Məhkəmə qərarları › İş №2-1(118)-2038/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2038/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2038/2022 07.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçı ağır işlərdə işlədiyinin nəzərə alınmasını, ya onun pensiyasını artırılmasını ya da güzəştli şərtlərlə pensiya təyin edilməsini istəyir. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqan olaraq iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Reginal ərazi şöbəsini (xahiş etdim hissəsində isə Dövlət Sosial Müdafiə Fondu) göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh olmalıdır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, orqan cavabında bildirmişdir ki, “sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçanızın əsli və yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerindən arayışı bu məktuba əlavə edilmiş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər” Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavab məktubu imtina xarakerli məktub deyildir. Habelə iddiaçı iddia ərizəsində qeyd edir ki, ona təyin edilmiş əmək pensiyasının məbləği az hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, o, təyin edilmiş əmək pensiyasının artırılması üçün ilkin olaraq cavabdeh orqana müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, zəruri sənədləri təqdim etməklə ona güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına zəruri sənədləri təqdim edə bilər. İmtina əsaslarını və iddianın uğurluluq ehtimalını nəzərə alaraq məhkəməyə müraciət edə bilər. Habelə təyin edilmiş əmək pensiyası məbləğinin artırılması üçün ilkin olaraq inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. (Müraciət şifahi yox, rəsmi qaydada inzibati orqana yazılı təqdim edilməli, inzibati orqan 35 gün ərzində hərəkətsizlik edərsə, rəsmi müraciəti sübut edən sənəldə məhkəməyə müraciət edilməli, imtina olunarsa, imtina əsasında 30 gün müddətində məhkəməyə müraciət edilməlidir.) Eyni zamanda iddiaçıya izah edilsin ki, güzəstli şərtlərlə pensiya hüququ verən əmək stajının kifayət etməməsi halında, həmin dövrlərin pensiyanın artırılması üçün nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın uğurluluq ehtimalı baxımından düzgün hüquq müdafiə vasitəsi seçilməsi məqsədəmüvafiq sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar