Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2063/2021 15.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “iddiaçının Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, 2 saylı mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, 2 saylı mənzilə pasport qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin 28 avqust 2021-ci il tarixli, 123-31552H-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2001-ci ildən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi,Xətai küçəsi, ev 1, mənzil 2-də fasiləsiz olaraq yaşayır. İddiaçı bildirir ki, faktiki olaraq o, qeyd edilən mənzildən kirayəçi qismində istifadə edir, mənzildə istifadə olunan komunal xidmətlərə görə ödənişlər həmin tarixdən fasiləsiz olaraq tərəfindən ödənilir. Lakin, buna baxmayaraq o, həmin mənzilə qeydiyyata düşə bilmir. Ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2-ə qeydiyyata düşməyinin rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Müraciətinə cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi 19.06.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndinə görə yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, qeyd etdiyi kimi o, 2001-ci ildən qeyd edilən mənzildə ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşayır. Bununla da faktiki olaraq dövlət mənzil fonduna aid olan mənzildən icarəçi kimi istifadə edir. Hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin mənzilə qeydiyyata alınmağı haqqında müraciətinin icrasından imtina edilməsi əsassızdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, inzibati orqanın İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, 2 saylı mənzilə pasport qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatda alınması şərtlərini konkret olaraq müəyyən etmişdir. İddiaçı isə bu şərtlərdən hər hansı birinin mövcud olması ilə bağlı inzibati orqana hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında istifadə hüququnun tanınması ilə bağlı iddia qaldıra və onun nəticəsinə uyğun olaraq, yenidən inzibati orqana müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2063/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2063/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver