Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2072/2024 29.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “onun mülkiyyətində olan “VAZ-21074” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin X1 adına qeydiyyat aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinədair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “VAZ-21074” minik markalı, **-CJ-*** d.q.n, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobili xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində alıb, Sumqayıt şəhər Pİnin RQİŞ-də adıma qeydiyyata salmışdır. Avtomobili xx.xx.2023-cü il tarixdə xeyr iş ilə əlaqdar olaraq satmaq istədikdə Baş X3 İdarəsində keçirilmiş texniki baxışdan sonra ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparıldığından avtomobilin alqı-satqısmda imtina edilərək, qeydiyyat aparılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinyət işinin başlanılması rədd edilmiş, həmin qərarda qeyd edilmişdir ki, “VAZ- 21074” minik markalı, **-CJ-*** d.q.n, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobildə keçirilmiş texniki baxışdan sonra ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparıldığından avtomobilin alqı-satqısında imtina edilərək, qeydiyyat aparılmamışdır. Lakin, həmin “VAZ-21074” minik markalı, **-CJ-*** d.q.n, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobili, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində alqı-satqı edildiyi zaman qeyd edilən problem baş qaldırmamış, sonrakı mərhələdə qabardılması qəbuledilməzidr. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması, ban nömrəsinə müdaxilə olunma hesab edilə bilməz. Bundan əlavə avtomatlarşdırılmış məlumat axtarış sistemində oğurlanmış və qaçırılmış nəqliyyat vasitələrinin siyahısında da yoxdur. “VAZ-21074” minik markalı, **-CJ-*** d.q.n, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunma faktı ilə əlaqdar isə müvafiq ekspertiza keçirilmədən qeydiyyat hərəkətlərindən imtina edilməsini qanuna zidd hərəkət hesab edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-13-16/2-P-11352 nömrəli xx.xx.2024-cü il tarixli imtina məktubunun surəti, avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı “VAZ-21074” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin mülkiyyətçisidir. İddiaçı sözügedən avtomobili alqısatqı etdirilməsi məqsədilə BDYPİ-yə müraciət etmiş və Baş X3 İdarəsində keçirilmiş texniki baxışdan sonra ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılması səbəbində avtomobilin alqı-satqısından imtina edilərək, qeydiyyat aparılmamışdır. Bu səbədən mövcud mübahisə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cinayət işinin materialları araşdırılarkən, avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt aşkarlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı və 3-cü şəxsin konstitusion hüquqularının həyata keçirilməsində hər hansı bir məhdudiyyət yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin İ-ci hissəsinə görə bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Həmin Qanunun 32-ci maddəsinin İİ-ci hissəsinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan “VAZ-21074” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin X1 adına qeydiyyat aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan “VAZ-21074” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, XTA210740B3100350 ban nömrəli, şassi birkasız, qara metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin X1 adına qeydiyyat aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2072/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2072/2024
29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver