Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2037/2023 09.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı “iddiaçıların üçüncü övladı xx.xx.2022-ci ildə, saat 19:25-də doğulmuş oğlan uşağına Əbulfəzl adının verilməsinin cavabdehə həvalə edilməsi, uşağa doğum haqqında şəhadətnamə verilərkən adının Əbulfəzl, ata adının Anar, soyadının Rzaquliyev, doğulduğu ölkənin Azərbaycan, doğum yerinin Sumqayıt şəhəri, ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçıların üçüncü övladı xx.xx.2022-ci ildə, saat 19:25-də doğulmuş oğlan uşağına Əbulfəzl adının verilməsinin cavabdehə həvalə edilməsi, uşağa doğum haqqında şəhadətnamə verilərkən adının Əbulfəzl, ata adının Anar, soyadının Rzaquliyev, doğulduğu ölkənin Azərbaycan, doğum yerinin Sumqayıt şəhəri, ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 09 mart 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında İddiaçı1 ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmiş və cavabdeh orqan tərəfindən yeni doğulmuş övladına doğum haqqında şəhadətnamənin verildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 50.0.2-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni tələb ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-2037/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2037/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver