Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2054/2023 28.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə, X4, X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Hal-hazırda “X10” QSC-də çalışır. xx.xx.2022-ci il tarixində iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-İ/2-A-9677/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi onun işlədiyi sahənin, yəni "Azərboru” ASC-nin Dəmiryolu (Nəqliyyat) sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştİi şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Dəmiryol nəqliyyatı sahəsinə aid olmaması göstərilmişdir. İmtina məktubunu xx.xx.2023-cü il tarixində almışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əmək kitabçasından (ИТ-1 № 0673720) da göründüyü kimi iddiaçı: xx.xx.1977-ci il । tarixindən xx.xx.1980-ci il tarixinədək Sumqayıt şəhəri 45 saylı peşə məktəbində təhsil almışdır; xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək Sumqayıt Üst Trikotaj fabrikində usta köməkçisi və maşinist-liftçi peşələrində işləmişdir; xx.xx.1981 -ci il tarixindən xx.xx.1983 -cü il tarixinədək hərbi xidmətdə olmuşdur; xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Üst Trikotaj fabrikində işləmişdir; xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiyada "Altaykoksximstroy" trestinin 39 saylı Tikinti idarəsində dülgər-betonçu peşəsində işləmişdir; xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiyada “Altaykoksximstroy" trestinin 58 saylı Tikinti idarəsində dülgər-betonçu peşəsində işləmişdir; xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Rusiyada "Barnaulselstroy’ trestində dülgər-betonçu peşəsində işləmişdir; xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək Azərbaycan Boruyayma zavodunun Boruyayma sexində qazla kəsici peşəsində işləmişdir; xx.xx.1986-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək həmin zavodun Dəmir yolu sexində qatar tərtibçisinin köməkçisi peşəsində işləmişdir; xx.xx.1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək həmin sexdə qatar tərtibçisi peşəsində işləmişdir; xx.xx.1991 –ci il tarixindən 1 7.05.2004-cü il tarixinədək həmin sexdə lokomotiv maşinistinin köməkçisi peşəsində işləmişdir; xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək həmin sexdə növbə rəisi vəzifəsində işləmişdir; xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək Dəmiryolu və avtonəqliyyat sexində istismar və xidmət üzrə növbə ustası vəzifəsində işləmişdir; xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək Nəqliyyat sexində istismar və xidmət üzrə maşinist köməkçisi peşəsində işləmişdir; xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək həmin sexdə lokomativ maşinisti peşəsində işləmişdir; xx.xx.2017-ci il tarixindən hal-hazıradək “X10" QSC-nin (3-cü İstehsalat Sahəsi - Azərboru) Nəqliyyat sexində teplovoz maşinisti peşəsində işləyirdir. Azərbaycan Boruyayma zavodunda (hal-hazırda "xxxx" ASC) işlədiyi peşələr "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 58 saylı arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahının 35ci Ümumi peşələr bölməsinin "qazla kəsicilər" peşəsinə və 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlə və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri", “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" peşələrinə uyğun olmaqla ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. İddiaçının işlədiyi sahə, yəni metallurgiya istehsalı (qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda həmin sahənin Dəmiryol sexindəki fəaliyyət dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, zavodun Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Qeyd olunan peşələrdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına, dəmiryol nəqliyyatında manevr işləri və qatarların hərəkəti, siqnalizasiya üzrə təlimata uyğun olaraq öz əmək funksiyalarını həyata keçirir. Artıq neçə İllərdir ki, müəssisənin Dəmiryolu sexində onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarının 4.1.20-ci maddəsinə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. 01 iyun 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (13 may 2022-ci il tarixli 530-V1QD saylı AR Qanunu ilə dəyişikliklərdən sonra) 9.1-ci maddəsinə əsasən - Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərim (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən - 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan tam əmək stajı olduğu üçün (25 il ümumi iş stajı. 12 il 6 ay güzəştli iş stajı) ona güzəştli şərtlərlə əmək pensiyası xx.xx.2022-ci il tarixindən təyin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2022-ci il tarixdə ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı xx.xx.2021-cü il tarixli 3-17-1/2-A-9677/2023 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şprtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi güzəştli arayışında qeyd olunan peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan peşə ilə uyğun olmadığı bildirilmişdir. İstinad olunan Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahplərinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, Vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qorumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müjvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 i sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək per siyasi təyin edilmiş şəxşipr istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Hazırda kişilərin pensiya yaşn 65 yaş müəyyən edilmişdir. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayım həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var idi. “Əmək, pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun olmamasıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə "Azərboru” ASC-yə dair 6 dekabr 2022-ci il tarixli, 58 nömrəli arayış əlavə etmişdir ki, bu arayış AH Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Beiə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştlij şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, qatar tərtibçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Q.X1 təqdim etdiyi "xxxx" ASC-yə dair 6 dekabr 2022-ci il tarixli,1 58 nömrəli arayışda xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin dəmir yolu sexində qatar tərtibçisi, xx.xx.1991-xx.xx.2004- cü il tarixləri arasındakı dövr ərzində lokomotiv maşinistinin köməkçisi və xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində nəqliyyat sexində lokomotiv maşinist peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 23 gün (xx.xx.1986xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. İş materiallarından göründüyü kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd edilmədiyindən, bununla da kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri Nümayəndə, X4, X5 iştirak etmişdir. 12 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 bildirmişdir ki, iddiaçının müraciəti 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarət olmuş, həmin tələbə uyğun münasibət bildirilmişdir. Arxiv arayışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli Qərarına uyğun olaraq yazılmışdır. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını istəyirsə Nazirlər Kabinetinin 1993-cü il tarixli qərarına uyğun olaraq güzəştli iş stajı barədə arayış təqdim etməlidir. Təqdim edilən arayış 60 yaşdan güzəştli iş stajı ilə bağlı olmuşdur. 20 dekabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmiş və izahatında bildirmişdir ki, 2022-ci il tarixdə verilən arayışla eynidir. Vəzifə uyğunsuzluğu var. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddiaçı Q.X1 təqdim etdiyi "xxxx" ASC-yə dair 6 dekabr 2022-ci il tarixli, 158 nömrəli arayışda xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin dəmir yolu sexində qatar tərtibçisi, xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində lokomotiv maşinistinin köməkçisi və xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində nəqliyyat sexində lokomotiv maşinist peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 23 gün (xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. İş materiallarından göründüyü kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd edilmədiyindən, bununla da kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixində Azərbaycan Boruyayma zavodunun Boru yayma sexinə qazla kəsici peşəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixində Dəmir yolu sexində qatar tərtibçisinin köməkçisi peşəsinə keçirilmiş. xx.xx.1987-ci il tarixində həmin sexdə qatar tərtibçisi peşəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixində həmin sexdə Jokomptiv maşinistinin köməkçisi peşəsinə keçirilmiş. xx.xx.2004-ci il tarixində həmin sexdə növbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixində Yardımçı İstehsalat departamentinin Dəmir yolu və avtonəqliyyat sexinə istismar və xidmət üzrə növbə ustası vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixində İnzibati İşlər departamentinin Nəqliyyat sexinə istismar və xidmət üzrə maşinist köməkçisi peşəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixində həmin sexdə lokomotiv maşinisti peşəsinə keçirilmiş və xx.xx.2017-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdur. “Metallurgiya" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası. T-2 kartı və əmək haqqı barədə şəxsi hesab vərəqəsi. Qeyd edilmiş (qazla kəsiçi, qatar tərtibçisi, lokomotiv maşinisti və lokomotiv maşınistinin köməkçisi) peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Naz.irlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci Ümumi peşələr bölməsinin "qazla kəsicilər”, peşəsinə və həmin Siyahının 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndinin "qatar tərtibçiləri”, "teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələrinə uyğundur. (X6 06 dekabr 2022-ci il tarixli, 58 saylı araşdırıcı arayışı) İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsindən sonra X6 xx.xx.2023-cü il tarixli araşdırıcı arayışı məhkəməyə təqdim edilmiş, arayışda qeyd edilmişdir ki, qeyd edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü Ümumi peşələr bölməsinin “qazla kəsicilər”- (23200000-11618), həmin Siyahının 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” - (23001000-18726), “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” - (23001000- 14241) və eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsinin “qazla kəsicilər” və həmin Siyahının 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri”, “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələri ilə eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu təşkil edir. Cavabdeh hesab edir ki, "xxxx" ASC-nin fəaliyyət sahəsi siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Formalaşmış məhkəmə təcrübəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı qərarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-880/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir : “Qeyd edilməlidir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan, ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.” Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının işlədiyi qazla kəsici peşəsi, habelə cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1987-xx.xx.1991-ci il tarixləri işlədiyi qatar tərtibçisi, xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi lokomotiv maşinistinin köməkçisi və xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində nəqliyyat sexində işlədiyi lokomotiv maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—11618 (qazla kəsicilər), XXVİİİ. Nəqliyyat bölməsinin 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin 23001000-18726 (qatar tərtibçiləri) və 23001000—14241 (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) kodlarına uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq edilməlidir. Belə ki, iddiaçının yuxarıda qeyd edilmiş mübahisəli dövrlər üzrə əmək fəaliyyəti nəzərə alındıqda onun qanunla tələb olunan 12 il 6 aydan çox güzəştli iş stajı yaranmış olur. Bu halda məhkəmə hesab edir ki, iddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdeh orqana müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur. Bu halda iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən əmək pensiyasını almaq hüququ vardır. Ona görədə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməli və ödənilməlidir. Lakin təyin edilən pensiya hazırda qüvvədə olan “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilmlidir “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiya məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2054/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2054/2023
28.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver