Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2053/2021 10.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “13.01.2003-cü il təvəllüdlü X14, 05.05.2014-cu il təvəllüdlü X9, 22.06.1975-ci il təvəllüdlü X12, 18.09.1982-ci il təvəllüdlü X15, 22.10.1972-ci il təvəllüdlü X13, 01.06.2007-ci il təvəllüdlü X16 və 22.10.1943-cü il təvəllüdlü X2 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən 35 saylı mənzilə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən 35 saylı mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarış iddiaçının adınadır. Belə ki, üçüncü şəxslər - 13.01.2003-cü il təvəllüdlü X14, 05.05.2014-cü il təvəllüdlü X9, 22.06.1975-ci il təvəllüdlü X12, 18.09.1982-ci il təvəllüdlü X15, 22.10.1972-ci il təvəllüdlü X13, 01,06.2007-ci il təvəllüdlü X16 və 22.10.1943-cü il təvəllüdlü X7 mənə məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı bildirmişdir ki, onunla X13 arasında 17.08.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 13-cü bəndində X13 17.09.2021-ci il tarixə kimi həmin mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Lakin o üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, ailə üzvləri ilə birlikdə hələ də ona məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı ilk əvvəl həmin şəxslərin qeydiyyatdan çıxması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini və iddia tələbinə dəqiqləşdirmə verərək cavabdeh kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Üçüncü şəxslərə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslər məhkəmə prosesinə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli 128-66805S nömrəli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********84-05101-093005 reyestr nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən 35 nömrəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********84-05101-093005 reyestr nömrəli çıxarış əsasında İddiaçı məxsusdur. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – 13.01.2003-cü il təvəllüdlü X14, 05.05.2014-cu il təvəllüdlü X9, 22.06.1975-ci il təvəllüdlü X12, 18.09.1982-ci il təvəllüdlü X15, 22.10.1972-ci il təvəllüdlü X13, 01.06.2007-ci il təvəllüdlü X16 və 22.10.1943-cü il təvəllüdlü X7 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. Ona görə də məhkəmə hesab edir ki, 13.01.2003-cü il təvəllüdlü X14, 05.05.2014-cu il təvəllüdlü X9, 22.06.1975-ci il təvəllüdlü X12, 18.09.1982-ci il təvəllüdlü X15, 22.10.1972-ci il təvəllüdlü X13, 01.06.2007-ci il təvəllüdlü X16 və 22.10.1943-cü il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən 35 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 13.01.2003-cü il təvəllüdlü X8, 05.05.2014-cu il təvəllüdlü X3, 22.06.1975-ci il təvəllüdlü X4, 18.09.1982-ci il təvəllüdlü X10, 22.10.1972-ci il təvəllüdlü X5, 01.06.2007-ci il təvəllüdlü X11 və 22.10.1943-cü il təvəllüdlü X2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən 35 nömrəli yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2053/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2053/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver