Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2049/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi ” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı göndərilmiş 12 noyabr 2021-ci il tarixli, **********7 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarının, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş 21 iyun 1993-cü ii tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsində 2040100a-18559 nömrəli kod üzrə və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında təmirçi çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 1 aprel 1979-cu il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında 14 oktyabr 1982-ci il - 1 yanvar 1985-ci il və 1 aprel 1986-cı il - 1 aprel 1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi çilingər peşəsi adıçəkilən müəssisə tərəfindən İddiaçı dair verilmiş 7 sentyabr 2021-ci il tarixli, 63 nömrəli arayışda istinad edilən yuxarıda qeyd olunan 2 №-li Siyahı üzrə Metallurgiya istehsalatı (qara metallar) bölməsində 2040100a-18559 nömrəli kod üzrə nəzərdə tutulan təmirçi-çilingər peşəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 ay 17 gün (1 aprel 1993-cü il-1 aprel 1996-cı il, 7 oktyabr 2003-cü il - 17 may 2005-ci il, 7 fevral 2006-cı il - 14 noyabr 2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı göndərilmiş 3 mart 2023-cü il tarixli, 3-17-1/2-A-45514/2023 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cı maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’nın metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması (3.6) və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri (3.8) bəndlərinin fəhlələr (a) yarımbəndlərində təmirçi çilingərlər vəzifəsi, eyni zamanda sözügedən Qərarın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar nəzərdə tutulmuşdur. Mərkəzi Filiala İddiaçı tərəfindən təqdim edilən "Azərboru” ASC-nin sizə dair 1 fevral 2023-cü il tarixli, 7 nömrəli araşdırıcı arayışında onun 5 sentyabr 1985-ci il - 1 aprel 1987-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi əsas sexlərin kran avadanlıqlarının təmiri sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri sahələrinə aid deyil. Eyni zamanda X3 İddiaçı dair 23 yanvar 2023-cü il tarixli, AZF-2023/15 K nömrəli arayışında sözügedən müəssisənin AZF-065 və AZF-067 layihələrində 7 oktyabr 2003-cü il - 17 may 2005-ci il, 7 fevral 2006-cı il - 14 noyabr 2006-cı il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı vəzifəsində və 9 fevral 2015-ci il - 27 oktyabr 2016-cı il, 1 oktyabr 2019-cu il - 7 iyul 2021-ci il tarixləri arasındakı dövrlər ərzində isə AZF-086 və AZF-100 layihəsində daşçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin arayışda quraşdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyib-işləməməyi barədə və daşçı vəzifəsində işlədiyi müddətdə isə daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olubolmamağı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmadığından İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 20 gün (14 oktyabr 1982-ci il – 4 sentyabr 1985-ci il və 1 aprel 1993-cü il – 1 aprel 1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. "xxxx" Azərbaycan Boru Yayma Zavodunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş 10 oktyabr 2023-cü il tarixli, AZ2B01/339 nömrəli araşdırıcı arayışına əsasən, İddiaçı həqiqətən 11 sentyabr 1978-ci il tarixdə Azərbaycan Boruyayma Zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı peşəsinə təyin edilmiş və 16 aprel 1979-cu il tarixdə işdən azad edilmişdir. İddiaçı 22 may 1981-ci il tarixdə yenidən Azərbaycan Boruyayma zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı peşəsinə təyin edilmiş, 14 dekabr 1981-ci il tarixdə Marten sexinə tornaçı peşəsinə keçirilmiş, 14 oktyabr 1982-ci il tarixində Marten sexinə metallurgiya avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 1 yanvar 1985-ci il tarixdə həmin sexdə təmirçi çilingər peşəsinə keçirilmiş, 5 sentyabr 1985-ci il tarixdə Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 1 aprel 1987-ci il tarixdə həmin sexdə əsas sexlərin kran avadanlıqlarının təmiri və quraşdırılması üzrə çilingər peşəsinə keçirilmiş, 1 aprel 1993-cü il tarixdə həmin sexdə Yayma və Boruyayma sexlərinin dəzgahlarının təmiri sahəsinə təmirçi çilingər peşəsinə keçirilmiş və 1 may 1997-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə 1 aprel 1996-cı il tarixdən 1 aprel 1997-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən, 1 iyun 1993-cü il tarixdə Azərbaycan Boruyayma zavodunun bazasında “Azərboru" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 1 iyul 1998-ci il tarixli, 998 saylı sərəncamı ilə 15 iyul 1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "Azərboru” ASC yaradılmışdır. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının 3-cü Metallurgiya istehsalatı (qara metallar) bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "təmirçi çilingərlər" (2040200a- 18559) və həmin bölmənin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaq etmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin "təmirçi çilingərlər“ - (2040400a-l8559) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "təmirçi çilingərlər" və həmin bölmənin 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaq etmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin "təmirçi çilingərlər" peşələr ilə eynilik təşkil edir. Qeyd edilmişdir ki, İddiaçı işlədiyi sahə əmək şəraiti zərərli və ağır sahə olduğu üçün işlədiyi müddətdə ona əlavə məzuniyyət verilmiş, həmçinin, pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar ilə təmin olunmuşdur.
4. "xxxx" Azərbaycan Boru Yayma Zavodunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş 1 fevral 2023-cü il tarixli, AZ2B01/339 nömrəli araşdırıcı arayışına əsasən, İddiaçı həqiqətən 11 sentyabr 1978-ci il tarixdə Azərbaycan Boruyayma Zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı peşəsinə təyin edilmiş və 16 aprel 1979-cu il tarixdə işdən azad edilmişdir. İddiaçı 22 may 1981-ci il tarixdə yenidən Azərbaycan Boruyayma zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı peşəsinə təyin edilmiş, 14 dekabr 1981-ci il tarixdə Marten sexinə tornaçı peşəsinə keçirilmiş, 14 oktyabr 1982-ci il tarixdə Marten sexinə metallurgiya avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 1 yanvar 1985-ci il tarixdə həmin sexdə təmirçi çilingər peşəsinə keçirilmiş, 5 sentyabr 1985-ci il tarixdə Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 1 aprel 1987-ci il tarixdə həmin sexdə əsas sexlərin kran avadanlıqlarının təmiri və quraşdırılması üzrə çilingər peşəsinə keçirilmiş, 1 aprel 1993-cü il tarixdə həmin sexdə Yayma və Boruyayma sexlərinin dəzgahlarının təmiri sahəsinə təmirçi çilingər peşəsinə keçirilmiş və 1 may 1997-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddətdə 1 aprel 1996-cı il tarixdən 1 aprel 1997-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. “Metallurgiya" Dövlət Şirkətinin sərəncamına əsasən, 1 iyun 1993-cü il tarixdə Azərbaycan Boruyayma zavodunun bazasında “Azərboru" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 1 iyul 1998-ci il tarixli, 998 saylı sərəncamı ilə 15 iyul 1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı (qara metallar) bölməsinin 2ci Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "təmirçi çilingərlər” - (2040200a-l 8559) peşəsinə və həmin bölmənin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaq etmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin "təmirçi çilingərlər" - (2040400a-l 8559) peşəsinə və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-ci Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “təmirçi çilingərlər” peşəsinə və həmin bölmənin 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaq etmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “təmirçi çilingərlər” peşəsinə uyğundur.
5. “Azfen” BM-in 23 yanvar 2023-cü il tarixli, AZF-2023/15 K nömrəli və 11 oktyabr 2023-cü il tarixli, AZF-2023/100-K nömrəli güzəştli arayışlarına əsasən, İddiaçı həqiqətən Azfen BM-in layihələrində qeyd olunmuş peşələrdə işləmişdir: - 7 oktyabr 2003-cü il - 17 may 2005-ci il tarixlərdə “Azfen” BM-in AZF-065 layihəsində quraşdırıcı peşəsində 1 il 7 ay 11 gün (29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi); - 7 fevral 2006-cı il - 14 noyabr 2006-cı il tarixlərdə “Azfen” BM-in AZF-067 layihəsində quraşdırıcı peşəsində 9 ay 8 gün (29-cu maddə "Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi); - 9 fevral 2015-ci il - 27 oktyabr 2016-cı il tarixlərdə “Azfen” BM-in AZF-086 layihəsində daşçı peşəsində 1 il 8 ay 19 gün (29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar” bəndi); - 1 oktyabr 2019-cu il - 7 iyul 2021-ci il tarixlərdə “Azfen” BM-in AZF-100 layihəsində daşçı peşəsində 1 il 9 ay 7 gün (29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında "daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar" bəndi); - 7 iyul 2021-ci il - 10 oktyabr 2022-ci il tarixlərdə “Azfen” BM-in AZF-100 layihəsində boruçu peşəsində 1 il 3 ay 4 gün (29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında “Sənaye dəmir-beton borularının boruçəkənləri”); 23 yanvar 2023-cü il tarixinə kimi cəmi 7 il 1 ay 18 gün çalışmışdır. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
6. İddiaçı 30 aprel 1979-cu il tarixdə verilmiş ******* nömrəli hərbi biletinə əsasən, o, 29 oktyabr 1979-cu il tarixdən 29 aprel 1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlər:
7. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 sentyabr 2021-ci il tarixli ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin olunmasına sərəncamın verilməsini xahiş etmişdir.
8. İddiaçı verilmiş 023166 nömrəli diploma əsasən, o, 1981-ci ildə Sumqayıt Politexnik Texnikuma daxil olmuş və 25 fevral 1987-ci il tarixdə ona “texnik-mexanik” ixtisası verilmişdir.
9. “Azfen” BM-in 23 avqust 2021-ci il tarixli, AZF-2021/38 K nömrəli güzəştli arayışına əsasən, İddiaçı həqiqətən “Azfen” BM-in lahiyələrində dəniz platformaları üzt tikililərinin polad və dəmir-beton konstruksiyalarınının quraşdırılmasında, emalatxanada detalların hazırlanmasında, platformanın üzərində yerləşən modulların və polad-dəmir konstruksiyalarının quraşdırılmasında quraşdırıcı peşəsində işləmişdir və iş stajı belə qəbul edilməlidir: - 7 oktyabr 2003-cü il – 17 may 2005-ci il tarixlərdə “Azfen” BM-in AZF-065 layihəsində quraşdırıcı peşəsində 1 il 7 ay 11 gün; - 7 fevral 2006-cı il – 14 noyabr 2006-cı il tarixlərdə “Azfen” BM-in AZF-067 layihəsində quraşdırıcı peşəsində 9 ay 8 gün, cəmi 2 il 4 ay 19 gün çalışmışdır. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
10. "xxxx" Azərbaycan Boru Yayma Zavodunun 7 sentyabr 2021-ci il tarixli, 63 nömrəli pensiya sənədləşdirilməsi üçün arayışına əsasən, İddiaçı 14 oktyabr 1982-ci il tarixdən 1 may 1997-ci il tarixədək Marten sexində, əsas sexlərdə, (boruyayma, yayma və Marten), metallurgiya avadanlıqlarının təmiri sexində təmirçi-çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 1a yarımbölməsinin 2040100a- 18559 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Qeyd edilmişdir ki, 1 aprel 1996-cı il tarixdən 1 aprel 1997-ci il tarixədək ödənişsiz məzuniyyətdə olub.
11. İddiaçı göndərilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 sentyabr 2021-cü il tarixli ərizə ilə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
12. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 1 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablayaraq ona ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 13.1. 1 yanvar 1960-cı il təvəllüdlü iddiaçının 57 yaşı 1 yanvar 2017-ci il tarixdə tamam olmuşdur. Həmin tarixə kimi iddiaçının ümumi 25 ildən və güzəştli şərtlərlə əmək pensiya hüququ verən sahə üzrə 12 il yarımdan çox sığorta stajına malik olmuşdur. Belə ki, iddiaçı: - 30 aprel 1979-cu il tarixdən 29 aprel 1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olub (cəmi 2 il); - 11 sentyabr 1978-ci il tarixdə Azərbaycan Boruyayma Zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı peşəsinə təyin edilmiş və 16 aprel 1979-cu il tarixdə işdən azad edilmişdir. - 22 may 1981-ci tarixdən yenidən Azərbaycan Boruyayma Zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı peşəsinə təyin edilmiş, 14 dekabr 1981-ci il tarixdə Marten sexində tornaçı peşəsinə keçirilmiş, 14 oktyabr 1982-ci il tarixdə Marten sexinə metallurgiya avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 1 yanvar 1985-ci tarixdə həmin sexdə təmirçi çilingər peşəsinə keçirilmiş; 5 sentyabr 1985-ci il tarixdə Metallurgiya Avadanlıqlarının Təmiri sexinə əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 1 aprel 1993-cü il tarixdə həmin sexdə Yayma və Boruyayma sexlərinin dəzgahlarının təmiri sahəsinə təmirçi çilingər peşəsinə keçirilmiş və 1 may 1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddətdə 1 aprel 1996-cı il tarixdən 1 aprel 1997ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur (ümumi 15 il 6 aydan çox güzəştli vəzifədə iş); - 28 yanvar 1998-ci il tarixdən 3 iyun 1998-ci il tarixə kimi Bakı Aeroportunda işləyib (4 ay 6 gün); - 7 oktyabr 2003-cü il tarixdən 17 may 2005-ci il tarixə kimi Azfen BM-in AZF-065 layihəsində quraşdırıcı peşəsində (1 il 7 ay 11 gün), 7 fevral 2006-cı il tarixdən 14 noyabr 2006-cı il tarixə kimi “Azfen” BM-in A/J-067 layihəsində quraşdırıcı peşəsində (9 ay 8 gün), 9 fevral 2015-ci it tarixdən 27 oktyabr 2016-cı il tarixə kimi “Azfen” BM-in AZF-086 layihəsində daşçı peşəsində çalışmışdır (1 il 8 ay 19 gün). Arayış ilə müəyyən olunur ki, bütün bu dövrlər güzəştli vəzifədir; - 1 mart 2007-ci il tarixdən 31 avqust 2007-ci il tarixə kimi "xxxx" MMC-də montajçı vəzifəsində (6 ay); - 3 noyabr 2008-ci il tarixdən 30 may 2009-cu il tarixə kimi "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma Sahəsində 6-cı dərəcəli quraşdırıcı peşəsində (6 ay 27 gün); - 1 iyun 2009-cu il tarixdən 29 dekabr 2012-ci il tarixə kimi "xxxx" ASC-də quraşdırıcı çilingər vəzifəsində (3 il 5 ay 28 gün); - 30 dekabr 2012-ci il tarixdən 5 yanvar 2015-ci il tarixə kimi "xxxx" MMC-də Ağır maşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin hazırlama bölməsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsində (2 il 6 gün) çalışmışdır. 13.2. İddiaçının 57 yaşının təmin olduğu 1 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanı birdəfəlik hesablayaraq ona ödənilməsi, həmin tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13.3. İddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 31.1, 31.2, 31.4, 32.1-1-ci, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 15.1, 15.2, 19.1, 19.2, 21, 24, 28, 45, 61-ci maddələrinə, “Andreyeva Latviyaya qarşı" məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 35.1, 39.1, 68, 73.1-ci maddələrinə istinad olunmuşdur.
15. İddiaçı daha sonra ərizə təqdim edərək, iddia ərizəsinin (birinci səhifəsində) 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sayılması tələbinin həcmi səhv olduğuna görə əslində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sayılmasının təmin edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul olunmuşdur.
16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının ‘‘güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı 1 fevral 2023-cü il tarixdə cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq əlavə olunmuş sənədlərə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 20 gün (14 oktyabr 1982-ci il – 4 sentyabr 1985-ci il və 1 aprel 1993-cü il - 1 aprel 1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Həmin imtinası qanuni olduğundan, iddiaçının iddia tələbi təmin edilməməlidir. Etirazın dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 18.1. "xxxx" ASC-nin 1 fevral 2023-cü il tarixli, 7 nömrəli arayışında iddiaçının 5 sentyabr 1985-ci il – 1 aprel 1987-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma Zavodunun Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilinqər vəzifəsində işlədiyi, həmin vəzifələrin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor isləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması (3.6) və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri (3.8) bəndlərinin fəhlələr (a) yarımbəndlərində təmirçi çilinqərlər vəzifəsinə uyqun olduğu göstərilmişdir. “Azfen” BM-in 23 yanvar 2023-cü il tarixli AZF-2023/15 K nömrəli arayışında iddiaçının müəssisənin AZF-065 və AZF-067 layihələrində 7 oktyabr 2003-cü il - 17 may 2005-ci il, 7 fevral 2006-cı il - 14 noyabr 2006-cı il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı vəzifəsində və 9 fevral 2015-ci il - 27 oktyabr 2016-cı il, 1 oktyabr 2019-cu il - 7 iyul 2021-ci il tarixləri arasındakı dövrlər ərzində isə AZF-086 və AZF-100 layihəsində daşçı vəzifəsində işlədiyi, həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurqu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar vəzifəsinə uyğun olduğu göstərilmişdir. İddiaçının işlədiyi əsas sexlərin kran avadanlıqlarının təmiri sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri sahələrinə aid deyildir. 18.2. İddiaçının qurasdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyib-işləməməsi barədə və daşçı vəzifəsində işlədiyi müddətdə isə daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli sərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı 5 il 10 ay 20 gün üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ganunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 47ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmişdirlər.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§18-19) əsaslanaraq onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmənin sonuncu iclasında iştirak etməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... 42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
24. İddiaçı tərəfin nümayəndəsi və vəkili sonucu iclasdan savayı, digər bütün iclaslarda iştirak edərək, iddia tələbinə dair izahatını vermiş, İPM-in 12.3-cü maddəsinin tələbi çərçivəsində məhkəmə araşdırmasında iştirak etmişdir.
25. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdehin imtinasında qeyd etdikləri əsassızdır. İddiaçı 30 aprel 1979-cu ildən, yəni hərbi xidmətdə olduğu dövrdən başlayaraq 57 yaşı tamam olanadək, 1 yanvar 2017-ci ilədək ümumi olaraq 25 ildən çox hüquqi staja malikdir və bu müddətin 12 il yarımdan çox güzəştli şərtlərlə əmək pensiya hüququ verən sığorta stajına malik olmuşdur. Bütün lazımı iş yerlərindən əhəmiyyət kəsb edən arayışlar alınmış və həmin arayışlarda göstərilmişdir ki, şəxsin işlədiyi dövrlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələrdir. İddiaçı güzəştli şərtlərlə hesab olunan işdə işləmişdir ki, onun üçün qida əlavəsi təyin olunmuşdur. Şəxsin vəziyyətini yaxşılaşdıran hüquqi aktlarına qanunun geriyə qüvvəsi şamil olunur. İddiaçının 57 yaşı tamam olan vaxta hansı hüquqi norma qüvvədədirsə, həmin hüquqi norma tətbiq olunmalıdır. İddia ərizəsində həmin dövr deyəndə 2017-ci ildən nəzərdə tutulmuşdur, müraciət etdiyi (ilk dəfə cavabdehə 8 sentyabr 2012-ci il tarixdə müraciəti etmişdir) tarixdən deyil, məhz həmin tarixdən pensiya hesablanaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
27. Odur ki, məhkəmə, hazırkı işə dair kifayət qədər sübutların toplandığını, məhkəmə prosesinin tarixi barədə hər iki tərəfin məlumatlı olduğunu, iddiaçı tərəfin əvvəlki iclaslarda mövqeyinin öyrənildiyini, bütün sübutların elektron kabinetdə yerləşdiyini, tərəfin yazılı və ya elektron kabinet vasitəsi ilə də məhkəməyə müraciət etmək imkanının olduğunu, o cümlədən İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
28.Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. Belə ki, irəli sürülmüş iddia zahirən öhdəliyin icrası haqqında iddia kimi görünsə də, məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 30.İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 31.Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 32.Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “İİQ”) 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir. Bu, İİQ-nin 66-cı maddəsindən irəli gəlir (http://lawlibrary.info/az/books/GİZ2013-Az-İNZİBATİ-MAHKAMA- İCRAATİ.pdf). 33.Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozsun. Həmçinin, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu;iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər) (S.Ə.Kərimov, G.İ.Vəliyeva. İPM-in Kommentariyası səh.128-129).
34. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir (§ 28-33). Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
35.Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
37. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
39. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (21 may 2022-ci il tarixədək qüvvədə olan):
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
40. İPM:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
41. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
42. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
43. Hazırkı inzibati iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: - iddiaçıya 57 yaşı tamam olduğu 1 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; - iddiaçıya 1 yanvar 2017-ci il tarixdən indiyə qədər olan dövr üçün pensiyanın hesablanaraq ödənilməsi.
44. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması.
45. İddiaçının birinci tələbinə münasibətdə məhkəmə aşağıda göstərilənlərə əsasən bildirir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur:
46. Belə ki, cavabdeh tərəfindən verilmiş etirazda qeyd olunmuşdur ki, iddiaçının güzəştli iş stajı 5 il 10 ay 20 gün olduğu üçün, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Ona görə ki, - "xxxx" ASC-nin 1 fevral 2023-cü il tarixli, 7 nömrəli arayışında və “Azfen” BM-in 23 yanvar 2023-cü il tarixli, AZF-2023/15 K nömrəli arayışında olan məlumatlara görə, iddiaçının işlədiyi əsas sexlərin kran avadanlıqlarının təmiri sahəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri sahələrinə aid deyildir, - iddiaçının quraşdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyib-işləməməsi barədə və daşçı vəzifəsində işlədiyi müddətdə isə daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir.
47. Göründüyü kimi, cavabdehin etirazında iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi mübahisələndirilməmiş, yalnız iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün az olmasına istinad etmişdir.
48. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olmalıdır.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
50. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işlərdə çalışmasına dair iş yerlərindən arayışlar (§ 3-6, 8-10) təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması aydın şəkildə və konkret olaraq göstərilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə uyğunluq təşkil etməsi “arayışları ilə öz təsdiqini tapır.
51. Göründüyü kimi iddiaçının 57 yaşı tamam oduğu 1 yanvar 2017-ci il tarixə kimi ümumi 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il yarımdan artıq stajının olması mübahisəsizdir.
52. Bundan əlavə, məhkəmə etirazda qeyd olunan iddiaçının quraşdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyibişləməməsi barədə və daşçı vəzifəsində işlədiyi müddətdə isə daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməməsinə dair dəlilini də əsassız hesab edir.
53. İlk növbədə ona görə ki, əgər belə bir şübhə, ehtimal var idisə, inzibati orqan tərəfindən də müvafiq araşdırma aparıla bilərdi.
54. Digər tərəfdən, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
55. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarının tədqiqi zamanı da müəyyən edilmişdir ki, iddiaçının tələbi üzrə imtinanın (§ 2) səbəblərindən biri kimi göstərilən hal ilə bağlı hər hansı araşdırma aparılması görünmür. “... Lakin həmin arayışda quraşdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyib-işləməməyi barədə və daşçı vəzifəsində işlədiyi müddətdə isə daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib.” qeyd edilməklə kifayətlənilib.
56. Göründüyü kimi, cavabdeh qurum heç bir araşdırma aparmadan, müəssisəyə sorğu verib uyğunsuzluqlar barədə məlumat almadan belə qənaətə gəlmişdir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(102)-138/2024 saylı qərarında qeyd olunmuşdur ki, “41. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
58. Belə ki, İİQ-nin 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.”
59. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayışlar icmal məktubda qeyd olunan tələblərə cavab verir. Həmin arayışlarda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir.
60. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, bu hissədə cavabdeh inzibati orqanın imtina dəlili əsaslı deyildir.
61. İddiaçının digər tələbi olan ona 1 yanvar 2017-ci il tarixdən indiyə qədər olan dövr üçün pensiyanın hesablanaraq ona ödənilməsi ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir.
62. Məhkəmə iclasında İPM-in 12-13-cü maddələrinin tələbləri çərçivəsində hər iki tərəflə tələbə dair qanunvericiliyin və mövcud təcrübəyə dair müzakirələr aparılmışdır.
63. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, tələbin hüququn yarandığı tarixdən deyil, müraciət edildiyi tarixdən götürülməsi Azərbaycan Respublikasının Konstiyusiyasına ziddir və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilər.
64. Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 1 4 8 . Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
65. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. (-)
66. İPM-in 98-1-ci maddəsi: (-) 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. (-) 98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. (-)
67. Sadalanmış normaların məzmunundan aydın olur ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əsas məqsəd hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməkdən, fərqli yanaşma hallarına son qoyulmasından, maddi və prosessual hüquq normalarının birinci instansiya, apelyasiya və kasasiya məhkəmələrində eyni cür tətbiqinə nail olmaqdan ibarətdir. Vahid məhkəmə təcrübəsi isə Ali Məhkəmənin kollegiyalarının, konkret işlər üzrə Plenum qərarlarının, habelə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar, o cümlədən məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlar vasitəsi ilə formalaşdırılır.
68. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
69. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 3 saylı Qərardadında qeyd olunmuşdur ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul taraixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”
71. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana 8 noyabr 2021-ci il tarixdə (§ 11) müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin müraciət tarixindən əvvəlki son üç ilə aid hissəsi ödənilməlidir.
72. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
73. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçıya 57 yaşı tamam olduğu 1 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və pensiyanın müraciət edilən tarixdən (8 sentyabr 2021-ci il il) əvvəlki üç il üçün, yəni 8 sentyabr 2018-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
74. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 1 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (8 sentyabr 2021-ci il) əvvəlki üç il üçün, yəni 8 sentyabr 2018-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova