Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2059/2025 18.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının Aparatı tərəfindən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəhid X7 ailəsinə 2007ci ildə, xüsusi təyinatlı yaşayış sahəsi olan X14 yataqxanasında verilmiş birotaqlı yaşayış sahəsinə dair rəsmiləşdirilmiş sənədlərinin təsdiqlənmiş surətlərini aydiyyəti üzrə iddiaçıya təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ailə üzvü olan qardaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmiş, şəhid X13 xx.xx.1998ci ildə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən birinci Qarabağ Müharibəsində şəhid olmuşdur. Bununla bağlı, Azərbaycan Respublikasi Prezidentinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı nəticəsində, ailəsinin mənzil şəraitini yaxşılaşdırması və sosial müdafiəsini təmin etmək məqsədi ilə, atası X8, Cavabdeh başçısı cənab Şəmsəddin Xanbabayev tərəfindən, 2007-ci ildə, xüsusi təyinatlı yaşayış sahəsi olunan, X14 yataqxanasında bir otaqlı ( yaşayış sahəsi ) verilmişdir. Onlar ailəvi köçüb, X14 yataqxanasında, atası X10, birlikdə yaşamışdırlar. İddiaçıdan başqa atası Bədəl Mahmudaov əvvələr nigahdankənar yaşadığı X3 ilə xx.xx.2011-ci ildə rəsmi nigaha daxil olmuşdur. Birgə nigahdan X10 və X2 evliliyindən övlad və vərəsələri mövcud olmamışdır. X14 yataqxanasında, onunla birlikdə yaşayan atası, X10 xx.xx.2017-ci ildə vəfat etmişdir. X1 xx.xx.2017-ci ildə vəfatından sonra, 2007-ci ildə, xüsusi təyinatli yaşayış sahəsi olunan, X14 yataqxanasında bir otaqlı yaşayış sahəsində analığı olan X4 da onunla birlikdə yaşamışdır. X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bundan sonra iddiaçı ailə üzvüləri ilə birlikdə, X6 qanuni varisi və şəhid ailə üzvü olaraq, 2007-ci ildə xüsusi təyinatlı yaşayış sahəsi olan X14 yataqxanasında bir otaqlı mənzildə yaşamağa davam etmişdir. X19 yataqxanasının başqa mənzilində yaşayan kənar şəxs, X2 qardaşı X5 tərəfindən, iddiaçının X14 yataqxanasında daimi yaşadığı bir otaqlı yaşayış sahəsi əsassız və qanunsuz zəbt edilmişdir. Mənzildə yaşamağa buraxmamışdırlar. Xaçmaz Rayon Polis Şöbəsinə rəsmi müracət edilmişdir. Bu barədə X14 rəhbərliyinə və bununla yanaşı, Xaçmaz RİHB Elnur Rzayevə dəfələrlə rəsmi müracət edilsə də, baxılması hal-hazıra kimi öz hüquqi həllini tapmamışdır. X18də Xaçmaz RİHB-nın müvafiq məktubunu gizlətməklə yanaşı müvafiq əmrin də yox olması aşkarlanmışdir. Cavabdeh isə aidiyyəti üzrə mövcud məktubun təkrar təsdiqli surətinin verilməsini təmin etmir və icra etməsindən yayınır. Belə çıxır ki, 2007-ci ildən halhazıra kimi Xaçmaz RİHB şəhid ailəsini aldatmış, rəsmi sənədləri saxtalaşdırmış və şəhid X7 ailə üzvləri qanunsuz kənarlaşdırılmış və şəhid ailəsinə ayrılmış yaşayış otağı isə kənar şəxslərə rüşvət üzərində bir-neçə şəxsə və şəxslərə satmışlar. X18 direktoru vəzifəsi səlahiyyətlərini müvvəqəti icra edən Kərimova (Qonaqova ) Elmira Tahir qızı tərəfindən, təyin edildiyi bir müddət sonra, 2007-ci ildə, şəhid ailəsinə verilmiş xüsusi təyinatlı yaşayış sahəsi təkrar yeni kənar şəxslərə satılması rəsmi təsdiqli sübut faktı olaraq qaçılmazdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Hazırki iş üzrə iddiaçı Cavabdeh Başçısının Aparatı tərəfindən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəhid X7 ailəsinə 2007ci ildə, xüsusi təyinatlı yaşayış sahəsi olan X14 yataqxanasında verilmiş birotaqlı yaşayış sahəsinə dair rəsmiləşdirilmiş sənədlərinin təsdiqlənmiş surətlərini aydiyyəti üzrə iddiaçıya təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 yataqxanasının Cavabdehnə heç bir aidiyyəti yoxdur. Sözügedən yataqxana X14 balansındadır. X19 Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeçiliyindədir. Cavabdehndə X14 balansında olan yataqxanaya aid heç bir sənəd yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi üzrə iddiaya cavab verməli orqan Cavabdeh olmadığından iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2059/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2059/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver