Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2039/2022 01.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı, cavabdeh Xaçmaz rayon Çarxı bələdiyyəsinin sədri X7 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Çarxı bələdiyyəsinə qarşı Xaçmaz rayon Çarxı bələdiyyəsinin X3 ilə bağladığı xx.xx.2021-ci il tarixli ********** saylı icarə müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X8 Ərazi Müsabiqə və hərra komissiyasının torpaq və müsabiqə hərracının nəticələri barədə 08 iyul 2021-ci il tarixli 15/06 sayl protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Çarxı bələdiyyəsinin X3 ilə bağladığı xx.xx.2021-ci il tarixli ********** saylı icarə müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X8 Ərazi Müsabiqə və hərra komissiyasının torpaq və müsabiqə hərracının nəticələri barədə 08 iyul 2021-ci il tarixli 15/06 sayl protokolunun etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 1999-cu ildən 4.269 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Bələdiyyə yaranandan sonra onunla bələdiyyə arasında hər il 10 aylıq, 1 illik icarə müqaviləsi bağlanmışdır. Sonuncu müqavilə 2015-ci ildə bağlanmışdır, onun tərəfindən icarə haqqları ödənilmişdir. Həmişə ödəniş barədə qəbzlər verilmişdir, amma müqavilə bağlanmamışdır. 2017-2019-cu illərdə o, yenə də torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması üçün bələdiyyəyə müraciət etsə də, bələdiyyə torpağı yalnız hərrac vasitəsi ilə əldə edəcəyini bildirmişdir. O, torpaq sahəsində uzunmüddətli yonca əkmiş, torpağı becərmişdir. 2021-ci ildə onun xəbəri olmadan həmin torpaq sahəsi bələdiyyə tərəfindən hərraca çıxarılmış və X3 ilə müqaviıə bağlamışdır. O, hərrac barədə xəbər tutan kimi oraya getmiş, lakin tibbi maskası olmadığından geri qaytarılmışdır. Maskanı alıb gələnə kimi artıq hərrac keçirilmiş hesab edilmişdir. Halbuki, həmin şəxs Çarxı kəndinin sakini deyil, Xaçmaz şəhərində yaşayır. Bundan sonra başqabaşqa şəxslər gəlib onun əkdiyi yoncanı məhv etmişlər, ona külli miqdarda ziyan vurmuşlar. Cavabdeh Xaçmaz rayon Çarxı bələdiyyəsinin sədri X9 iddianı qəbul etmədi və izah etdi ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mlükiyyətindədir, bir müddət iddiaçının istifadəsində olmuşdur. 2019-cu ildə hərrac elan edilmiş, lakin iddiaçı tək iştirakçı olduğu üçün hərrac baş tutmamışdır. Daha sonra o, torpaq sahəsindən qanunsuz olaraq istifadə etmiş, dəfələrlə ona orada əkin əkməməsi tapşırılmışdır. 2021-ci ildə rəsmi qaydada hərracın keçiriləcəyi elan edilmiş, iddiaçı da bu barədə xəbərdar olunmuşdur. Lakin iddiaçı hərraca gecikmiş və tibbi maskası olmadan gəldiyi üçün hərrac onun iştirakı olmadan keçirilmiş və X3 hərracın qalibi olmuşdur. Hərracın keçirilməsində hər hansı qanunpozuntusuna yol verilməmişdir. Üçüncü şəxs X3 iddianı qəbul etmədi və izah etdi ki, o, mübahisəli torpaq sahəsinə dair keçirilən əhrracda qalib gəlmişdir. İddiaçı həmin ərazidə süpürgə əkmişdir. O, dəfələrlə iddiaçıya müracət edərək həmin ərazidə oktyabr ayında taxıl əkəcəyini bildirmiş və məhsulunu biçməyi xahiş etmişdir. Buna baxmayaraq iddiaçı noyabr ayının 19-na kimi əkdiyi süpürgəni yığışdırmamış, daha sonra isaə torpaq sahəsini suya basaraq silos əkəcəyini bildirmişdir. Bununla bağlı o, İcra hakimiyyətinə və polisə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Hərracların Təşkilatı üzrə X8 Ərazi Torpaq müsabiqə və həərac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə 08 iyul 2021-ci il tarixli 15/06 saylı protokolundan görünür ki, komissiya tərəfindən Xaçmaz rayonu ərazisində Çarxı bələdiyyəsinə aid 4.269 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilən hərracda X2 qalib gəlmişdir və xx.xx.2021-ci il tarixdə onunla bələdiyyə arasında torpaq icarəsi müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən onunla bələdiyyə atrasında xx.xx.2015-ci il tarixdə 1 il müddətinə bağlanmış torpaq icarə müqaviləsi təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı hərracın nəticələrinə dair portokolun və torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəsi güdən müqavilə və protokol inzibati akt hesab edilmədiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati məhkəmə icraatı çərçivəsində baxılan mübahisələrə aid deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olsa da, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bundan başqa hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia bələdiyyəyə qarşı deyil, hərracı keçirən təşkilata qarşı qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz rayon Çarxı bələdiyyəsinə qarşı Xaçmaz rayon Çarxı bələdiyyəsinin X3 ilə bağladığı xx.xx.2021-ci il tarixli ********** saylı icarə müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X8 Ərazi Müsabiqə və hərra komissiyasının torpaq və müsabiqə hərracının nəticələri barədə 08 iyul 2021-ci il tarixli 15/06 sayl protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, tərəflər arasında yaranan mübahisənin müqavilə münasibətlərindən irəli gəldiyi nəzərə alınaraq iddiaçıya müvafiq iddia ilə cavabdehin yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz rayon Çarxı bələdiyyəsinə qarşı Xaçmaz rayon Çarxı bələdiyyəsinin X3 ilə bağladığı xx.xx.2021-ci il tarixli ********** saylı icarə müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X8 Ərazi Müsabiqə və hərra komissiyasının torpaq və müsabiqə hərracının nəticələri barədə 08 iyul 2021-ci il tarixli 15/06 sayl protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2039/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2039/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver