Məhkəmə qərarları › İş №2-1(118)-2057/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2057/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2057/2022 07.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldırararaq “maddi ziyanın ödənilməsi” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflər aidiyyətin müəyyən edilməsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı Cavabdeh rektor və prorektorunun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəydiyini, həmin ziyanı tələb etdiklərini bildirmişdir. İddiaçıaya hüquqi yardım edilərək bildirilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında ziyan tələb edildikdə iddiaya cavabdehin olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Ziyanın fiziki şəxslərdən tələb edilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Cavabdehin inzibati orqan vəya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmadığı halda isə cavabdehin kim olmasından asılı olmayaraq mübahisə mülki məhkəmə icraatı qaydasında həllini tapmalıdır. İddiaçının nümayəndəsi tələblərinin Cavabdehnə qarşı yönəldiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X4 isə Cavabdeh inzibati orqan olmadığını bildirmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Bu halda ümumi norma olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə cavabdeh Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətının müəyyən olunması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü və 2.2.7-ci maddələrinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdeh inzibati orqanın yerləşdiyi yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiası ilə bağlı inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar