Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-205/2020 24.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “Müharibə veteranı kimi aldığı müavinətin xx xxxxxx 2012-ci il tarixdən əvvəlki 3 illik müddətin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qarabağ döyüşlərində iştirakına görə, xx xxxxxx 2012-ci ildən müharibə veteranı vəsiqəsi verilmişdir. Bununla əlaqədar olaraq ona xx xxxxxx 2012-ci ildən müharibə veteranlarına şamil edilən sosial müavinət təyin edilmişdir. İddiaçı ona sosial müavinətin, təyinatdan əvvəlki üç il nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli, **********2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının müharibə veteranı vəsiqəsini xx xxxxxx 2012-ci il tarixdə alması göstərilmiş və həmin tarixdən müavinətin alınmasını qanunvericiliyə uyğun olmasını gö. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyni məzmunlu izahaat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, “Veteranlar haqqında” xx xxxx 1994-cü il tarixli Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinin tələblərinə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Vətəndaş İddiaçı təqdim etdiyi müharibə veteranı vəsiqəsi isə xx xxxxxx 2012-ci ildə verilmişdir. Buna görə də ona xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixədək olan müddət üçün “Sosial müavinət haqqında” qanuna uyğun olaraq müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi tələbi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddianın tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında eyni məzmunlu izahaat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir. Həmin materiallara: 030829 nömrəli veteranlıq vəsiqəsinin surəti, cavabdehin imtina məktubu, cavabdehin etirazı və sairə sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Qərarın təsviri hissəsində qeyd edilənlərdən göründüyü kimi iddiaçıya xx xxxxxx 2012-ci ildən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq xx xxxxxx 2012-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Hazırda işin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq üç il əvvəldən təyin edilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2012-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya 2009-cu ildən sosial müavinətin təyin edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2012-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2012-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2012-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin iddiaçıya buna görə vəsiqə sonradan verilmişdir. Bu hal isə iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Qeyd olunan qanun xx.xx.2006-cı ildən etibarən qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən İddiaçı təyin edilmiş müharibə veteranlarına şamil edilən sosial müavinət əvvəlki üç il nəzərə alınaraq təyin edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş müharibə veteranlarına şamil edilən sosial müavinətin xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixədək birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-205/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-205/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver