Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-206/2024 28.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxsin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Quba Regional Ərazi Bölməsinə qarşı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti və X24 Xidmətinin Quba Regional Ərazi Bölməsinə qarşı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, nə dair qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-3522/2022 saylı Qərardadı ilə X22 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ötən əsrin 80-ci illərindən fəaliyyət göstərən "xxxx" ASC-nin (bundan sonra ASC) fəaliyyətinin əsasını toyuq əti məhsullarının istehsalı və satışı təşkil edir. İstehsal fəaliyyətinin tənzimlənməsi üçün ASC-də çoxsaylı istehsal bölmələri, sahələri və zonaları mövcuddur "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 26. 09. 2021-ci il tarixdə saat 22:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmri ilə təyin edilmiş tərkibdə sədr X7 - X24 Xidmətinin Quba Regional Ərazi Şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi və üzvlər X4- "xxxx" ASC insan resursları üzrə şöbə müdiri, X15 "xxxx" ASC mühafizə xidməti şöbəsinin rəisi olan komissiya 28. 01. 2022-ci il tarixdən - 25. 08. 2022-ci il tarixədək bədbəxt hadisənin təhqiqatı aparılıb və akt tərtib edilmişdir. Hazırkı mübahisənin predmeti olan cavabdehlərin 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktı qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi hazırkı iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi qiymətləndirilməlidir. Aşağıdakılara əsasən Siyəzən-Broyler" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktı ləğv edilməlidir. "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 26. 09. 2021-ci il tarixdə saat 20:00 radələrində ASC-nin 11-ci zonasının 5 nömrəli quş yetişdirmə sexinə növbəli iş rejimi üzrə işə gəlmişdir. Zonanın briqadiri X12 5 nömrəli sexə gəlmiş onun tərəfindən Zöhrə Salahovaya işinə uyğun təlimatlar verilmişdir. Z.Salahovanın özünün bildirdiyinə görə o, quşlara qulluq edən zaman, quşlar hürkərək qaçmış nəticədə onun gözünə yad cisim düşmüş nəticədə çölə çıxmış əllərini və üzünü təmiz su yumuş, sonradan sexə qayıdaraq işini davam etdirmişdir. Z.Salahova növbəti iş günlərində işini davam etdirmiş, xx.xx.2021-ci il tarixdə zona briqadiri Səxavət Həsənova bildirmişdir ki, onun gözünə yad cisim düşmüş və narahatçılığı vardır. Səxavət Həsənov ona ASC-də olan tibb məntəqəsinə müraciət etməyi tövsiyə etmişdir. Məntəqə həkimi Salahovanın gözünə baxış keçirərək müayinə etmiş, onun gözündə yad cisim aşkar etməmiş, onun gözünü yumuş və müvafiq tibbi yardımlar göstərmişdir. Z. Salahova 01 oktyabr 2021-ci il tarixədək öz işini davam etdirmişdir. Z.Salahova sonradan məzuniyyətə çıxmış və məzuniyyətdə olduğu dövrdə 2 (iki) dəfə X30 adma Milli Oftolmologiya Mərkəzinə müraciət etmişdir. Onun sağ gözündə cərrahi əməliyyat aparıldığını, ona Od-Buynuz qişanın irinli xorası diaqnozu qoyulmuşdur. Həmçinin sağ gözündə bioloji örtüyün qoyulması cərrahi əməliyyatının icra olunduğu qeyd edilmişdir. Bundan əlavə X24 Xidmətinin Quba Regional Ərazi Bölməsi tərəfindən Z. Salahovaya təyin olunmuş diaqnozların onun gözünə 26 sentyabr 2021-ci il hər hansı yad cisimin düşməsi ilə əlaqəli olub olmaması barədə X30 adına Mİİ1İ Oftolmologiya Mərkəzinə təkrar sorğu məktubu ünvanlanmışdır. Təkrar sorğuya cavabda bildirilmişdir ki, xəstənin deməsinə görə 20 gün əvvəl yıxılaraq onun sağ gözünə taxta tozunun düşdüyü, müxtəlif xəstəxanalarda fərqli müalicələr aldığı qeyd edilmiş xəstəlik tarixindəki qeydlərin xəstənin dedikləri əsasında aparıldığı, xx.xx.2021-ci il tarixdə Mərkəzə müraciət etdiyi vaxt gözündə yad cisimin aşkar olunmadığı və xaric edilmədiyi göstərilmiş, lakin zərərçəkənə təyin olunmuş diaqnozların xx.xx.2021-ci il tarixdə onun gözünə yad cismin düşməsi ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 iş üzrə etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Aşağıdakı qeyd olunanlara əsasən hesab edirik ki, 2-1(118)-3522/2022 №-li iş üzrə iddiaçı "xxxx" ASCnin iddiası rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru X11 xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində xəsarət alması faktı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X8-X24 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi və üzvlər, X4-"xxxx"ASC-nin İnsan Resursları üzrə şöbə müdiri, X15-"xxxx" ASC-nin Mühafizə xidməti şöbəsinin müdiri olan komissiya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Komissiya təhqiqat aktının 4.1-ci bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru X11 ehtiyatsızlığını, 4.2-ci bölməsinə əsasən "Siyəzən Broyler” ASC-nin 11 nömrəli zonasının briqadiri X3 nəzarətsizliyini müəyyən etmişdir. X1 pozulması ilə nəticələnmiş hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “Siyəzən Broyler" ASCdə uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona qanunvericiliyin tələblərinə uyğun sosial hüquqlarını izah etmişdir. Bundan sonra X22 “istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi"nə dair ərizə ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, onun 26 sentyabr 2021- ci İİ tarixdə, axşam təxminən saat 21:00-22:00 radələrində "xxxx" ASCdə işdə olarkən quş saxlama sexində iş fəaliyyəti zamanı zəhərli toyuq peyininə bulaşmış yad cisimlərin üzünə düşməsi nəticəsində sağ gözünün xəsarət alması, “istehsalatda baş vermiş bədbəxt hadisə faktının” hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(059)-361/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işin icraatına xitam verilməsi qərara alınmış, eyni zamanda, ərizəçi Zöhrə Salahovaya “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq İZ formalı aktın rəsmiləşdirilməsi və uçota alınması üçün "xxxx" ASC-nə müraciət etmək hüququna malik olması izah edilmişdir. Buna baxmayaraq "xxxx" ASC bu günədək X11 istehsalatda xəsarət alması ilə əlaqədar “İZ” formalı aktı tərtib etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər tərəfindən olmayan bir halın istehsalatda baş vermiş hadisə kimi qeydə alınması “Siyəzən Broyler" ASC-nin istehsalat və təsərrüfat fəaliyyətinə təhdiddir. Z.S.Salahovaya ilkin tibbi yardım göstəriləndən sonra günlərlə işinə davam etməsi onun gözlərində hər hansı problemin olmaması deməkdir. Onun əsassız və uydurma ifadələri sübut kimi qəbul edilə bilməz. İddiaçının dəlilləri tamamilə əsassızdır və işin faktiki halları, mövcud sübutlarla ziddiyyət təşkil edir. Belə ki, X22 xəsarət aldıqdan dörd gün sonra, yəni xx.xx.2021- ci il tarixdə məzuniyyətə çıxmış və məzuniyyətdə olduğu müddətdə xx.xx.2021-ci il tarixdə “OD- Keratit" diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X30 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Mərkəzin “Təxirəsalınmaz Oftalmoloji yardım” şöbəsində “OD- Buynuz qişanın irinli xorası” diaqnozu ilə stasionar müalicədə olmuş, 12.11 2021-ci il tarixdə sağ gözdə "Bioloji örtüyün qoyulması” cərrahi əməliyyatı icra edilmişdir. Bundan başqa, Siyəzən rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli, 18c-22 nömrəli məktubuna əlavə edilmiş "Məhkəmə-Tibbi Ekspertiza və X18” publik hüquqi şəxsin Siyəzən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 96 nömrəli "Ekspert rəyi"ndə X11 bədəni üzərində sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası göbələk mənşəli yad infeksiyanın təsirindən yarandığı və ümumilikdə əmək qabiliyyətinin üçdəbirindən artıq hissəsinin (35%-nin) davamlı itirilməsi əlamətinə görə sağlamlığa AGİR zərərvurmaya aid edildiyi göstərilmişdir. Eyni zamanda, ekspert rəyində X13 Mərkəzinin poliklinika şöbəsinin X11 adına olan 1169 nömrəli ambulator tibbi kartasına əsaən xx.xx.2021-ci il tarixə qədər göz xəstəliyi, gözün zədələri ilə əlaqədar poliklinikaya müraciət etmədiyi göstərilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, hadisə baş vermiş, hadisə əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuş, hadisə nəticəsində X22 əmək qabiliyyətinin üçdə birindən artıq hissəsini (35%-nin) davamlı itirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli 3 №-li qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin quş yetişdirmə bölməsinin operatoru X11 xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı tam qanuni və əsaslıdır və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X6 qarşı “təhqiqat aktının ləğv edilməsi1' tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirik.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə aiddir: ********** qeydiyyat nömrəli “X19 X20 Şəhadətnamə”; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin iddiaçıya ünvanladığı 23 sentyabr 2022-ci il tarixli məktubu; xx.xx.2022-ci il tarixli bədbəxt hadisənin təhqiqat aktı; Broyler sahəsinin Operatoru üçün əməyin mühafizəsi təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə təlimat və digər sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hal-hazırda mübahisə predmeti olan təqiqat aktı 25 avqust 2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə 18 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının mübahisələndirdiyi 25 avqust 2022-ci il tarixli qərar iddiaçıya 06 oktyabr 2022-ci il tarixdə poç vasitəsilə çatdırılmışdır. (Azərpoçt MMC-nin xx.xx.2022-ci il tarixli məktubu) Göründüyü kimi iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Siyəzən-Broyler” ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunmasından ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən:
1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən: İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs X22 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1898 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən sınaq müddəti 3 ay olmaqla broyler sahəsinə operator vəzifəsinə təyin olunmuşdur. O həmin müəsissədə operator vəzifəsində çalışarkən xx.xx.2021-ci il tarixdə onun xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Qeyd edilən hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən komissiya yaradılmış və aparılan araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə təhqiqat aktı tərtib edilmişdir. Sözügedən təhqiqat aktında aşağıdakılar qeyd edilmişdir: Təhqiqat komissiyası təqdim edilən sənədləri alınan izahatları, aparılan sorğuları və hadisə yerinə baxışın nəticələrin təhlil edərək aşağıdakıları müəyyən etmişdir: X28 xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində "xxxx" ASC-nin 11-ci zonasının 5 nömrəli quş yetişdirmə sexinə növbəli iş rejimi üzrə işə gəlmişdir. Zonanın briqadiri X12 həmin gün saat 20:00 radələrində 5 nömrəli sexə gəlmiş, görüləcək işlər ilə bağlı Zöhrə Salahovaya müvafiq göstəriş və təlimat vermiş daha sonra nəzarət dairəsində olan digər sexlərə getmişdir. Zöhrə Salahova xüsusi iş paltarlarını geyindikdən sonra həmin sexdə yetişdirlən ev quşlarına qulluq və nəzarət işləri ilə məşğul olmağa başlamış, bu işləri saat 22:00 radələrinədək davam etdirmişdir Təxminən saat 22:00 radələrində Zöhrə Salahova həmin vaxt sexdə aşkar etdiyi ölmuş ev quşunu əyilib yerdən götürmək istədikdə onun ani hərəkətindən digər ev quşları hürkmüş və kənara qaçmışlar. Quşların qaçışması nəticəsində Zöhrə Salahova gözünə kiçik həcmli yad cismin düşdüyünü hiss etdiyi üçün sexdən çölə çıxmış, əllərini və üzünü təmiz su ilə yuduqdan sonra sexə qayıdaraq öz işini davam etdirmişdir Zöhrə Salahova həmin hadisədən sonra növbəti iş günlərində növbəli iş rejimi üzrə öz işini həmin sexdə davam etdirmiş və 29 09.2021-ci il tarixdə zona briqadiri Səxavət Hüseynova yaxınlaşaraq xx.xx.2021-cı ıi tarixdə gözünə yad cismin düşdüyünü hiss etdiyini və hal-hazırda həmin gözündə narahatçılıq olduğunu bildirmişdir. X32 Salahovaya Cəmiyyətin tibb məntəqəsinə gedərək müayinə olunmasını tapşırmışdır. Z.Salahova müəssisənin tibb məntəqəsinə getmiş, məntəqə həkimi X17 onun gözünü xüsusi böyüdücü tibb avadanlığı vasitəsilə müayinə etmiş, lakın həkim tərəfındən onun gözündə hər hansı bir yad cisim aşkar edilməmişdir. Buna baxmayaraq müəssisənin həkimi tərəfindən Zöhrə Salahovanın gözü yuyulmuş və müvafiq tibbi yardımlar göstərilmişdir Zöhrə Salahovanın gözündə narahatçılıq aradan qalxdığı üçün növbə rejiminə uyğun olaraq öz işini xx.xx.2021-cı il tarixədək davam etdirmişdir. Zöhrə Salahovanın ərizəsinə əsasən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmri ilə o, həmin tarixdən əmək məzuniyyətinə buraxılmışdır. Zöhrə Salahova əmək məzuniyyətində olduğu dövdə xx.xx.2021-ci il tarixdə gözündə narahatçılıq olması səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X30 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X30 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubunda Zöhrə Salahovanın xx.xx.2021-ci il tarixdə “OD-Keratıt” diaqnozu ilə Mərkəzə müraciət etdiyi xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə Mərkəzin “Təxirəsalınmaz Oftalmoloji yardım” şöbəsində “OD- Buynuz qişanın irinli xorası” diaqnozu ilə stasionar müalicədə olduğu xx.xx.2021-ci il tarixdə sağ gözdə “Bioloji örtüyün qoyulması” cərrahi əməliyyatının icra edildiyi qeyd edilmişdir Qeyd: Zöhrə Salahova xx.xx.2021-ci il tarixdən əmək məzuniyyətinə buraxılan tarixədək, yəni xx.xx.2021-ci il tarixədək növbəli iş rejimində əmək funksiyalarının icrası ilə məşğul olmuşdur. "xxxx" ASC-nın tibb məntəqəsinin həkimi M.Səlimov izahatında xx.xx.2021-ci il tarixdə Zöhrə Salahovanın məntəqəyə müraciət edərək 2-3 gün əvvəl yəni xx.xx.2021-ci il tarixdə iş vaxt gözünə nəyinsə düşdüyünü bildirdiyini gözünü müayinə edərkən gözündə qızartı aşkar etmədiyini, gözündən yad cisim çıxarmadığını və gözündən göz yaşının axmadığını, onun gozündə yad cisim ola biləcəyini güman etdiyindən ona tibbi yardım göstərdiyini və göz həkiminə müraciət etməsini tövsiyyə etdiyini göstərmişdir. Cəmiyyətin 11 nömrəli zonasının briqadiri X29 oglu izahatında 5 nömrəli quş yetişdirmə sexinin işçisi Zöhrə Salahovanın gözünə yad cisim düşməsi barədə ona xx.xx.2021-ci il tarixdə məlumat verdiyini, xx.xx.2021-ci il tarixdə saat 10-00 radələrində onun yanına gələrək gözündə narahatçılıq olduğunu bildirdiyi üçün onu cəmiyyətin xidməti avtomobili ilə tibb məntəqəsinə göndərdiyini qeyd etmişdir Zöhrə Salahovaya təyin olunmuş diaqnozların onun gözünə xx.xx.2021-ci il tarixdə hər hansı yad cismin düşməsi ilə əlaqəli olub-olmaması barədə X30 adına Milli Oftalmologiya Mərkəzinə təkrar sorğu məktubu ünvanlanmışdır. Mərkəzdən təqdim edilmiş cavab məktubunda “xəstənin deməsinə görə 20 gün əvvəl işdə yıxılaraq sağ gözünə taxta tozunun düşdüyü, müxtəlif xəstəxanalarda fərqli müalicələr aldığını” qeyd edilmiş xəstəlik tarixindəki qeydlərin xəstənin dedikləri əsasında aparıldığı xx.xx.2021-ci il tarixdə Mərkəzə müraciət etdiyi vaxt gözündə yad cismin aşkar olunmadığı və xaric edilmədiyi göstərilmiş, lakin zərərçəkənə təyin olunmuş diaqnozların xx.xx.2021-ci il tarixdə onun gözünə hər hansı yad cismin düşməsi ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilməmişdir "Məhkəmə-Tibbi Ekspertiza və X18 publik hüquqi şəxsin Siyəzən rayon şöbəsindən komissiyaya təqdim edilmiş xx.xx.2022-ci il tarixil, 17 nömrəli məktubda Zöhrə Salahovanın xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə bağlı məhkəmə- tibbi ekspertiza keçirilməsi ilə əlaqədar şöbəyə sənəd (qərar) daxil olmadığı məhkəmə- tibbi ekspertizanın aparılmadığı və tibbi rəy tərtib olunmadığı qeyd edilmişdir. “VY.Axundov adına X2 İnstitutu” publik hüquqi şəxsin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 53/2 nömrəli məktubda X30 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Zöhrə Salahovaya təyin olunmuş diaqnozların (OD-Buynuz qişanın irinli xorası və Bioloji örtüyün qoyulması) peşə xəstəliyi hesab edilmədiyi göstərilmişdir Siyəzən rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli, 18c-22 nömrəli məktubuna əlavə edilmiş "Məhkəmə-Tibbi Ekspertiza və X18" publik hüquqi şəxsin Siyəzən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 96 nömrən “Ekspert rəyi”ndə X11 bədəni üzərində sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası göbələk mənşəli yad infeksiyanın təsirindən yarandığı və ümumilikdə əmək qabiliyyətinin üç də birindən artıq hissəsinin (35%-nin) davamlı itirilməsi əlamətinə görə sağlamlığa AĞİR zərərvurmaya aid edildiyi, göstərilmişdir. Həmçinin rəydə X11 müayinəsinə və ekspertizaya təqdim olunmuş tibbi sənədlərə əsasən sağ gözün buynuz qişasının zədəsinin yəni göbələk mənşəli irinli xorasının yaranma müddətini və şəraitini məhkəmə-tibbi ekspertiza yolu təyin edilməsinin mümkun olmadığı qeyd edilmişdir Eyni zamanda Ekspert rəyində X13 Mərkəzinin poliklinika şöbəsinin X11 adına olan 1169 nömrəli ambulator tibbi kartasına əsasən xx.xx.2021 -ci il tarixə qədər göz xəstəliyi, gözün zədələri ilə əlaqədar poliklinikaya müraciət etmədiyi göstərilmişdir. Aparılan araşdırmanın nəticəsində komissiyanın rəyinə əsasən müəssisənin 11 nömrəli zonasının briqadiri X3 nəzarətsizliyi müəyyən edilmiş, X1 pozulması ilə nəticələnmiş hadisə istehsalatla əlaqəli olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" ASC-də uçota alınmalı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X24 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X24 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Həmin qaydaların 3.1-ci bəndinə əsasən təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib təhqiqat aktında göstərməlidir. Göründüyü kimi X11 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması faktı xx.xx.2022-ci il tarixli təhqiqat aktı ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə baş vermiş bədbəxt hadisə nəticəsində Siyəzən Rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticələri ilə əlaqədar bütün sənədlərin təqdim edilməsi üçün sonuncuya müvafiq məhkəmə sorğusu ünvanlamışdır. ünvan 1n sənədlərin surətindən müəyyən edilir ki, X22 öz izahatında briqadir Hüseynov Səxavətin onu xx.xx.2021-ci il tarixdə müəssisənin məntəqə həkimi X5 yanında müayinəyə apardığını, həkimin onu yalandan müayinə edərək ona icazə vərəqəsi vermədiyi üçün evə gedə bilmədiyini; indiyə qədər gözünün heç vaxt ağrımadığını, məntəqə həkimi X5 yanında olarkən ona xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində gözünə yad cisim düşdüyünü, gözünü aça bilmədiyini və gözündən su axdığını bildirmişdir. İş materiallarında olan Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 tərəfindən tərtib edilmiş 96 nömrəli ekspert rəyinin nəticə hissəsində də X11 xx.xx.2021-ci il tarixə qədər göz xəstəliyi və gözün zədələri ilə əlaqədar poliklinikaya müraciət etmədiyi; Z.S.Salahovanın bədəni üzərində sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası göbələk mənşəli yad infeksiya təsirindən yarandığını və ümumi əmək qabiliyyətinin üçdə birindən artıq hissəsinin (35 faiz) dayanıqlı itirilməsi əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya aid edildiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən X30 adına Milli Oftalmologiya Mərkəzinə sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 208 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “X22 xx.xx.2021-ci il tarixdə təkrar “OD-Buynuz qişanın irinli xorası” diaqnozu ilə müraciət etmiş, təcili çarpayıya qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə X9 müzakirəyə çıxarılmış, “Bioloji örtüyün qoyulması” cərrahi əməliyyatı məsləhət görülmüşdür”. Bununla yanaşı məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X34 T519/2024 saylı , 16 iyul 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki: Vətəndaş Z.S.Salahovada sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası (göbələk mənşəli) ümumi əmək qabiliyyətinin üçdə birindən artıq hissəsinin (35%-in) dayanıqlı itirilməsi əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya aiddir. Z.S.Salahovanın adına təqdim olunmuş tibbi sənədlərdə travma ilə bağlı hər hansı xəsarət aşkar edilmədiyindən, eləcə də sağ gözün buynuz qişasının zədəsinin, yəni göbələk mənşəli irinli xorasının yaranma müddətini və şəraitini məhkəmə-tibbi ekspertiza yolu ilə təyin etmək mümkün olmadığından onun xx.xx.2021ci il tarixində, saat 22:00 radələrində aldığı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən Z.S.Salahova barəsində 25 avqust 2022-ci il tarixli “bədbəxt hadisənin təhqiqat aktı”nın tərtib edilməsinə əsas olmuş xəsarəti istehsalat fəaliyyəti ilə əlaqəli olub- olmaması haqqında fikir söyləmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə tibbi-ekspertizası tərəfindən X11 gözündən aldığı xəsarətin istehsalat fəaliyyəti ilə əlaqədar olub-olmamasının müəyyənləşdirilməsi mümkün olmasa da, iş materiallarında olan tibbi sənədlərdən, zərərçəkmiş şəxsin dövlət orqanlarına hadisə ilə bağlı verdiyi izahatlardan, eləcə də ekspert rəylərindən müəyyən edilir ki, onun hadisə baş verən vaxta qədər gözündən heç bir şikayəti olmamışdır. Məhkəmə işin hallarının araşdırılma nəticəsində müəyyən etmişdir ki, X11 əmək vəzifələrini yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı baş vermiş, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən - İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, cavabdeh tərəfindən baş vermiş istehsalat qəzasına dair təhqiqat aktı qanunamüvafiq qaydada araşdırmalar aparıldıqdan sonra tərtib edilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Quba Regional Ərazi Bölməsinə qarşı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Quba Regional Ərazi Bölməsinə qarşı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X22 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunması”na dair iddia tələbi təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva