Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2054/2024 25.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin 23.05.23-cü il tarixli, **********69 nömrəli qanunsuz qərarının ləğv edilməsi və "xxxx" MMC-in dövlət qeydiyyatının həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023 tarixdə hüquqi şəxsin elektron qeydiyyatı ilə bağlı Dövlət Vergi xidmətinə onlayn müraciət etmiş, həmin gün **********260600 AVİAS nömrəli cavab məktubunu almış, 3 saylı Ərazi Vergi Xidməti tərəfindən verilmiş №**********69 qərarla MMC-nin elektron dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilmişdir. İmtina edilməyə səbəb gətirilmiş müddəalar tamamilə əsassızdır. Belə ki, onun MMC-in adı kimi seçdiyi "xxxx" dövlət qurumu olması səbəb gətirilərək imtinaya əsas kimi iquqüH“ şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3 maddəsini əsas götürülüb.Sözügedən maddədə sadalanan hallar olduqda Hüquqi şəxsin elektron dövlət qeydiyyatının həyata heçirilməsindən imtina edilə bilər (firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə). Yuxarıda sadalanan halların heç birinin tələbi mənim istifadə etmək istədiyim “DYP MMC” adında pozulmamışdır. 1. iquqüH“ şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3 maddəsinə əsasən dövlət qurumlarının adlarından yalnız qeyri-hökumət təşkilatlarının adında istifadə etmək olmaz. Hüquqi şəxsilərin –MMC-lərin qeydiyyatı zamanı ad seçimində dövlət qurumlarının adlarına uyğun adlar seçilməsi, həmçinin dövlət qurumlarının adlarının hər hansı birinin abreviaturu ilə oxşarlıq təşkil edən adın seçilməsinə heç bir məhdudiyyət yoxdur. 2. DYP adında heç bir dövlət qurumu yoxdur. Müəyyən dövlət qurumlarının adlarının abreviaturunun müəyyən hissəsi ilə oxşarlıq təşkil edir (ARBDYPİ, YRPİDYPŞ, BŞBPİDYPİ və s.). Həmçinin verilmiş qərarın qanunsuz və əsassız olmasını göstərən digər hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 50.2 Ərizəni imzalayan şəxs haqqında məlumat maddələrini əsas tutmasıdır. Azərbaycan Resublikası Mülki Məcəlləsinin 11.1 maddəsi (qanunun analogiyası) “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.10 maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi” kimi izah olunub. Sözügedən məsələyə bu tətbiq oluna bilməz. Çünki, bu məsələdə tənzimlənməyən hal yoxdur. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına imtina edilməsinin bütün halları Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 11.3 maddəsində sadalanmışdır. Bu maddədə qeyd olunmuş “yalnız aşağıdakı hallarda imtina edilə bilər ifadəsi onu göstərir ki heç bir qanun analogiyası və əlavə hal hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına imtina edilməsi üçün əsas deyildir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir: Belə ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********017200 nömrəli) ərizə ilə 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilmişdir. Qeyd olunan ərizə və ona əlavə edilmiş sənədlər araşdırılmış və aşağıda qeyd olunan səbəblərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.3-cü maddəsinə əsasən isə firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. X2 (DYP) dövlət orqanı olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsi (qanunun analogiyası) və 50.2-ci maddəsi tətbiq edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsasdır və bu səbəblərdən ərizənin icrasından imtina olunaraq İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********69 nömrəli qərar qəbul edilərək müvafiq surətdə xx.xx.2023-cü tarixli **********260600 nömrəli məktubla onun poçt ünvanına göndərilmiş və məktub poçtdan geri qayıtmamışdır. İddiaçı tərəfindən qanunvericiliyin qeyd edilmiş tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli **********69 nömrəli imtina qərarının surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır.Cavabdeh təşkilatın müddətin ötrülməsi səbəbindən iddianın mümkün sayılmaması barədə vəsatətinə münasibətdə bildirilir ki, iddiaçı sözügedən vergi orqanının qərarının ilk növbədə yuxarı vergi orqanına şikayət etmiş, onun şikayəti yuxarı vergi orqanı tərəfindən təmin edilmədiyindən, mübahisələndirilən qərarı Bakı İnzibati Məhkəməsində mübahisələndirmişdir.Daha sonra ona müvafiq məhkəmə tərəfindən hüquqi yardım edilmiş, iddiaçı sözügedən iddianı Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirmişdir.İddiaçı tərəfindən müddətin ötürülməsi iş materiallarından müəyyən edilmir. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.3-cü maddəsinə əsasən isə firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. X2 (DYP-nin) dövlət orqanı olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1ci maddəsi (qanunun analogiyası) və 50.2-ci maddəsi tətbiq edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsasdır. Belə ki, BDYPİ-nin internet portalında dyp.gov.az saytının olması və eyni zamanda həmin dövlət qurumunun respublika ərazisində hamıya məlum olan qısaldılmış adı DYP kimi olması bu qəbildən olan adların məhz həmin quruma bağlı olmasının təzahürudur. Bu səbəblərdən cavabdeh təşkilat ərizənin icrasından imtinasında haqlı olmuşdur. Belə olan halda cavabdeh təşkilat üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin 23.05.23-cü il tarixli, **********69 nömrəli qanunsuz qərarının ləğv edilməsi və "xxxx" MMC-in dövlət qeydiyyatının həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2-1(118)-2054/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2054/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver