Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2049/2025 17.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə mütaciət edərək orqanizm funksiyalarının pozlumasına görə (65-80 faiz) əlillik dərəcəsinin təyin edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı İİ dərəcəli əlillik pensiyaçısıdır. Cavabdeh, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra cavabdeh) tərəfindən xx.xx.2018-ci il tarixdə qalxan aortanın anevrizması, bikuspid aortal qapaq, İİİ-İV dərəcəli aortal qapaq çatmamazlığı, bental əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2018) qan dövranı çatmamazlığı İİ FS və yanaşı olaraq, hipertoniya xəstəliyi İİ mərhələ diaqnozu qoyulmuşdur. Yaranmış xəstəliyə görə xx.xx.2019-cu il tarixdə Dövlət tərəfindən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş və əlillik pensiyası ilə təmin edilmişdir. Lakin cavabdeh, əlillik pensiyasina və əlillik dərəcəsinə xx.xx.2024-cü il tarixdən ona məlum olmayan səbəblərdən xitam vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində iddiaçıya əlilliyinin təyin edilməsinə əsas verən halların olub-olmamasını müəyyən etmək üçün əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində transtorakal exokardio-qrafıyası zamanı nəticəyə gəlinmişdir: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=:55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü normaldır. Aortal qapaq proyeksiyasında protez qapaq izlənilir. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min-PÇ, min-TÇ qeyd edilir. Abşeron rayon poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 2796003AAHGS saylı Forma 88 göndərişində qeyd edilmişdir: İddiaçı xx.xx.2015-ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyi xx.xx.1979-cu ildən başlamış, xəstəliyin gedişi xronikidir. Son bir il ərzində ambulator müraciətləri olmuş və stasionar müalicə almışdır. TSEK-ə göndəriş zamanı diaqnoz: XBT 10 kodu: “Q23.0-Aorta qapağının anadangəlmə stenozu, AÜQ: aorta qapağının anadangəlmə stenozu (bikuspidikitayh aorta qapağı) aortal qapaq çatmamazlığı 3-4 dərəcə, qalxan aortanın anevrizması, qalxan aorta və aortal qapağın protezləşməsi c\ə sorakı vəziyyət (xx.xx.2018). Ağırlaşma: İ50-durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ (B) mərhələ. Yanaşı xəstəliklər: İ11.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya İİ dər. ə.r, İV, K80.1-digər xolesistitlə birgə öd kisəsi daşları, xolesistitlə müşayiət olunan öd daşları, К 76.0-qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin piy distrofiyası, F48.0-nevrasteniya, asteno-nevrotik vəziyyət”. İddiaçı adına tərtib edilmiş qiymətləndirmə nəticəsində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2024-cü il; Akt nömrəsi: xxxxxxx0004; Müvəqqəti əmək qabiliyyətinin itirilməmişdir. Əmək qabiliyyətinin itirilməsi (%- lə)-0%; Diaqnozun mətni: Stenokardiyanm digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİ-İİİ f.s, ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİİ mərhələ əlavə risk İV. Mərkəzə göndərilnıənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin xx.xx.2025-ci il tarixli, 26/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı hazırda da İ50-Ürək çatmamazlığı və İ11- Hipertenziv (hipertoniya) xəstəliyindən (hazırda dərman preparatı qəbul etdiyindən xəstəlik remissiya fazasındadır) əziyyət çəkir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Məhkəmə-X4 X2” X3 İddiaçı “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 363/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Abşeron rayon poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 2796003AAHGS saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Q23.0-aorta qapağının anadangəlmə stenozu, AÜQ: aorta qapağının anadangəlmə stenozu (bikuspid-ikitaylı aorta qapağı) aortal qapaq çatmamazlığı 3-4 dərəcə, qalxan aortanın anevrizması, qalxan aorta və aortal qapağın protezləşməsi c\ə sonrakı vəziyyət (xx.xx.2018). Ağırlaşma: İ50-durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ (B) mərhələ. Yanaşı xəstəliklər: İ 11.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya İİ dər. ə.r. İV” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmiş və o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İmtina qərarının iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı orqanizm funksiyalarının pozulmasına görə (65-80 faiz) əlillik dərəcəsinin təyin edilməsini istəyir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin xx.xx.2025-ci il tarixli, 26/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1.3. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Phş-in müalicə müəssisəsi olmadığından və o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. -Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Abşeron rayon Poliklinikası tərtib edilmiş 04.2.2019-cu il tarixli 2796003AAHGS saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Q23.0- Aorta qapağının anadangəlmə stenozu. AÜQ: aorta qapağının anadangəlmə stenozu (bikuspid-ikitaylı aorta qapağı) aortal qapaq çatmamazlığı 3-4 dərəcə. Qalxan aortanın anevrizması. Qalxan aorta və aortal qapağın protez-ləşməsi c\ə sorakı vəziyyət (xx.xx.2018); Ağırlaşma: İ50- Durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ (B) mərhələ; Yanaşı xəstəliklər: İ 11.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), arterial hipertenziya İİ dər. ə.r. İV; H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, hipertonik angiopatiya; F48.0-Nevrasteniya, asteno-nevrotik vəziyyət; K76.0- Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin piy distrofiyası; K80.1-Digər xolisistitlə birgə öd kisəsi daşları, xolisistitlə müşayət olunan öd daşları;” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı periferik ödem olmamış, (A\T- 120\70mm.c.st. və nəbzi ritmikdir, 1 dəq-də 105 vurğudu normal olmuşdur) əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkarlanmamışdır. 2.Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir.
4. Vətəndaş İddiaçı hazırda da İ 50-Ürək çatmamazlığı və İ 11- Hipertenziv (hipertoniya) xəstəliyindən (hazırda dərman preparatı qəbul etdiyindən xəstəlik remissiya fazasındadır) əziyyət çəkir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Məhkəmə-X4 X2” X3 İddiaçı “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 363/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Abşeron rayon poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 2796003AAHGS saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Q 23.0-aorta qapağının anadangəlmə stenozu, AÜQ: aorta qapağının anadangəlmə stenozu (bikuspid-ikitaylı aorta qapağı) aortal qapaq çatmamazlığı 3-4 dərəcə, qalxan aortanın anevrizması, qalxan aorta və aortal qapağın protezləşməsi c\ə sonrakı vəziyyət (xx.xx.2018). Ağırlaşma: İ 50-durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ (B) mərhələ. Yanaşı xəstəliklər: İ 11.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya İİ dər. ə.r. İV” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmiş və o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir.
2. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, İİ nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, Orqanizmin onların ağırlıq dərəcəsi, Orqanizmin Sıra XBT-10 funksiyalarının mərhələsi, orqanizmin funksiyalarının №-si (kod) pozulması funksiyalarının davamlı pozulması faizi müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri Qan təzyiqinin yüksək 2.1 olması ilə səciyyələnən İ10-İ15 xəstəliklər
arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi 2.1.2. İİİ mərhələ, hədəf orqanların 65-80 2 il funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə Qan dövranı sisteminin 2.10. anadangəlmə inkişaf Q20-Q28 qüsurları Ürək çatışmazlığı İ50 ÜDS-nin ciddi 2.3.2. disfunksiyası: FS 65-80 2 il İİİ, XÜÇ İİB mərhələ
İşin hallarından görünür ki, iddiaçı hazırda İ50-Ürək çatmamazlığı və İ11- Hipertenziv (hipertoniya) xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.1.2 və 2.3.2 bəndinə əsasən “ İ50-durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ (B) mərhələ. Yanaşı xəstəliklər: İ11.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya İİ dər. ə.r. İV” diaqnozu XBT-10 kod İ50 və İ11 olan xəstəlik olmaqla orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz, orqanizmin funksiyalarının pozulması 2 il müddətinə müəyyən edilmişdir. Bu halda iddiaçıya orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova