Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2074/2025 04.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2024-cü il tarixdən yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2024-cü il tarixdən yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Masallı rayonu, Xil kəndində doğulmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əmək stajı vardır. 12 il 06 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı vardır. Belə ki, xx.xx.1981-ci ildə SSSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi”-nə 2-ci dərəcə tornaçı vəzifəsinə qəbul edilmişdir. Daha sonra xx.xx.1982-ci il tarixdə həmin mərkəzdə 3-cü dərəcə tornaçı vəzifəsinə təyin edilmişdir. 1982-ci ildən 1984-cü il tarixədək Sovet ordusuna çağırışla bağlı hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1984-cü il tarixdə yuxarıda qeyd edilən mərkəzdə 4-cü dərəcə çilingər - boru kəməri çəkən vəzifəsinə qəbul olunmuşdur. 01,10.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək həmin mərkəzdə “4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı’’ vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh işlədiyi vəzifənin güzəştli şərtlər ilə pensiya təyin edilməsi vəzifəsinə uyğun olmadığını əsas gətirməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə işlədiyi vəzifə, yəni SSSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi"də işlədiyim “4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı" vəzifəsi xüsusi şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələr siyahısına daxil edilmişdir. 01,01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7~ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə işlədiyi vəzifə, yəni SSSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi”də işlədiyim ‘4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı” vəzifəsi xüsusi şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələr siyahısına daxil edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışda da qeyd olunmuşdur ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək metallurqiya avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 3-cü bölməsinin ******* yarımbölrnəsinin A 14641 şifri güzəştli şərtlər ilə əmək pensiyası almağına əsas verir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Əmək pensiyaları haqqında" Qanunun 9.1.-ci maddəsinə əsasən axırııncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatıma imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ oəlan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa göörə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1,7-ci bəndinə əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar taarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar,əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarının 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 23 sentyabr 1992-ci il ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli 260-İİİ QD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 67-ci “v” bəndinə əsasən, hərbi (alternativ) xidmət iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Aii Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020 tarixli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin T Paşayevin ümumi iş stajının 25 ildən az və güzəştli iş stajının olmaması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını. X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər,incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti, zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsində (********) Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (********) 2040200а—14641 kodu üzrə avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də boruçəkən-çilingər vəzifəsində işlədiyi göstərilmişdir. Araşdırma zamanı, xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından həmin müəssisənin xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Bu fakt “Azərboru" ASC-nin 7 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi boruçəkən çilingər vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 6 ay 2 gün (xx.xx.1981-xx.xx.1982-cİ il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1998-ci il. xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı 31 il 8 ay 12 gün (xx.xx.2006-cı il tarixədək 16 il 11 ay 12 gün (xx.xx.1981-xx.xx.1982-ci il. xx.xx.1982xx.xx.1984-cü il (hərbi xidmət dövrü). xx.xx.1984- xx.xx.1994-cü il və xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 9 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Təmir Tikinti ASC-nin arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Domnatəmir TTQİ-də, hazırki Sumqayıt Təmir Tikinti ASC-də metallurgiya avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru quraşdırıcısı vəzifəsində işləyir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №li siyahının İİİ bölməsinin ******* yarımbölməsinin A 14641 şifri ilə güzəştli əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. xx.xx.1998-ci ildən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildə SSRİ QMN Sumqayıt Xüsusi Tikinti Quraşdırma idarəsi “Domna Təmir Mərkəzi”-nə 2-ci dərəcə tornaçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdə həmin mərkəzdə 3-cü dərəcə tornaçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə 4-cü dərəcə çilingər - boru kəməri çəkən vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək həmin mərkəzdə “4-cü dərəcə metallurgiya zavoduna texnoloji boru kəməri çəkilişi üzrə quraşdırıcı’’ vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək Sovet ordusuna çağırışla bağlı hərbi xidmətdə olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-10F/2-153-2024 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC, “Azərmetaltəmirtikinti” İB və “Domnatəmir” TTQ idarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/26 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi “Mərkəzidomnatəmir" Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. “Azərboru" ASC Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çahşan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr eynilik təşkil etdiyi təqdirdə tərəfimizdən yalnız bizim cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə ‘"güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Sorğuda qeyd edilən “texniki boru quraşdırıcısı'’, “çilingər-boru çəkən çilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641); (2040400a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/27 saylı arayışında qeyd edilmişdir ki, “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin müəssisə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Qeyd edilən müəssisənnin fəaliyyətinin dəqiq hansı tarixdə dayandırması barədə "xxxx" ASC-də hər hansı bir məlumat yoxdur. Lakin, 1994-cü ildən başlayaraq müəssisənin istehsal gücünün azalması nəticəsində istehsal sahələrində fəaliyyət tədricən dayanmağa başlamışdır. 1997-ci ildə ilk əvvəl Marten sexi, daha sonra Yayma sexi fəaliyyətini dayandırmışdır. Boruyayma sexi isə fasilələrlə fəaliyyətini davam etdirsə də, 2003-cü ildən başlayaraq bu günədək davamlı olaraq fəaliyyətini davam etdirir və elə həmin dövrdən başlayaraq avadanlıqların təmiri və quraşdırılması işləri “Azərboru" ASC-nin öz işçiləri tərəfindən həyata keçirilir. Həmçinin, arxiv sənədlərinin olmaması səbəbindən bu barədə təsdiqedici sənədlərin təqdim olunması qeyri-mümkündür. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdən yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də boruçəkənçilingər vəzifəsində işlədiyi göstərilmişdir. Araşdırma zamanı, xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından həmin müəssisənin xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Bu fakt “Azərboru" ASC-nin 7 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi boruçəkən çilingər vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı 31 il 8 ay 12 gün (xx.xx.2006-cı il tarixədək 16 il 11 ay 12 gün (xx.xx.1981-xx.xx.1982-ci il. xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü). xx.xx.1984xx.xx.1994-cü il və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 9 ay) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu və müəssisəsinin 1994-cü ildən fəaliyyətini dayandırması təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 07 mart 2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, yoxlama zamanı X1 işlədiyi Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq domna (marten) sobalarının təmiri üzrə həmin zavoda xidmət göstərmişdir. Mərkəzidomnatəmir tresti Rusiya Federasiyasının Sumqayıt filialı kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından müəssisə xx.xx.1994-cü ildən fəaliyyətini dayandırmışdır. Akt DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 şöbəsinin baş mütəxssisi Kamran Cümşüdlü və böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin arxiv sənədlərinin aparılması üzrə mütəxəssis X3 tərəfindən imza edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/27 saylı arayışında qeyd edilmişdir ki, “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin müəssisə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Qeyd edilən müəssisənnin fəaliyyətinin dəqiq hansı tarixdə dayandırması barədə "xxxx" ASC-də hər hansı bir məlumat yoxdur. Lakin, 1994-cü ildən başlayaraq müəssisənin istehsal gücünün azalması nəticəsində istehsal sahələrində fəaliyyət tədricən dayanmağa başlamışdır. 1997-ci ildə ilk əvvəl Marten sexi, daha sonra Yayma sexi fəaliyyətini dayandırmışdır. Boruyayma sexi isə fasilələrlə fəaliyyətini davam etdirsə də, 2003-cü ildən başlayaraq bu günədək davamlı olaraq fəaliyyətini davam etdirir və elə həmin dövrdən başlayaraq avadanlıqların təmiri və quraşdırılması işləri “Azərboru" ASC-nin öz işçiləri tərəfindən həyata keçirilir. Həmçinin, arxiv sənədlərinin olmaması səbəbindən bu barədə təsdiqedici sənədlərin təqdim olunması qeyri-mümkündür. Belə ki, cavabdeh qeyd edir ki, araşdırma zamanı, iddiaçının xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından həmin müəssisənin xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Lakin məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Marten sexi 1997-ci ildə fəaliyyətini dayandırmışdır. Daha sonra Yayma sexi fəaliyyətini dayandırmış, boruyayma sexi isə fasilələrlə fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müəssisənin fəaliyyətinin dayandırıldığını sübut edən sənəd və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/27 saylı arayışında həmçinin cavabdeh tərəfindən təqdim edilmiş aktın qeyri-dəqiq məlumat əsasında tərtin edildiyi qeyd edilmiş və "xxxx" ASC-nin sabiq əməkdaşı tərəfindən imzalanmış 07 mart 2023-cü il tarixli aktın nəzərə alınmaması xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Aktın hansı sənədlər əsasında tərtib edilməsi qeyri-müəyyəndir, cavabdeh tərəfindən tərtib edilmiş Aktla bağlı heç bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş, həmçinin sözügedən Akt iş materialları və məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə təkzib edildiyinə görə məhkəmə hesab edir ki, qeyd edilən Akt iddianın əsassızlığının sübutu kimi qiymətləndirilə bilməz. Cavabdehin vəzifə uyğunsuzluğu ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli 01/26 saylı arayışında “texniki boru quraşdırıcısı'’, “çilingər-boru çəkən çilingər" peşələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları"(2040200a-14641); (2040300a-14641); (2040400a-14641) peşələrinə uyğunlaşdırılmasının mümkün olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2074/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2074/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver