Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2069/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X5 0,07 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncamının Abşeron rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X5 0,07 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncamının qismən, Abşeron rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990- cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-115/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-659/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, e-2-1(118)-115/2023 nömrəli qərardadı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci isntansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə Saray qəsəbəsinə gedən yolun kənarında şimal qərbdən Bakı-Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatə olunan 0.04 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı həmin vaxtdan göstərilən torpaq sahəsindən istifadə edir. O, mülkiyyət hüquqularının qeydə alınması üçün qeydiyyat orqanına müraciət etdikdə məkum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsi yəni 0,02 ha başqa şəxsin mülkiyyətindədir. Vəkil sorğusuna alınmış cavablardan məlum olmuşdur ki, Cavabdeh Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli 03 saylı sərəncamı ilə 0,07 ha X5 ayrılmışdır. İddiaçının torpaq sahəsinin 0,02 ha hissəsi də həmin torpaq sahəsinin tərkibində S.Tağlyevanın mülkiyətinə verilmişdir. Daha sonra 0,07 ha torpaq sahəsi X2 özgəninkiləşidirilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə mübahisələndirilən sərəncam barəsində xəbər tutmuşdur və dərhal hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - Abşeron rayon XDS İK-in xx.xx.1990-cı il tarixli, 296 nömrəli qərarından görünür ki, Saray qəsəbəsinə gedən yolun kənarında şimal qərbdən Bakı-Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatə olunan 0,04 ha torpaq sahəsinin maşınlara texniki xidmətin göstərilməsi məqsədi ilə İddiaçı ayrılması qərara alınmışdır. - Abşeron rayon XDS İK-in xx.xx.1990-cı il tarixli, 296 nömrəli qərarından görünür ki, Saray qəsəbəsinə gedən yolun kənarında şimal qərbdən Bakı-Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatə olunan 0,04 ha torpaq sahəsinin maşınlara texniki xidmətin göstərilməsi məqsədi ilə İddiaçı ayrılması qərara alınmışdır. - Cavabdeh Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1997-ci il tarxili 03 saylı sərəncamından görünür ki, 0.10 ha torpaq sahəsi X5 ayrılmış və ona həmin torpaq sahəsində mənzil tikməyə icazə verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarına əsasən İddiaçı məxsus 0,04 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən üçüncü şəxs X1 mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatları üst-üstə, düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırda İddiaçı faktiki istifadəsində olan 0,0434 ha torpaq sahəsinin cənub-şərq istiqamətində 0,0204 hissəsi üçüncü şəxs X1 mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarına əsasən Saray qəsəbəsinə gedən yolun kənarında şimal-qərbdən BakıSumqayıt magistralı, cənub-şərqdən Saray kəndi ilə əhatə olan 0,04 ha torpaq sahəsinin faktiki yerləşmə koordinatlarının müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Həmin torpaq sahəsi ilə Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli 03 saylı sərəncamına əsasən X5 ayrılmış 0,07 ha torpaq sahəsinin üst-üstə düşür, üst-üstə düşən sahə 184 kv m təşkil edir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, üçüncü şəxs X1 adına verilmiş çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon Saray qəsəbə üzrə Nümayəndəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə vətəndaş X8ma torpaq sahəsi ayrılmışdır. Vətəndaşın adına arxiv çıxarışı və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli 100 №-li sərəncamı ilə Saray qəsəbə nümayəndəliyinə ayrılmış torpağın təsdiq edilmiş ksero-surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). İşin hallarından göründüyü kimi Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə Saray qəsəbəsinə gedən yolun kənarında şimal qərbdən Bakı-Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatə olunan 0,04 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla üçüncü şəxs S.Tağıyevaya ayrılmış torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən olunmasa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan ünvanladığı məktubunda bildirmişdir ki, İddiaçı Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış 0.04 ha torpaq sahəsinin 0.02 hissəsi Cavabdeh Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarxili 03 saylı sərəncamına əsasən X5 ayrılmış torpaq sahəsinin üzərinə düşür. Bundan başqa iş üzrə alınmış mütəxəssis rəyində də iddiaçının istifadəsində olan 0,0434 ha torpaq sahəsinin cənub-şərq istiqamətində 0,0204 hissəsinin üçüncü şəxs X1 mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh hüquqi cəhətdən boş olmayan və üzərində vətəndaş tərəfindən inşa edilən qeyri-yaşayış sahəsi olan torpaq sahəsini başqa şəxsin daimi istifadəsinə verməklə iddiaçının gözlənilən mülkiyyət hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X5 0,07 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncamı qismən, Abşeron rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X5 0,07 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncamı qismən, Abşeron rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2069/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2069/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver