Məhkəmə qərarları › İş №2-1(118)-2055/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2055/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2055/2021 27.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Şəmşir qızının katibliyi, İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin sədri X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin Cavabdeh qarşı Qusar rayon Avaranqışlaq bələdiyyəsinin 27 avqust 2004-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsi cavabdeh X5 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayon Avaranqışlaq bələdiyyəsinin 27 avqust 2004-cü il tarixli 09 saylı qərarının, sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılması (satılması) barədə DTXK-nin .Qusar rayon şöbəsinin rəyinin və torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi və Qusar rayon Avaranqışlaq bələdiyyəsinin 27 avqust 2004-cü il tarixli 09 saylı qərarına əsasən Cavabdeh satılmış 30.0 ha torpaq sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin sədri X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Qusar rayon Avaranqışlaq bələdiyyəsinin 27 avqust 2004-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Avaranqışlaq bələdiyyəsinə məxsus, kənd sakinlırinə mal-qara otarılması üçün ayrılmış və hazırda da kənd sakinlərinin istifadəsində olan 30.0 ha torpaq sahəsi saxta yollarla qanunsuz şəkildə Cavabdeh mülkiyyətinə keçmişdir. Kəndin bir qrup sakini ərizə ilə bələdiyyəyə bu barədə məlumat verdikdən sonra bələdiyyə Qusar rayon Dövlət Arixinə müraciət etmiuş və arxivdən Qusar rayon Avaranqışlaq bələdiyyəsinin bələdiyyə iclas protokolları sənədləri qovluğundan mübahisələndirilən qərar aşkar edilərək göndərilmişdir. İddiaçı həmin qərarı və qərarın verilməsi üçün əsas olmuş sənədləri, o cümlədən DTXK-nin Qusar rayon şöbəsinin rəyini və torpaqların alqı-satqısına dair aktı saxta hesab edir. Belə ki, həmin sənədlərdə qeyd olunan imzalar başqa şəxslərə məxsusdur. Həmin vaxt bələdiyyənin sədri, baş mühasib işləmiş şəxslər mübahisələndirilən qərardan, torpağın cavabdehə satılmasından xəbərsizdirlər. Həmin torpaq sahəsinin cavabdehə satılması bələdiyyə üzvləri tərəfindən müzakirə edilməmiş, protokol iclasın sədri və katibi tərəfindın imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin sədri X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, bələdiyyənin özünün qəbul etidiy qərarın ləğv edilməsinə dair iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh mübahisəli torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Bu səbəbdən onun ləğvi üçün hər hansı hüquq əsas mövcud deyildir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qusar rayon Avaranqışlaq bələdiyyəsinin 27 avqust 2004-cü il tarixli 09 saylı qərarı ilə Cavabdeh 30.0 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin satılması ilə bağlı DTXK-nin Qusar rayon şöbəsinin rəyi alınmış və torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 1.26-cı maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə Qusar rayonu Atlıxan, Avaranqışlaq, Caqarqışlaq, Kuzunqışlaq və Zindanmuruqqışlaq bələdiyyələrinin əhatə etdiyi Atlıxan, Avaranqışlaq, Caqarqışlaq, Kuzunqışlaq və Zindanmuruqqışlaq kəndlərində Kuzunqışlaq bələdiyyəsi yaradılmışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndinə görə bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmə qərarı ilə etibarsız sayıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyə qərarının özünün qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmamışdır. Göstərilən normadan göründüyü kimi bələdiyyə tərəfindən qəbul edilmiş qərar onun özü tərəfindən ləğv edilə və ya məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Hazırki iş üzrə isə iddiaçı özünün qəbul etdiyi qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini vətəndaşa, yəni inzibati orqan olmayan subyektə qarşı yönəltmişdir ki, bu da inzibati məhkəmə icraatının prinsiplərinə zidd hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bu normada mübahisələndirilən qərarın həmin qərarı qəbul etmiş inzibati orqan tərəfindən deyil, hüquq və vəzifələrinə toxunulan şəxs tərəfindən mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin Cavabdeh qarşı Qusar rayon Avaranqışlaq bələdiyyəsinin 27 avqust 2004-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar