Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-207/2020 04.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Mirhadi oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3rşı “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 bir vəzifə olaraq öhdəsinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Seyidov X2 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə (Nizami küçəsi) ev 20 A, mənzil 10 ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********57 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin 07 oktyabr 2013-cü il tarixli əmri ilə yaradılmış “Xidməti yaşayış sahələri ilə bağlı komissiya”nın xx xxxx 2016cı il tarixli iclasının 8 nömrəli protokoluna əsasən Abşeron rayonu , Xırdalan şəhəri , məhəllə 28, 20A saylı evin, 10 saylı mənzili iddiaçının adına rəsmiləşdirilmişdir və qeyd edilən ünvana pasport qeydiyyatına alınmışdır. Arxitektura və Dizayn" MMC tərəfindən mənzilin eskiz layihəsi işlənib hazırlanmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli , 464S saylı Sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin YMX-nin Abşeron rayon DYMH-nin balansında olan , Abşeron rayonu , Xırdalan şəhəri , məhəllə 28, 20A ünvanında yerləşən dörd mərtəbəli ailəvi yataqxana binası Abşeron rayon İcra Hakimiyyətinin balansına verilmişdir və qeyd olunan Sərəncamın icrası ilə bağlı Abşeron RİH Başçısı tərəfindən xx.xx.2016-cı il tarixdə 183 saylı Sərəncam imzalanmışdır . Abşeron rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına RİH tərəfindən etiraz edilməməsi barədə məktub verilmişdir. İddiaçı mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh 4 saylı X5 müraciət etmişdir , lakin cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir və bu barədə xx.xx.2019-cu il tarixdə cavab verilmişdir . Cavabdeh tərəf qeyd edilən mənzilin iddiaçıya verilməsi barədə protokolu, balansında olan icra orqanı tərəfindən mənzilin dövlət reyestrində qeydiyyata alınmasına etirazının olmadığı nəzərə alınmamışdır, halbuki müvafiq orqanlar tərəfindən bu mənzil iddiaçının istifadəsinə qəbul edilmiş akt əsasında verilmişdir və ona verilmiş protokol sərəncama bərabər tutulmalıdır. Mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsaslar mövcuddur , cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermişdir və çıxarışın verilməsi iddiaçının yaşayış sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının [yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Məcəllənin 139-1.1.1. maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Təqdim edilən sənədlərdən də aydın görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən mənə sənəd verilmişdir və həmin sənəd daşınmaz əmlak -zərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır . "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı [bundan sonra - hüquqların dövlət qeydiyyatı] Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının [yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1. maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ. bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 7 1 . maddəsinin İ. bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir , ərizəsinə əsassız olaraq imtina edilmişdir. Halbuki cavabdeh tərəf yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi barədə tədbir görməli idi. AR İnzibati Prosessual Məcəlləsinin 33.1. maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, ünvan 4 A ünvanında, DYMH-nin Bscxanasında yerləşən 10 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar İddiaçı Mirhadi oğlu xx.xx.2019-cu il tarixdə 4 saylı X5 ərizə ilə müraciət etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən, sözügedən mənzilinin iddiaçının adına Fövqəladə Hallar Nazirliyinin xx xxxxxxx 2013-cü il tarixli əmri ilə yaradılmış “Xidməti asayiş sahələri ilə bağlı komissiya”nın xx xxxx 2016-cı il tarixli iclasının 8 nömrəli protokolu əsasında rəsmiləşdirildiyi aşkar edilmişdir. Eyni zamanda ərizəçiyə bildirilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli (2009-cu il oktyabrın 1-dək order, orderin arxiv arayışı, mənzilin verilməsinə dair sərəncam, forma-2 arayışı, razılıq ərizələri və c.) Xidmətin 4 saylı X5 təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun " 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən idddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarları ilə təsdiq edilmiş iddiaçının gözlənilən hüququ olsa da, hazırkı mərhələdə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqan yaranmış hüquqlarıntəqdim edilən sənədlər əsasında dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərin mülkiyyət hüququnun qeydiyyat əsası olmasını müəyyən edən hər hansı bir norma mövcud olmadığına görə, cavabdeh inzibati orqanın imtina əsaslı olmuşdur. Məhkəmə cavabdehin etirazında imtina üçün göstərdiyi dəlillər ilə razılaşdığı üçün əlavə münasibət bildiməyə zərurət görmür. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-207/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-207/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver