Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2061/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1964-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Müxtəlif işlərdə işləmişdir. Həmçinin xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi "Azərenerji” ASC (Azərenerjitikinti) MMC Sumqayıt Təmir və Quraşdırma sexinə 6-cı dərəcə ilə maşinist vəzifəsində işləmişdir. Bunların hər biri əmək kitabçasında qeyd olunmuşdur. Güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və oradan cavab olaraq bildirilmişdir ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi "xxxx" ASC (Azərenerjitikinti) MMC Sumqayıt Təmir və Quraşdırma sexinə 6-cı dərəcə ilə maşinist işlədiyi illərin güzəştli iş stajına daxil olunmaması barədə imtina verilmişdir. İddiaçının "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 13 saylı arayış da verilmişdir. Burdan da görünür ki, güzəştli işlərdə işlədiyi illər 12 ildən çoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, "Əmək pensiyaları haqqında" AR Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; Kişilər 60 yaşına, qadınlar 59 yaşına çatmalı; Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun otaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirini istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. ..... Hazırki iş üzrə iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və “Azenco" ASC-nin İddiaçı dair 04 06.2024-cü ıl tarixli 13 nömrəli arayışında xx.xx.2005xx.xx.2020- ci il tarixləri arasındakı dövr ərzində "Azərenerj ASC “Azərenerjitikinti" MMCnin Sumqayıt elektrik stansiyasında qazan avadanlıqlarının təmin sahəsində maşinist və maşınçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı münasibətdə güzəştli iş stajı hesablanmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt elektrik stansiyasında qurulacaq tikinti anadanlığının və yüklərin Sumqayıt dəmiryolu stansiyasından teplovozla tikinti sahəsinə daşınmasını təmin edən, teplovoz maşinisti vəzifəsində işləmişdir. işlədiyi vəzifə üzrə sosial sığorta stajı 15 il, 04 ay, 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş siyahının 21.4 bəndinə, 23001000-14241 vəzifə koduna uyğundur. İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/38 saylı cavab məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2005- ci ildə (Əmr №-77-kş, xx.xx.2005-ci il) “Azərenerjitikinti“MMC-nin Sumqayıt Tikinti Quraşdırma sexinə maşinist vəzifəsinə qəbul edilib. xx.xx.2007-ci ildə (Əmr№208/2a-kş, xx.xx.2007-ci il) Avtomobil Nəqliyyatının Xüsusi X1 İstismarı İdarəsinin Xüsusi X2 sahəsinə maşinist (teplovoz maşinisti) vəzifəsinə keçirilib və xx.xx.2020-ci ildə (Əmr №-07/1162-irş, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisa ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li Qərarının 21-ci “Nəqliyyat” Fəslinin “Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv biraqadalarmm fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər" bəndinin "Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" yarımbəndinə əsasən teplovoz maşinistləri zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Sumqayıt dəmiryolu vasitəsi ilə İdarənin sifarişlərinə əsasən gətirilən yükləri və malmaterialları Avtomobil Nəqliyyatında istismarda olan teplovoz vasitəsi ilə anbarlara daşınması təmin olunur və anbarlarda həmin yüklər qeydiyyata alındıqdan sonra tikinti sahələrin nəqliyyat vasitələri ilə damması yerinə yetirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Sax h Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının XXVİİİ "Nəqliyyat” Fəslinin "Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv biraqadalarmm fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər" (********) bəndinin "teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" yarımbəndinə əsasən 2300100-14241 kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 15 il, 04 ay, 16 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. İddiaçının şəxsi vərəqəsi və təyin edilmə və yer dəyişmə cədvəli sorğuya cavab məktubuna əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və “Azenco" ASC-nin İddiaçı dair 04 06.2024-cü ıl tarixli 13 nömrəli arayışında xx.xx.2005-xx.xx.2020- ci il tarixləri arasındakı dövr ərzində "Azərenerj ASC “Azərenerjitikinti" MMC-nin Sumqayıt elektrik stansiyasında qazan avadanlıqlarının təmin sahəsində maşinist və maşınçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı münasibətdə güzəştli iş stajı hesablanmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu təşkil edir. Bu səbəbdən də iddiaçıya münasibətdə güzəştli iş stajı hesablanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt elektrik stansiyasında qurulacaq tikinti anadanlığının və yüklərin Sumqayıt dəmiryolu stansiyasından teplovozla tikinti sahəsinə daşınmasını təmin edən, teplovoz maşinisti vəzifəsində işləmişdir. işlədiyi vəzifə üzrə sosial sığorta stajı 15 il, 04 ay, 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş siyahının 21.4 bəndinə, 23001000-14241 vəzifə koduna uyğundur. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/38 saylı cavab məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2005- ci ildə (Əmr №-77-kş, xx.xx.2005-ci il) “Azərenerjitikinti“MMC-nin Sumqayıt Tikinti Quraşdırma sexinə maşinist vəzifəsinə qəbul edilib. xx.xx.2007-ci ildə (Əmr№208/2a-kş, xx.xx.2007-ci il) Avtomobil Nəqliyyatının Xüsusi X1 İstismarı İdarəsinin Xüsusi X2 sahəsinə maşinist (teplovoz maşinisti) vəzifəsinə keçirilib və xx.xx.2020-ci ildə (Əmr №-07/1162-irş, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisa ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li Qərarının 21-ci “Nəqliyyat” Fəslinin “Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv biraqadalarmm fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər" bəndinin "Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" yarımbəndinə əsasən teplovoz maşinistləri zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Sumqayıt dəmiryolu vasitəsi ilə İdarənin sifarişlərinə əsasən gətirilən yükləri və malmaterialları Avtomobil Nəqliyyatında istismarda olan teplovoz vasitəsi ilə anbarlara daşınması təmin olunur və anbarlarda həmin yüklər qeydiyyata alındıqdan sonra tikinti sahələrin nəqliyyat vasitələri ilə damması yerinə yetirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Sax h Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının XXVİİİ "Nəqliyyat” Fəslinin "Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv biraqadalarmm fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər" (********) bəndinin "teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" yarımbəndinə əsasən 2300100-14241 kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 15 il, 04 ay, 16 gün təşkil edir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-də olan iddiaçının şəxsi vərəqəsində iddiaçının vəzifəsi olaraq teplovoz maşinisti qeyd edilmişdir. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2061/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2061/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver