Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2067/2024 08.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia qaldıraraq “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladları xx.xx.2005-ci il təvəllüdlü X3 yeni şəkilli şəxsiyyət vəsiqəsi almaq fikrindədirlər. Lakin ona şəkilli şəxsiyyət vəsiqəsinin verilməsində problem yaranacağı onlara bildirilmişdir. Çünki qızı Gültəkin Cəbiyevanını doğum tarixinin “ili” 2005-ci il əvəzinə 2007-ci il yazılmışdır. Bu ərizəyə daxil edilmiş AZ-İİ N 017935 saylı, 24 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X2, doğum tarixi 14-X-2007 yazılmışdır. Onun atası İddiaçı1, anası isə İddiaçı2dır. Bu ərizəyə daxil edilmiş V- DKT N 425011 nömrəli, 21 iyun 1991-ci il tarixli nikah şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, İddiaçı1 ilə X6 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikah 17 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. Etiraf edirlər ki, indiyədək övladı X1 doğum haqda şəhadətnaməsində onun doğum tarixinin xx.xx.2005ci il əvəzinə, xx.xx.2007-ci il yazılması onların diqqətini cəlb etməyib. Doğrusunu deyək ki, onlar ailəlikcə uzun illərdən bəri yaylaqda və qışlaqda yaşamış deyə heç vaxt övladı Gültəkin Cəbiyevanın sənədlərinə baxmamış və elə bu səbəbdən o, heç vaxt məktəbə getməyib. Bu məsələ ilə maraqlanmış və onun doğum şəhadətnaməsini də götürüb Cavabdehnə getmiş, onlara bildirmişlər ki, övladı guya xx.xx.2007-ci il təvəllüdlüdür deyə ona şəkilli şəxsiyyət vəsiqəsi 2025-ci ildə verilməlidir. Lakin övladının təvəllüdünün 2007-ci il yazılması səhvdir. Onların övladı Gültəkin Cəbiyeva xx.xx.2005-ci il təvəllüdlüdür. Buna dair çoxsaylı şahidləri var. Odur ki, övladı X2 doğum tarixindəki yanlışlığın, yəni onun doğum ilinin 2007 deyil, 2005-ci il olduğunu düzəltmək üçün Cavabdehnə ərizə ilə müraciət etmiş lakin, müraciətləri müsbət həll edilmədiyindən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh tərəfindən X2 doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmiş, eyni zamandda məhkəmə iclasının nümayəndərinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə cavabdehin nümayəndısinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçılar övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsini istəyir. Cavabdeh isə doğum tarixində dəyişiklik edilməsi ilə əlaqədar təsdiqedici sənədin təqdim edilməmiş olmasını əsas gətirərək və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 və 161.2-ci maddələrinə istinad edərək iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin 31 iyul 2023-cü il tarixli, 2-1(118)-3487/2023 saylı Qərarı ilə iddia rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2- 1(105)-839/2023 saylı Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3487/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “............ hazırki iş üzrə iddia tələbi doğum akt qeydində doğum tarixinə (il) aid hissədə dəyişiklik edilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq, məhkəmə tərəfindn bununla bağlı heç bir araşdırma aparılmamış, müvafiq doğum akt qeydinin aparılmasına əsas olmuş sənədlər, o cümlədən bu hala dair tibbi sənədlər tələb edilməmiş, halbuki həmin sənədləri məhkəmə öz xidməti vəzifəsinə görə tələb etməli, əldə edilmiş sənədlər işin halları baxımından qiymətləndirilməklə, doğum tarixinə dair aparılmış qeydin düzgün aparılıb-aparılmaması, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı səhvə yol verilib-verilməməsi halları aydınlaşdırılmalı idi. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə yalnız iddiaçının izahatına və iddia tələbində qeyd edilən hallara istinad edərək, bununla bağlı öz xidməti vəzifəsinə görə işin halları baxımından heç bir araşdırma aparmamışdır ki, bu hal özlüyündə inzibati prosessual qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamaqla, hazırki iş üzrə gəldiyi nəticə düzgün olmamışdır” Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi nəzərə alınmaqla məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma zamanı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Quşçu kən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 12 yanvar 2024-cü il tarixli, 5-75-38/2-35/2023 saylı məktubu ilə X2 doğum haqqında tibbi şəhadətnaməsinin surəti, Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-165/8-xx-xx/2023 saylı məktubu ilə doğum akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, X2 doğum tarixi həmin sənədlərdə 2007-ci il olaraq qeyd edilmişdir. İddiaçılar tərəfindən bunun əksini sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçılar iddialarını ancaq şahid ifadələri ilə sübut edə biləcəklərini bildirmişlər. İddiaçılara izah edilmişdir ki, inzibati məhkmə icraatı zamanı bu kimi hallar rəsmi sənədlər əsasında müəyyən edilir. Bu halda Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. Digər sənədlər isə həmin qeydiyyat əsasında aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Göründüyü kimi hazırkı mübahisə cavabdeh inzibati orqanın qanunsuz hərəkəti nəticəsində yaranmamış, eyni zamanda iddiaçıların istədiyi müvafiq dəyişikliyi sübut edən əsaslar inzibati orqana təqdim edilməmişdir. Bu isə inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Eyni zamanda iddiaçılara izah edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü madəsində nəzərdə tutulmuş hüquq müdafiə vasitəsi mülki məhkəmə icraatı qaydasında tətbiq edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev