Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2062/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X8 oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını nəzərə alaraq, X4 adına işlənmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, **********01 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X5 (adi cəlbetmə) və X9 (zəruri cəlbetmə) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 №-li qərarı ilə iddiaçıya və övladları X2 və X6 ümumilikdə yaşadığı kəndin ərazisindən 2.51 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Hüququ Torpağa mülkiyyətə dair JN 0051 saylı, 30208048 kodlu Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi ayrı-ayrılıqda iki yerdə verilmişdir və dövlət aktının cizgisində göstərilir ki, torpaq sahəsi biri 1.66 ha, digəri isə 0.85 ha hissədən ibarətdir. Dövlət aktının qaiməsi (sertifikatı) adlanan hissəsindən görünür ki, torpaq sahəsi paylanarkən boş sahə olmuşdur, yəni çox illik əkmələr olmamışdır. Üçüncü şəxslərdən X9 ayrı təsərrüfat olmaqla, özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Dövlətin əvəzsiz olaraq verdiyi torpaq sahəsində onun iştirakı ilə oğlu X5 və digər oğlu X7 öz vəsaitləri və zəhmətləri hesabına fındıq bağı salmış və bu vaxta qədər fındıq bağından istifadə etmişdirlər. Bu il X9 müraciət edərək bildirmişdir ki, ümumi birgə mülkiyyət olan 2.51 ha torpaq sahəsindən öz payını ayırmaq istəyir. Birlikdə qərara gəlmişdirlər ki, onun payını ayırsınlar. Təxminən bir neçə ay bundan qabaq Zaur bildirmişdir ki, reyestr xidmətində bölgü planı hazırlatdırmışdır, bölgü planına əsasən həm 1.66 ha hissədən həm də fındıq bağı salınmış 0.85 ha hissədən ona düşən hissəni ayırmaq istəyir və onların imzaları lazımdır. İddiaçı yaşlı, xəstə adamdır, şəkər xəstəliyindən və təzyiqdən əziyyət çəkir. Bu səbəbdən də tələm-tələsik fikir vermədən bölgü planını imzalamışdırlar. Ağlına da gəlməzdi ki, doğma övladı yalan danışar, aldatmaq istəyər. Bu işlərdə oğluna Dədəli kənd sakini İxtiyar adlı şəxs kömək edirdi. Çox güman ki, məhz onun diqtəsi ilə bölgü planı elə hazırlanmışdır ki, 0.85 ha torpaq sahəsindəki fındıq bağı bütövlükdə cavabdehə düşmüşdür. Halbuki danışığı belə olmuşdur ki, 0.85 ha sahə iddiaçıya düşəcək, qalan 1.66 ha sahə isə övladlarına qalacaq. Qeyd edir ki, cavabdehin fındıq bağının salınmasında nə zəhməti nə də vəsaiti olmamışdır. Sonradan cavabdeh bağ sahəsinin fındığını yığmağa başlayanda iddiaçı ona etiraz etmişdir, lakin cavabdeh bildirmişdir ki, 0.85 ha hissədəki bağ sahəsi bütövlükdə onundur, onların bağa girməyə ixtiyarı yoxdur və bağdan qovmuşdur. Bundan sonra müraciət edərək reyestr xidmətindən adına olan çıxarışın surətini əldə etmişdir və məlum olmuşdur ki, çıxarışa əlavə olunmuş bölgü planına əsasən 0.85 ha torpaq sahəsi bağla birlikdə cavabdehin adına keçmişdir. Beləliklə aldatma yolu ilə cavabdeh ümumi birgə istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmalı olan 0.85 ha bağ altında olan hissəsini ələ keçirmişdir. Halbuki torpaq sahəsi iki hissədə olduğundan hər birinin payı, o cümlədən üçüncü şəxs X3 da payı hər iki hissədən ayrılmalı idi. Bölgü elə aparılmalıdır ki, mülkiyyətçilərin heç birinin hüququ pozulmasın. Yəni, hər bir mülkiyyətçiyə eyni qaydada hər iki torpaq sahəsindən pay ayrılsın. Çıxarışın ləğv edilməsi üçün DƏDRX publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Çıxarışın və bölgü planın etibarsız hesab edilməsi tələbinə dair Xaçmaz rayon məhkəməsində müvafiq iddia qaldırmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-414/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən verdiyi apellyasiya şikayətinə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 1299/2023 saylı qərardadı ilə apellyasiya şikayətim qismən təmin edilərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-414/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçıya çıxarışın mübahisələndirilməsi ilə bağlı aidiyyatı üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin 1 1.10.2023-cü il tarixli, 3-21-3-34/2-L-0024-8/2023 saylı məktubu ilə çıxarışın ləğv edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasında göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların Dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydası ilə həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Hacıəbdürəhimoba kəndində yerləşən 0.8367 ha torpaq sahəsinə dair X4 adına verilmiş ********** qeydiyyat nömrəli **********01 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Üçüncü şəxslərdən X5 çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinə etiraz etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və üçüncü şəxs X5 iştirak etmişlər. Onların hüquqi marağı eynidir və hesab edirlər ki, X9 onları aldadaraq razı olmadıqları bölgü planının notaril qaydada təsdiqini həyata keçirmiş, iki hissədən ibarət paylı mülkiyyətdə olan topaq sahəsinin findıq bağı olan hissəsinə onların iradəsinə zidd olaraq mülkiyyət sənədi əldə etmişdir. Onlara məhkəmə tərəfindən hüquqi yardım edilmiş, hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, JN 0051, KOD 30208048 saylı Dövlət Aktına (2 planşet üzrə) əsasən iddiaçıya və onun 2 övladı X5 və X6 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 2.51 ha torpaq sahəsi verilmişdir. Məhkəmə araşdrıması zamanı X4 adına çıxarışın verilməsinə əsasən olmuş sənədlər (Dövlət aktı, bölgü planı, torpaq sahəsinin plan-ölçü sənədi) məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, **********01 reyestr nömrəli çıxarışa əsasən 0.83667 ha torpaq sahəsi hal-hazırda mülkiyyət hüququ ilə X4 adınadır. İddiaçı Xaçmaz rayon Məhkəməsində çıxarışın və bölgü planının etibarsızlığına dair iddia qaldırmış, məhkəmənin 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1299/2023 saylı Qərardadı ilə Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh X6 qarşı çıxarışın və bölgü planının etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə ilkin olaraq qeyd dir ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətlərindən narazı deyil. İddiaçı və onunla eyni hüquqi marağı olan üçüncü şəxs X5 hesab edirlər ki, X9 onları aldadaraq razı olmadıqları bölgü sxemin təsdiqini həyata keçirmiş, iki hissədən ibarət paylı mülkiyyətdə olan topaq sahəsinin findıq bağı olan hissəsinə onların iradəsinə zidd olaraq mülkiyyət sənədi əldə etmişdir. Göründüyü kimi yaranmış mübahisə cavabdeh inzibati orqanın hərkətləri nəticəsində yaranmamışdır. Hazırkı mübahisənin yaranmasına əsas iddiaçı və onunla eyni hüquqi marağı olan üçüncü şəxs X5 ilə X9 arasında torpaq bölgüsündün yaranmışdır. Burada iddiaçı inzibati orqanın bölgü aparılmasından yox, X4 bölgü apararkən onu aldatmasından narazıdır. Ona görədə bu mübahisə izibati icraat qaydasında baxıla biləcək mübahisə ola bilməz. İddiaçının hüquq müdafiə vasitəsi ancaq mülki məhkəmə icraatı qaydasında mümkündür. Bölgü planın təsdiqi mülki subyektlərin iradə ibadəsinin təsdiq edilməsidir ki, buda mülki məhkəmə icraatı qaydasında ləğv edilə vəya etibarsız hesab edilə bilər və torpaq shəsinin naturada bölünməsi mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Onlara məhkəmə tərəfindən hüquqi yardım edilmiş, hüquq müdafiə vasitələri izah edilmişdir. İddiaçı qeyd edir ki, bölgü sxemi imzalanarkən oğlu tərəfindən aldadılmış, nəticədə 0.85 ha torpaq sahəsindəki fındıq bağı bütövlükdə X6 düşmüşdür. Halbuki danışığı belə olmuşdur ki, 0.85 ha sahə iddiaçıya düşəcək, qalan 1.66 ha sahə isə övladlarına qalacaq. Belə ki, işin hallarından görünür ki, mübahisənin yaranma əsasını inzibati orqanın hərəkətləri yox, iddiaçı ilə oğlanları arasında yaranmış mülki hüquq münasibətləridir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, tarixli 04 saylı qərarınına əsasən:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Məhkəmə hesab edir ki, hazırda yaranmış mübahisə inzibati orqanın qanunsuz hərəkətləri ilə bağlı yaranmadığından iddiaçının uğurlu hüquq müdafiə vasitəsi ancaq mülki məhkəmə icraatı qaydasında ola bilər. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, bölgü planının yenidən tərtib edilməsi, torpaq sahəsinin naturada bölünməsi, eyni zamanda üçüncü şəxsin adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev