Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2053/2023 16.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “Abşeron rayonu, Aşağıgüzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 226 saylı mülkiyyətinə qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Aşağıgüzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 226-a qeydiyyata alınmaq üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 18 yanvar 2023-cü il tarixli, 110/3-13-59/2-H-17xx/xx/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 Saitbəy qızı və İddiaçı2 qeyd olunan ünvan 1 saylı mülkiyyəti xx.xx.2015-ci il tarixdə almışdır. Həmin vaxtdan da qeyd olunan ünvanda yaşayırlar. X1 Mehman Bahadur oğlu ilə ailəlidir. Mənzilin bütün kommunal xərcəri İddiaçı1 Saitbəy qızının adınadır. Onlar müvəqqəti olaraq Abşeron rayon Polis İdarəsinə qeydiyyata düşmüşdür. Lakin hal-hazırda Polis İdarəsi tərəfində qeydiyyatdan çıxarılmışdır. Səbəbini öyrənəndə Polis İdarəsindən bildirilmişdir ki, polisin inzibati binasına qeydiyyata düşmək artıq mümkün deyil. Bunu nəzərə alaraq Abşeron rayon Polis İdarəsinə öz mənzillərinə qeydiyyata alınmaları üçün rəsmi ərizə ilə müraciət etmişdirlər. Abşeron rayon Polis İdarəsi rəsmi ərizəyə xx.xx.2023-cü il tarixdə cavab verərək mənzilə qeydiyyata alınmalarının mümkün olmadığını, bununla əlaqədar olaraq məhkəməyə müraciət etmələrini və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında qeydiyyata alına biləcəklərini qeyd etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdirlər, İddiaçı2 əlavə olaraq izahatında bildirmişdir ki, 2015-ci ilədək Müşfiqabad qəsəbəsində qeydiyyatda olmuşdur. Sonra ev satılmışdır. Məhkəmə qətnaməsi əsasında həmin evdən qeydiyyatdan çıxarılmışdır. Sənədsiz ev almışdırlar. Evin sənədi olmadığı üçün polis orqanında qeydiyyata düşmüşdürlər. Hazırda polis orqanı qeydiyyatdan çıxarmışdır. Evin sənədi olmadığı üçün çıxarış ala bilmirlər. Kommunalları ödəyirlər. Özü neft şirkətində işləyir. Müvəqqəti olaraq iş yoldaşının evinə qeydiyyata düşmüşdür. Arvadı qeydiyyatdan çıxmışdır, lakin şəxsiyyət vəsiqəsi aktiv görünür. Yoxlayanda deyilmişdir ki, aktiv deyildir. Sistemdə qeydiyyatda qalması kimi görünür. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar Abşeron rayonu, Aşağıgüzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 226 saylı mənzilə qeydiyyata alınmaq istəyir. Cavabdeh isə imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cü il tarixli 550 saylı əmrin 2-ci maddəsinin “a” bəndinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, “g” bəndinə əsasən şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyata alınma mümkündür. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İş materillarına əlavə edilmiş Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli, 65/A arayışında qeyd edilmişdir ki, İddiaçı1 Aşağı Güzgək qəsəbəsində S.Ə.Şirvani, ev 226 ünvanında qeydiyyatsız yaşayır. X2 notarial qaydada təsdiq olunmuş 23 iyun 2015-ci il tarixli razılıq ərizəsində qeyd edilmişdir ki, ona məxsus ünvan 1 ünvanda yerləşən 350 kv.m torpaq sahəsi və bu torpaq sahəsi üzərində onun tərəfindən tikilmiş 110 kv.m ümumi sahədən, 3 otaqdan və 1 mərtəbədən ibarət fərdi yaşayış evini hər ikisinin ailə üzvlərinin razılığı ilə İddiaçı1 satmışdır. Torpaq sahəsi və tikilinin dəyəri bütünlüklə ödənilmişdir. Gələcəkdə bu torpaq və üzərində yerləşən fərdi yaşayış sahəsi ilə, eləcə də torpaq və tikili üçün verilmiş məbləğlə bağlı İddiaçı1 qarşı heç bir iddia və tələbi olmayacaqdır. Abşeron rayon, X6 23 yanvar 2023-cü il tarixli, 03 saylı arayışında İddiaçı1 Abşeron rayon X8 xx.xx.2022-ci il tarixədək vergi borcu olmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçılar faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşasalarda, yaşayış yeri üzrə qeydiyyat üçün əsas olan sənədləri mövcud deyil. Məhkəmə hesab edir ki, qeyd edilən sənədlər qanunvericliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hüquqi əsas təşkil etmədiyinə görə inzibati orqanın imtinası əsaslı olmamışdır və iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2053/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2053/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver