Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-206/2020 17.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçıların nümayəndə və vəkili X4 iştrakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “JN-0003 saylı 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına inzibati məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Quba rayonunda keçirilən Aqrar İslahat zamanı iddiaçılara, yəni İddiaçı1, İddiaçı2 qızma, İddiaçı3 Şadbeg oğluna, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızma, İddiaçı7 qızma Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsi verilmişdir.Onlar həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 X9 xx.xx.2019-cu il tarixdə müraciət etmişlər. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 X6 xx.xx.2019-cu il tarixli məktubuna əsasən DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-00xx xxx 30305058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem olmaması, bu səbəbdən də müraciətlərinin icrası mümkün olmaması qeyd olunmuş və onlara çıxarış verilməsindən imtina edilmişdir. Onlara məxsus JN-00xx xxx 30305058 saylı Torpağa Mülkiyyət Hüququna də Dövlət aktında göstərilən torpaq sahəsinin Dövlət Reyestri Xidmətinin 5 saylı X6 elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem olmamasına görə onların heç bir təqsiri yoxdur və onlar buna görə məsuliyyət daşımırlar. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin başqa bir orqanı olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən onlara məxsus torpaq sahəsinin xəritəsi və cizgisi vardır. Bu barədə mütəxəssisi həmin sahəni ölçərkən bunu bir daha təsdiq etmişlər.Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 286 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanının 6-cı bəndinə uyğun olaraq Quba rayonu üzrə DT vəXK-dən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilən Dövlət Torpaq Kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş Dövlət Torpaq Kadastrı məlumatlarına dair Qrız Dəhnə kəndində pay torpaq torpaqlarının sahibləri və sahəsinə aid cədvəldə 3-cü sırada onların da adları qeyd edilmiş və onlara 7,37 ha torpaq sahəsinin məxsus olması barədə qeyd vardır. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının verilməsinə əsas olan sənədlərin surətlərinin verilməsinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanmış sorğuya verilmiş xx xxxx 2019-cu il tarixli cavabda təsdiq edir. Belə ki, həmin cavabda Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının verilməsinə əsasən olan sənədlər verilmiş, həmin sənədlərə X.Səfərəliyev adına kolxoz X2 özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi haqqında xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarının müzakirə edilməsi barədə Quba rayon X2 xx xxxxxx 1997-ci il tarili 18 nömrəli protokolunun surəti və X.Səfərəlyev adma kolxozun aqrar islahatı ilə əlaqədar torpaq payı alan vətəndaşların siyahısından surət əlavə edilmişdir, (onların adları 1269-1275 saylarında qeyd edilmişdir).Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 X6 xx.xx.2019-cu il tarixli məktubu da təsdiq edir. Belə ki, həmin məktubda onların adlarına verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktımın ləğv edilmiş DT və XK tərəfindən 5 saylı X9 təhvil verilmiş dövlət Aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsi bildirilsə də, həmin məktuba əlavə edilmiş qoşmada onlara aktın surəti əlavə edilmiş və onlara məxsus JN- 0003 saylı KOD 30305058 saylı Dövlət Aktı əlavə edilmiş və Arxivdə saxlanılan nüsxəsi ilə eyni olması qeyd edilməsi barədə ştamp vurulmuşur. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən sorğuya verilmiş xx xxxx 2019-cu il tarixli, 1216 nömrəli arxiv arayışında və ona əlavə edilmiş qoşmada bir daha təsdiq olunur.Belə ki, qeyd edilən arxiv arayışına əsasən Quba RİHBnın X10 Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə Qırız-Dəhnə kəndinə aid 5 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X3 204 saylı təsərrüfatın başçısı olub, onun xususi mülkiyyətində 1996-1998-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Əlik icra nümayəndəliyinin 2001 -2005-ci illər üzrə Dəhnə kəndinə aid 07 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X3 207 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 7,37 ha biçənək-örüş sahəsi olduğu qeyd edilmişdir. Əlik icra nümayəndəliyinin 2006-2010-cu illərə aid Qırız-Dəhnə kəndi üzrə 5 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X3 200 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 7,757 ha torpaq sahəsi, o cümlədən 7,37 ha torpağı, 0,17 ha həyətyanı torpaq sahəsi, 0,03 ha digər torpaq sahəsi olduğu qeyd edilmişdir. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini xx xxxxxx 2006-cı ildə Quba rayon Polis şöbəsinin sahə inspektorunun, DTXK-nın Quba rayon şöbəsinin nümayəndələrinin, Quba rayonu Qrız bələdiyyəsinin sədrinin, onların, Quba rayonu Qrız Dəhnə kənd sakinləri C.Sultanova S.Əskərovun iştirakı ilə Quba rayonu Qrız-Dəhnə kəndində tərtib edilmiş Akta öz əksini bir daha tapmışdır. Belə ki, həmin akta qeyd edilmişdir ki, Quba rayonu X2 xx xxxxxx 1997-ci il tarixli 18 saylı qərarına əsasən Qırız-Dəhnə kənd sakini X1 və 7 nəfər ailə üzvüləri ilə birlikdə 7,37 hektar (Dövlət Aktı N003) özəl torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini 0,90 ha hissəsini Qırız-Dəhnə kəndbir sakini Camməd Sultanov, digər 1,20 ha hissəsini isə Sabir Sərkərov tərəfindən qeyri-qanuni istifadə edir. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı DövlətAktına əsasən 7.37 ha torpaq sahəsinin verilməsini Quba Rayon Məhkəməsinin 1-64 nömrəli, xx xxx 2007-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli , 1-ci-02/2007 nömrəli qərarı ilə öz təsdiqi tapmışdır. Onlara məxsus torpaq sahəsinin bir hissəsi zəbt olunduqdan sonra, zəbt olunmuş yerin dəqiqləşdirilməsi üçün Quba rayonu Qırız-Dəhnə bələdiyyəsi aktın əslini almış və qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştrak edən iddiaçıların nümayəndə və vəkili X8 eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə məlumatın verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 müraciət etmişdir. Ərizəyə xx.xx.2018-ci il tarixli **********93 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X9 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bundan sonra İddiaçı1 JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Quba rayonu Qırız-Dəhnə kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarışın verilməsinə ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 müraciət etmişdir. Ərizəyə xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, DT və XK-sinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem yoxdur. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.2 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, Qaşqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildiririk ki, qeyd olunduğu kimi mübahisələndirilən JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X9 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur). Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: JN-00xx xxx 30305058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiqlənmiş surəti, Quba Rayon Məhkəməsinin 1-64 nömrəli, xx xxx 2007-ci il tarixli Hökmü, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli , 1-ci-02/2007 nömrəli qərarı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X6 16.09. 2019-cu il tarixli, **********58 saylı imtina məktubu, xx.xx.2019-cu il tarixli, **********45 saylı etirazı, Quba Dövlət arxivinin xx.xx.2019-cu il tarixli, 1116 nömrəli arayışı, Quba X2 xx.xx.1997-ci il tarixli, 18 nömrəli protokolun surəti, Əlik icra nümayəndəliyinin Dəhnə kəndinə aid 07 nömrəli təsərrüfatbaşına kitabının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayon X5 tərəfindən Qrız Dəhnə kəndi ərazisində yerləşən 7.37 hektar torpaq sahəsi iddiaçılara ayrılmış və həmin torpaq sahəsi iddiaçıların adına qeydə alınaraq JN-00xx xxx 30305058 saylı“Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçılar 7.37 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 16.09. 2019-cu il tarixli, **********58 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Bundan başqa daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Hesab olunur ki, iddiaçıların Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən, JN- 00xx xxx 30305058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 7.37 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparıılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Quba rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN 00xx xxx 30305058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən 7.37 hektar torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-206/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-206/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver