Məhkəmə qərarları › İş №2-1(118)-2060/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2060/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2060/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “19.07.2001-ci il təvəllüdlü X2 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, ev 5-də yerləşən 78 nömrəli mənzilə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, ev 5-də yerləşən 78 nömrəli mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarış iddiaçının adınadır. Belə ki, üçüncü şəxs - 19.07.2001-ci il təvəllüdlü X4 ona məxsus mənzildə qeydiyyatdadır. İddiaçı bildirmişdir ki, onunla X3 arasında 25.02.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 13-cü bəndində üçücü şəxslərin 30.03.2021-ci il tarixə kimi həmin mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Lakin o üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, 19.07.2001-ci il təvəllüdlü X4 hələ də ona məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı ilk əvvəl həmin şəxsin qeydiyyatdan çıxması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. İddiaçı və üçüncü şəxsə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı və üçüncü şəxs məhkəmə prosesinə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə göndərilmiş pretenziya məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********86-05301-093095 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, ev 5-də yerləşən 78 nömrəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********86-05301-093095 reyestr nömrəli çıxarış əsasında İddiaçı məxsusdur. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs– 19.07.2001-ci il təvəllüdlü X4 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Ona görə də məhkəmə hesab edir ki, 19.07.2001-ci il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, ev 5-də yerləşən 78 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 19.07.2001-ci il təvəllüdlü X2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, ev 5-də yerləşən 78 nömrəli yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar