki pasportu tərtib edilmiş və həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 932,2 kv.m göstərilmişdir. - 02 iyul 2002-ci il tarixli “Şəxsi mənzilin bağışlanması” haqqında müqavilənin surətindən görünür ki, X3 tərəfindən Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun xx.xx.2002-ci il tarixli 5439 saylı arayışına və 14072 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Abşeron rayonu, Xırdalan qəsəbəsi F.Əhmədov küçəsi 1 saylı ev İddiaçı bağışlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 321 inventar nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi F.Əhmədov küçəsi 1 saylı ev mülkiyyət hüququ əsasında İddiaçı adının qeydiyyata alınmışdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi F.Əhmədov küçəsi 1 saylı ev mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Abşeron rayonu, Xırdalan qəsəbəsi F.Əhmədov küçəsi 1 saylı evə dair tərtib edilmiş **********63-10301 reyestr nömrəli Texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, həmin texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0,0915 ha göstərilmişdir. - Cavabdehin 16 may 2022-ci il tarixli bilirişindən görünür ki, iddiaçının Xırdalan şəhəri, F.Əhmədov küçəsi ünvanında yerləşən 1 saylı evin yerləşdiyi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi F.Əhmədov küçəsi 1 saylı evin yerləşdiyi 0,0915 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16 may 2022-ci il tarixli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtinanın əsası kimi sözügedən fərdi yaşayış evinə dair arxiv əsaslarında saxlanılan 14072 reyestr və 321 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında fərq olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassızdır. Belə ki, sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş 3081/370 inventar nömrəli, fevral 1998-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 932,2 kv.m qeyd edilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında fərqin nədən ibarət olması barədə ətraflı məlumat verilməsi üçün cavabdeh inzibati orqana sorğu göndərilmiş, məhkəməyə həmin sorğu əsasında daxil olmuş torpaq sahəsinin sənəd üzrə faktiki vəziyyətini göstərən sxemdən müəyyən olunmuşdur ki, faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında ölçü fərqi vardır. Belə ki, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü sənəd üzrə torpaq sahəsinin ölçüsündən azdır və iddiaçı onun faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsaslı hesab edir. Eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsası hesab olunur. 3081/370 inventar nömrəli, fevral 1998-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 1987-ci ildə tərtib edilmişdir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları yarandığından, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 0,0915 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 0,0915 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxaırşın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar