Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2036/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X4 qarşı “cavabdehin 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərarının ləğv edilməsi, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, ********** VÖEN nömrəsi ilə kommersiya fəaliyyət ilə məşğul olur. Cəmiyyətin əsas fəaliyyəti quru meyvələrin və çərəz məhsullarının idxal olunması və ölkədə satılmasının həyata keçirilməsindən ibarətdir. “Alıcı” adlanacaq İddiaçı ilə “satıcı” adlanacaq Türkiyə Respublikasında fəaliyyət göstərən “Santa Vita. X11 İNS.X14.San. Ve Tic.LTD.STİ” şirkəti və “Malgöndərən” adlanacaq İran İslam Respublikasının vətəndaşı X15 arasında xx.xx.2024-cü il tarixli VAL 2024/07 sayh “Alqısatqı” müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndi ilə razılığa gəlinmişdir ki, malın keyfiyyəti müvafiq standartlara uyğun olmalıdır.Müqavilənin 1.4-cü bəndinə görə malın çeşidi, komplektləşdirilməsi, keyfiyyəti və dəyəri hazırkı müqavilənin ayrılmaz hissəsi olan siyahılarda (Spesifikasiyalarda) müəyyən olunur.İddiaçı MMC tərəfindən bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən “Santa Vita. X11 İNS.X14.San. Ve Tic.LTD.STİ” şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli E-Arşiv Fatura sənədi ilə Püstə, Qurudulmuş Çiyələk, Xurma, qurudulmuş gül tumurcuqlan məhsulları alınmışdır.İddiaçı MMC tərəfindən alınmış məhsullara idxal sağlamlıq aktının verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə müraciət olunmuşdur.Cəmiyyət tərəfindən alınmış Püstə, Qurudulmuş Çiyələk, Xurma, qurudulmuş gül tumurcuqlan məhsullarına idxal sağlamlıq aktının verilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasına Püstə, Qurudulmuş Çiyələk, Xurma, qurudulmuş gül tumurcuqlan məhsullarının laborator analizinin aparılması üçün götürülmüş nümunələr AZ-20011379/LAB01-24110-T nömrəli təhvil təslim aktı ilə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alınmış məhsullarından nümunələr xx.xx.2024-cü il tarixdə AZ- 20011379/LAB01-24110 nömrəli aktla götürülmüşdür. Məhsullardan götürülmüş nümunələr xx.xx.2024-cü il tarixdə laboratoriyaya təqdim olunmuşdur. Həmin tarixdən sınaq başlanmış və xx.xx.2024-cü il tarixdə sınağın nəticələri bitmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyası tərəfindən aparılmış sınağın nəticələrinə dair xx.xx.2024-cü il tarixli AZ-20011379/LÄB01-24110-T-110 nömrəli “Sınaq protokolu” tərtib olunmuşdur. Aparılmış snağın nəticələrinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli AZ-20011379/LAB01-24110-T- 110 nömrəli “Sınaq protokolu”na əsasən götürülmüş Nümunə 0009: Qurudulmuş Çiyələk məhsulunun Kükürd dioksidin kütlə payı normativ standart tələbi 500.0 olmalı halda, sınağın nəticəsində Kükürd dioksidin kütlə payının 954.3 olduğu müəyyən olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyası tərəfindən Qurudulmuş Çiyələk məhsulunun həmin nümunə götürülmüş partiyasının smaq nəticələrinin qiymətləndirilməsi ilə Uyğun olmaması (uyğun deyil) barədə protokol vermişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə İddiaçı MMCyə 3-44-2/2-684/2024 nömrəli məktub göndərilərək İD********** nömrəli, 25 06 2024-cü il tarixli müraciətlə idxal olunan qida məhsullarına idxal sağlamlıq aktının verilməsi məqsədi ilə Qida Təhlükəsizim haqqında Azərbaycan Respublikası Qanununun 29.1.5-ci maddəsinə əsasən məhsullardan nümunə götürüldüyü və tədqiq olunması üçün smaq laboratoriyasına göndərildiyi, təqdim edilmiş nümunələrdə kükürd dioksidin kütlə pavınm (ç/o) sınaq göstəriciləri üzrə laboratoriya nəticəsində uğunsuzluq aşkar edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərar qəbul olunmuşdur. Bölmə tərəfindən 11 iyul 2024-cü il tarixdə qəbul olunmuş M 0724-34 nömrəli qərara əsasən İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli İD İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş, qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilməsi qərara alınmışdır.Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyası tərəfindən aparılmış sınağın nəticələrinə dair xx.xx.2024-cü il tarixli AZ- 20011379/LAB01-24110-T-l 10 nömrəli “Sınaq protokolu”, 11 iyul 2024-cü il tarixli 3-44-2/2- 684/2024 nömrəli “məhsul partiyası barədə çıxarılmış qərar haqqında” məktubu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X2 11 iyul 2024-cü il tarixli M 0724-34 İNb-li qərara eyni tarixdə tərtib olunmaqla, eyni gündə iddiaçının ünvanına göndərilmişdir.İddiaçı MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “Santa Vita. X12 İNS.X14.San. Ve Tic.LTD.STİ” şirkəti və İran İslam Respublikasının vətəndaşı X15 arasında bağlanmış xx.xx.2024-cü il tarixli VAL 2024/07 saylı “Alqı-satqı” müqaviləsinin 2.1.2-ci bəndi ilə razılaşdırılmış İnvoys, qablaşdırma vərəqi, mənşə sertifikatı, gigiyenik sertifikatı, keyfiyyət vəsiqəsi, fıtosanitar sertifikatı sənədləri ilə alınmış malların keyfiyyətinin normalara uyğun olduğu üçün göndərilməsi nəzərə alınmış və tərəfindən malı satan və göndərənlə əlaqə saxlanılmışdır. Göndərilmiş məhsulların laboratoriya analizindən keçirildikdən sonra ixrac olunmasına icazə verildiyi bildirilmişdir. Türkiyə Respublikasında fəaliyyət göstərən “Santa Vita. X11 İNS.X14.San. Ve Tic.LTD.STİ” şirkəti vasitəsi ilə İran İslam Respublikası vətəndaşı X15 tərəfindən malların ixracatına dair 23 iyun 2024-cü il tarixli Fitosanitariya sertifikatı ilə malların keyfiyyətli, sağlam olması və ixracatına icazə verilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Mİlli Referans Laboratoriyasının apardığı sınağın nəticələrinə dair xx.xx.2024-cü il tarixli AZ- 20011379/LAB01-24110-T-l 10 nömrəli “Sınaq protokolu”nun qeyd hissəsində “Sınağın nəticələrinə etiraz 7 iş günü müddətində X3 müvafiq şöbələrinə bildirilməsi və müəyyən edilmiş müddətdən sonra şikayətlərin əsassız sayılması və qəbul edilmədiyi göstərildiyindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasına laborator analizin nəticəsinə dair şikayət göndərərək İddiaçı MMC tərəfindən alınmış qurudulmuş Çiyələk məhsullarının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasında analizin aparılması üçün laborator əməkdaşlarının iştirakları ilə nümunələrin götürülməsini və laboratoriyada smağm aparılmasının təmin edilməsi, qurudulmuş Çiyələk məhsulunun nümunələrinin götürülməsi zamanı nümayəndənin iştirakı ilə “Şahid” nümunələrin götrülməsi, qanunla müəyyən olunmuş qaydada saxlanmasının təmin edilməsi xahiş olunmuşdur. xx.xx.2024-ci il tarixdən ötən müddət ərzində şikayətinə baxılmasının nəticəsi barədə məlumat verilməmiş, analizin aparılması üçün laborator əməkdaşlarının iştirakları ilə nümunələrin götrülməsi, laboratoriyada sınağın aparılması təmin edilməmiş qurudulmuş Çiyələk məhsulunun nümunələrinin götrülməsi zamanı nümayəndəsinin iştirakı ilə “Şahid” nümünələrin götrülməsi, qanunla müəyyən olunmuş qaydada saxlanmasının təmin edilməmişdir. Cavabdeh tərəfindən 31 iyul 2024-cü il tarixli 3-44-2/2-780/2024 nömrəli məktub göndərilərək bölmənin 11 iyul 2024-cü il tarixli M 0724-34 Ns-li “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında qərarın icrasının xx.xx.2024-cü il tarixinədək təmin edilməsi tələb edilmişdir. Qərarın icarsı həmin tarixədək təmin olunmayacağı təqdirdə İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tədbir görüləcəyi bildirilmişdir.Cavabdeh tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının xx.xx.2024-cü il tarixli AZ-20011379/LAB01-24110-T-l 10 nömrəli “Sınaq protokolu”, 11 iyul 2024-cü il tarixli 3-44-2/2- 684/2024 nömrəli “məhsul partiyası barədə çıxarılmış qərar haqqında” məktubu və bölmənin 11 iyul 2024-cü il tarixli M 0724-34 nömrəli qərarı ona təqdim olunduqdan sonra alınmış qurudulmuş Çiyələk məhsulunun Türkiyə Respublikasında fəaliyyət göstərən laboratoriyada analizinin aparılması təşkil olunmuşdur.Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin SGS X1 xx.xx.2024-cü il tarixli Analiz Hesabatı ilə qurudulmuş Çiyələkdə Kükürd dioksidin kütlə payı 492.14% 21.65 olduğu müəyyən olunmuşdur. Çiyələkdə Kükürd dioksidin kütlə payı 492.14 olması isə norma daxilindədir. X5 tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasının Sınaq Laboratoriyasının xx.xx.2024-cü il tarixli AZ-20011379/LABO1-241.10-T-l 10 nömrəli sınaq protokolu ilə sınağın nəticələrinə etiraz etmək, 7 iş günü müddətində X3 müvafiq şöbələrinə bildirilməsinə dair hüquqları pozulduğundan və İddiaçı MMC-yə göndərilmiş qurudulmuş Çiyələk məhsulunun Türkiyə Respublikasında aparılmış laborator müayinələri ilə uyğunsuzluq təşkil etmişdir. Qurudulmuş Çiyələk məhsulunun Milli Referans laboratoriyasının Smaq Laboratoriyasının 11. 07. 2024-cü il tarixli AZ-20011379/LABO 1- 24110-T-l-10 nömrəli sınaq protokolu ilə Kükürd dioksidin kütlə payı normativ standartdan artıq ( 954.3) olmasının aşkar edilməsi və qida üçün yararsız hesab edilməsi və laboratoriya müayinəsinin nəticəsinə uğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 11 iyul 2024-cü il tarixdə qəbul olunmuş M 0724-34 nömrəli qərarı ilə malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərarım qanunsuz hesab edir.Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasının Sınaq Laboratoriyasının xx.xx.2024-cü il tarixli AZ- 20011379/LAB01-24110-T-110 nömrəli sınaq protokolunda laboratoriya tərəfindən qeyd edilmişdir ki, “Genişləndirilmiş ölçmə qeyri-müəyyənliyi sonunda tapılan dəyər, k-2 olaraq götürülmüş əhatə faktoru ilə vurulur və 95% güvən təmin edən dəyərdir. Sınaq nəticəsi yalnız laboratoriyaya təqdim olunmuş nümunəyə aid edilir. Bu sınaq protokolunun heç bir hissəsi tək və ya ayrıca istifadə edilə bilməz, yazılı icazə olmadan çoxaldıla bilməz. Nümunə götürmə prossesi laboratoriya tərəfindən həyata keçriİm ədiyi üçün göndərilən nümunənin, partiyanı və ya bütün nümunəni təmsil etməsi məsuliyyəti laboratoriyaya aid deyildir. Nümunə ilə əlaqəli məlumatlar sifarişçi tərəfindən təqdim edilmişdir və bu məlumatlar analizin nəticələrinə təsir etdiyi halda, laboratoriya nəticələrdəki hər hansı bir xəta və ya kənarlaşma üçün məsuliyyət daşımır və bu halda sifarişçi analiz nəticəsinə etiraz etmək hüququndan imtina etmiş sayılır”. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X2 xx.xx.2024-cü il tarixli 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərarının qeyd hissəsində qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 30 gün müddətində inzibati qaydada məhkəməyə şikayət verilə bilməsi qeyd olunmuşdur. Həmin qərar İddiaçı MMCyə daxil olduğu tarixdən cavabdehə müraciət olunmuşdur. Müraciətlərinə cavab verilməmişdir.İddiaçı tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin X4 Türkiyə Respublikasında fəaliyyət göstərən “Santa Vita. X11 İNS.X14.San. Ve Tic.LTD.STİ” şirkəti və İran İslam Respublikasının vətəndaşı X15 tərəfindən göndərilmiş “qurudulmuş Çiyələk məhsulundan təkrar nümunələrin götürülməsinə dair iddiaçının müraciətlərinə cavab verilməsi, təkrar müayinələrin aparılmaması və ya nümunələrin götürülməməsi qanunsuzdur.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X5 tərəfindən şübhəli halların aradan qaldırılması üçün tərəfimizdən təkrar nümunələrin götürülməsi, müayinə aparılmasından imtina olunması və laboratoriya müayinələrinin təkrar aparılmasından imtina edilməsi qanunsuz və əsassızdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə İran İslam Respublikasından idxal edilmiş netto çəkisi 198, brutto çəkisi 210 kq olan qurudulmuş çiyələk qurusu məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölməyə müraciət daxil olunmuşdur..Qeyd edir ki, həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölmənin əməkdaşı tərəfindən nümunə götürülərək Azərbaycan X3 müvafiq laboratoriyasına təqdim edilmişdir.Sınaq nəticəsi standart normativ tələblərə uyğunsuz olduğu üçün idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş və həmin məhsul partiyası ilə bağlı regional bölmə tərəfindən xx.xx.2024-cü il tarixli M 0724-34 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC tərəfindən həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi və xx.xx.2024-cü il tarixli M 0724-34 nömrəli qərarın ləğv edilməsi ilə bağlı İnzibati Məhkəməyə şikayət verilmişdir.Bildirir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməsi və ekspertizanın həyata keçirilməsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə tapşırılması barədə xx.xx.2024-cü il tarixli 2-1(118)-5613/2024 nömrəli qərardad qəbul edilmişdir. Bununla bağlı olaraq, regional bölmənin əməkdaşı tərəfindən İddiaçı MMC-nin iştirakı ilə qanunamüvafiq olaraq həmin məhsul partiyasından yenidən nümunə götürülmüş, Azərbaycan X3 müvafiq laboratoriyasına təqdim edilmişdir. Lakin sınaq nəticəsi standart normativ tələblərə uyğunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 42 saylı kollegiya qərarına əsasən, kükürd- dioksidin miqdarı 500-dür. Lakin sınaq nəticəsində həmin məhsul partiyası ilə bağlı məhsul partiyasının tərkibində kükürd-dioksidin miqdarı 974.4 çıxmış və sınaq nəticəsi Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmişdir. İddiaçı MMC yuxarıda qeyd edilmiş sınaq nəticələri ilə razılaşmamış, məhsul partiyasına idxal sağlamlıq aktının verilməsini və M 0724-34 nömrəli qərarın ləğv edilməsini məhkəmə prosesi zamanı irəli sürmüşdür. Həmçinin İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə prosesi zamanı həmin məhsul partiyasından məhkəmədənkənar və Qida Təhlükəsizliyi Agentliyinin iştirakı olmadam müstəqil şəkildə müvafiq laboratoriyada sınaqdan keçirilməsinin və sınaq nəticəsinin normativ tələblərə uyğun olduğunu bildirmişdir. Bu hal obyektivliyi əks etdirmir və həqiqətə uyğun deyil.Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X9 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli, 11 iyul 2024-cü il tarixli Qərarın surəti, cavabdehin etirazı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasının Sınaq Laboratoriyasının xx.xx.2024-cü il tarixli AZ-20011379/LAB01- 24110-T-110 nömrəli sınaq protokolunun surəti, Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin SGS X1 xx.xx.2024-cü il tarixli analiz hesabatı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu (Qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi) maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi Qaydalarına əsasən, qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski Agentlik tərəfindən sübut olunduqda yol verilir və həmin Agentlik qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmaması və ya təhlükəlilik əlamətləri aşkar edildikdə məhsullardan nümunələrin götürülməsini və tədqiq (sınaq) üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyaya təqdim olunmasını təmin edir. Geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsullarının sonradan birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar həmin qida və yem məhsullarının tədqiqi (sınağı) əsasında Agentlik tərəfindən qəbul edilir. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəsiz hesab edildikdə, Agentliyin qərarı əsasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılmaqla birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılır. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən qida və yem məhsullarının isə Agentlik tərəfindən utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü (Yoxlamaların vahid reyestri) maddəsinə əsasən, (13.1) Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. (13.2) Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (13.3) Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3-cü (reyestrin forması) maddəsində isə aşağıdakılar göstərilmişdir:3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlar, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. 3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən).3.3. Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);3.3.2. hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin (qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), hüquqi ünvanı, elektron ünvanı (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);3.3.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) FİN-i, soyadı, adı, atasının adı, vergi uçot məlumatlarına əsasən ünvanı, əsas fəaliyyət növü, elektron ünvanı (təsərrüfat obyektləri olduqda, onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);......3.6. Bu Əsasnamənin 3.2.1-3.2.3-cü və 3.4.1-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 3.3.1-3.3.5-ci, 3.4.15-ci və 3.4-1.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3.3.6-cı yarımbəndi üzrə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 3.3.7-ci, 3.4.2-3.4.14-cü, 3.4.16-3.4.21-ci, 3.4-1.1-3.4-1.4-cü, 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndləri üzrə məlumatları yoxlayıcı orqanlar, 3.5-ci bəndi üzrə məlumatları isə sahibkarlar Reyestrə daxil edirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə İran İslam Respublikasından idxal edilmiş netto çəkisi 198, brutto çəkisi 210 kq olan qurudulmuş çiyələk qurusu məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölməyə müraciət etmiş, cavabdeh tərəfindən məhsuldan nümunə götürülərək Azərbaycan X3 müvafiq laboratoriyasına təqdim edilmişdir. Sınaq nəticəsi standart normativ tələblərə uyğunsuz olduğu üçün idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş və həmin məhsul partiyası ilə bağlı regional bölmə tərəfindən xx.xx.2024-cü il tarixli M 0724-34 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC tərəfindən həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi və xx.xx.2024cü il tarixli M 0724-34 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi məhsul müvafiq ölkədə laboratoriyadan keçdikdən sonra satışa uyğunluğu yoxlanıb dövriyyəyə buraxılmışdır. İş materiallarından görünür ki, mübahisəli məhsul barəsində Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin SGS X1 xx.xx.2024-cü il tarixli Analiz Hesabat verilmiş və qurudulmuş Çiyələkdə Kükürd dioksidin kütlə payı 492.14% 21.65 olduğu müəyyən olunmuşdur. Çiyələkdə Kükürd dioksidin kütlə payı 492.14 olması isə norma daxilindədir kimi rəy verilmişdir. Yəni məhsulun tükədilməsində hər hansı maneə mövcud olmamışdır. İddiaçı da qanuni əsaslarla həmin məhsulu almış və kommersiya fəaliyyətini həyata keçirmək hüququna malikdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilmişdir ki, (18.3) Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Qanununun 18.5-ci maddəsinə əsasən yoxlanılan sahibkar və ya onun səlahiyyətli nümayəndəsi yoxlamanın dayandırılması haqqında qərarla tanış edilməli və bu barədə yoxlama aktında qeydlər aparılmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü (Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə görülən tədbirlər) maddəsinə uyğun olaraq qəbul edilməli və bu zaman həmin Qanunun 32-ci (Yoxlama materiallarına baxılması) maddəsi də nəzərə alınmalı idi. Lakin, cavabdeh orqan həmin qərarı onun iştirakını təmin etmədən qəbul etmiş, yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərar həmin Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən çıxarılır. Qanunun 31.1-ci maddəsində göstərilən akt isə yoxlama aktıdır. Bu aktla yoxlamanın nəticələri rəsmiləşdirilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanuunun 16-cı maddəsinə görə istifadəyə yararsız, yaraddıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Qanunla müəyyən olunmuşdur ki, aşağıdakılardan hər hansı birinə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur: qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən; üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən; mənşəyi məlum olmayan, saxtalaşdırılmış; üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş;markalanmasma dair məcburi tələblərə cavab verməyən. Qanunun 23-cü maddəsinə görə yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi ilə bağlı mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə görə fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq, agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək agentliyin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 11 iyul 2024cü il tarixli tarixli M 0724-34 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməli və İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X4 həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X2 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərarı edilsin. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X4 həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2-1(118)-2036/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2036/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver