Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2071/2023 24.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qanuni istifadəsində olan 0.10 ha ibarət torpaq saəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Abşeron rayonu , Saray qəsəbəsində yerləşən 0.10 ha dan ibarət torpaq sahəsi üzərində mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 30 aprel 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri- Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli ,39 saylı sərəncamı, yerquruluşu planından çıxarışı əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Abşeron saylı Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 06 may 2021-ci il tarixli bildirişlə imtina etdiyindən Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə prosesi zamanı müəyyən olunmuşdur ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bu səbəbdən qeyd olunan iddia üzrə ərizəsini geri götürmüşdür və istifadəsində olan torpaq sahələrinin koordinatlarını ilkin sənədlər əsasında faktiki istifadəsində olan vəziyyətdə qeydiyyata alınması üçün qeyd etdiyi torpaq sahəslərinə dair plan və ölçülərin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasına maneçilik törədən torpaq sahələrinə dair verilmiş plan və ölçülər ləğv edilməlidir. Belə ki, müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha dan ibarət torpaq sahəsinin koordinatları JN-1940C nömrəli torpağın mülkiyyətə verilməısinə dair şəhadətnamə əsasında X8 məxsus 0.12 ha dan ibarət torpaq sahəsinin , X5 mülkiyyətində olan 0.144 ha torpaq sahəsinin və X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətətində olan 0.1901 ha torpaq sahəsinin koordinatları ilə qismən üst- üstə düşür. Bildirir ki, iddiaçı faktiki olaraq 0.10 ha-dan ibarət torpaq sahəsindən maneəsiz istifadə edir. Bu torpaq sahəsində tikili də mövcuddur. Həmçinin, qeyd etdiyi şəxslər də sözügedən torpaq sahələrindən maneəsiz istifadə edirlər. Lakin, faktiki vəziyyət belə olsa da sənəd üzrə, yəni kadastr xəritələrində sürüşmə olmuş və iddiaçının istifadəsindəki toorpaq sahəsinin döngə nöqtələri qeydiyyata alınmış, digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı hesab edir ki, cavabdeh öz daxilindəki nöqsanları bəhanə edərək gələcəkdə bu problemin həll olunacağını bildirir .DWG xəritələrinin uyğunsuzluğu ilə izah edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının vəkili X4 hüquqi yardım edilmiş, iddiaçının vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qanuni istifadəsində olan 0.10 ha ibarət torpaq saəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsini istəsə də cavabdeh orqana müraciəti torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2071/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2071/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver