Məhkəmə qərarları › İş №2-1(118)-2053/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2053/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2053/2022 29.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə onun, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24.03 kvadrat metr və İİ mərtəbəsində yerləşən 172.03 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyini qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24.03 kvadrat metr və İİ mərtəbəsində yerləşən 172.03 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********02 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı yuxarıda qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İşin mahiyyəti ondan ibarətdir kı, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi binadan təxminən 7-8 il əvvəl qeyri-yaşayış sahəsi almışdır. Qeyd edilən qeyri- yaşayış sahəsini aldıqdan sonra həmin sahənin layihəsi hazırlanmış və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Baş Memarı tərəfindən təsdiq edilmiş və Razılaşdırılmışdır. Həmin qeyriyaşayış sahəsinin sənədləşməsində hər hansı narazılığın yaranmaması üçün 02 iyun 2017-ci il tarixdə onunla "xxxx" MTK ilə aralarında qeyri-yaşayış tələbatçıları arasında notarial qaydada təsdiq edilmiş Müqavilə imzalanmışdır. Həmin Müqavilədən də görünür ki, qeyri-yaşayış sahəsi binanın İ və İİ mərtəbəsində və zirzəmisində yerləşir. Qeyriyaşayış sahəsinin İ mərtəbədə yerləşən hissəsinin sahəsi 24.03 kv.m 11 mərtəbədə yerləşən hissəsinin sahəsi 172.03 kv. metr təşkil edir. X4 hissədə göstərilir ki, İİ mərtəbədə yerləşən 172.03 kv metr sahəsi ümumi mənzil sahəsindən azalaraq qeyri- yaşayış sahəsinə çevrilmişdir, (m 144,145,146). İddiaçıya məxsus olan həmin qeyri- yaşayış sahələri biri-digəri ilə əlaqəli olmaqla digər sahələrdən divarla ayrılmış və üçüncü şəxslərin istifadəsi (ümumi istifadə) üçün nəzərdə tutulmamışdır. "xxxx" MTK tərəfindən təqdim edilmiş Maliyyə Arayışından da görünür ki, qeyriyaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Bu aprel ayında iddiaçı Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********02 saylı Bildirişdə göstərilmişdir ki, təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeyd olunsa da, faktiki vəziyyətdə ümumi istifadədə olduğu müəyyən edilmişdir, Bundan başqa, digər qeyri-yaşayış sahəsi ilə bağlı eyni İdarənin xx.xx.2022-ci il tarixli **********5 saylı Bildirişində isə aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə,yaşayış sahəsi kimi qeyd olunduğu müəyyən edilmişdir. Hesab edir ki, 4 saylı Abşeron Ərazi dərəsinin hər iki imtina barədə Bildirişi qanunsuz və əsassızdır, öhdəliyin icrasından yayınmaq məqsədi daşıyır və aşağıdakı səbəblərə görə onun hüquqlarını pozur. Əvvəla, iddiaçı "xxxx" MMC-dən həmin sahələri ilkin vəziyyətdə alarkən qeyriyaşayış sahəsi kimi əldə etmiş və bununla bağlı ilkin hüquqmüəyyənedici sənədlər də faktı təsdiqləyir. Həmçinin, imtina barədə Bildirişdə guya 1-ci məntəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi istifadədə olması da həqiqəti əks etdirmir və bunu həmin sahəyə yerində baxış keçirməklə müəyyən etmək də mümkündür. Bundan başqa, Bildirişdə qeyri-yaşayış sahəsinin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə yaşayış sahəsi kimi qeyd olunduğu göstərilməsi də əsassızdır ki, çünki məhz Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən təqdim etdiyim layihə təsdiq edilmiş və müvafiq imza və ştampla “Razılaşdırılmışdır” qeydi aparılmışdır. Qeyd edilən sübutlar olduğu halda ona məxsus qeyri-yaşayış sahələrinə dair yəni Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz olduğundan cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həmin hüquqların qeydiyyatı alınması və Çıxarışın verilməsi öhdəliyinin icrası həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə qeyriyaşayış sahəsi kimi qeyd olunsa da, faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və ı azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyqun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24.03 kvadrat metr və İİ mərtəbəsində yerləşən 172.03 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeyd olunsa da, faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayonu, X ırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olmuşdur. “Viləşçay-İnşaat MTK-si ilə qeyri-yaşayış tələbatçıları arasında 02 iyun 2017-ci il tarixli müqavilə ilə Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanda yerləşmiş "xxxx" MMC tərəfindən tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi İddiaçı verilmişdir. göstərilən qeyri-yaşayış sahəsi binanın İ və İİ mərtəbəsində və zirzəmisində yerləşir. İİ mərətəbədə yerləşən 172.03 kv.m mənzil sahəsi ümumi mənzil sahəsindən azalaraq Q/Y sahəsinə çevrilmişdir. “Viləşçay-İnşaat MTK-si ilə qeyri-yaşayış tələbatçıları arasında 20 iyul 2018-ci il tarixli müqavilə ilə Xırdalan şəhəri, 28-ci məhəllədəki ünvanda yerləşmiş "xxxx" MTK tərəfindən 1-2 mərtəbədə yerləşən, ümumi sahəsi 195.5 kv.m olan 3-cü girişdə yerləşən qeyri-yaşayış sahəsi X1 verilmişdir. Həmçinin iş materiallarından görünür ki, qeyri-yaşayış sahəsinin layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Baş Memarı tərəfindən təsdiq edilmiş və razılaşdırılmışdır. Göründüyü kimi iddiaçı zəruri sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Məhkəmə tərəfindən mübisə predmeti təşkil edən daşınmaz əmlaka yerində baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli əmlak faktiki olaraq qeyri-yaşayış sahəsi kimi (diş kilinikası kimi) istifadə edilir, ayrıca girişi vardır, mərtəbələr arasında olan pilləkən ümumi istifadədə deyildir və iddiaçıya məxsus əmlakın tərkib hissəsidir. Cavabdeb inzibati orqan həmin əmlakın ümumi istifadədə olması ilə bağlı hər hansı bir dəlil göstərə bilməmişdir. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mükiyyət hüququnun qeydə alınması ilə bağlı zəruri sənədləri təqdim etsədə, cavabdeh inzibati orqan əsassız imtina etmiş və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun qanunla qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24.03 kvadrat metr və İİ mərtəbəsində yerləşən 172.03 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar