Məhkəmə qərarları › İş №2-1(118)-2052/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2052/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2052/2021 03.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı evin pasport qeydiyyatında olan 01 aprel 2004-cü il təvəllüdlü X8, 25 sentyabr 1983-cü il təvəllüdlü X4, 01 avqust 2016-cı il təvəllüdlü X9, 06 avqust 1959-cu il təvəllüdlü X5, 18 iyun 1982-ci il təvəllüdlü X6, 07 dekabr 2014-cü il təvəllüdlü X7 və 06 aprel 2012-ci il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı“onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı evin pasport qeydiyyatında olan 01 aprel 2004-cü il təvəllüdlü X8, 25 sentyabr 1983-cü il təvəllüdlü X4, 01 avqust 2016-cı il təvəllüdlü X9, 06 avqust 1959-cu il təvəllüdlü X5, 18 iyun 1982-ci il təvəllüdlü X6, 07 dekabr 2014-cü il təvəllüdlü X7 və 06 aprel 2012-ci il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı ev AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********53- 10301 saylı reyestr nömrəi,********** qeydiyyat nömrəsi ilə 31.10.2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır. Hazırda həmin ev iddiaçının mülkiyyətindədir. Lakin o həmin ev barəsində sərbəst heç bir sərəncam verə bilmir. Belə ki, vətəndaş 01 aprel 2004-cü il təvəllüdlü X17, 25 sentyabr 1983-cü il təvəllüdlü X11, 01 avqust 2016-cı il təvəllüdlü X18, 06 avqust 1959-cu il təvəllüdlü X12, 18 iyun 1982-ci il təvəllüdlü X13, 07 dekabr 2014-cü il təvəllüdlü X14 və 06 aprel 2012-ci il təvəllüdlü X10 iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar, həmin mənzildə formal olaraq qeydiyyatda olmaqda davam edirlər. Cavabdehlər mənzildə formal qeydiyyatda qaldığına görə əlavə xərclər yaranır. Mənzilin mülkiyyətçisi kimi həmin mənzilə dair sərəncam verməkdə çətniliklər meydana gəlir. İddiaçı bununla əlaqədar Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin ərizədən imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Abşeron rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçı iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, 31.10.2019-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X17, X11, X18, X5, X13, X14 və X1 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı evdə qeydiyyatdadırlar. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 01.10.2021-ci il tarixli imtina məktubundan görünür ki, X8, X4, X9, X5, X6, X7 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. İddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin verdiyi 24.11.2021-ci il tarixli, 12 saylı arayışdan görünür ki, Qasımova X16 şəhəri, 25-ci məhəllə, ev 4 küçəsindəki 1 mərtəbəli evin 1-ci mərtəbəsində 73.80 kv.m sahəsi olan, 4 otaqlı mənzildə yaşayır. Bundan başqa X17, X11, X18, X5, X13, X14 və X10 də həmin ünvanda qeydiyyatdadırlar. - AN-1 №0801466 saylı Daşınmaz Əmlakın Alqıı-Satqı müqaviəsinin surətindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən ümumi sahəsi 73.8 kv.m , yaşayış sahəsi 47.3 kv.m, yardımçı sahəsi 26.5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə keçmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı ev İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə X17, X11, X18, X5, X13, X14 və X10 da qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 01.10.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X17, X11, X18, X5, X13, X14 və X1 rayon Polis İdarəsinə qarşı “onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 4 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X17, X11, X18, X5, X13, X14 və X10 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 25ci məhəllədə yerləşən 4 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar