Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-208/2020 04.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4rşı “Abşeron rayonu, Qobu bələdiyyə şurasının xx xxx 2007-ci il tarixli 09 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədilə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilmiş Qobu qəsəbəsinin ərazisində yerləşən sahəsi 0,08 kv.m olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıya Abşeron rayonu, Qobu bələdiyyə şurasının xx xxx 2007-ci il tarixli, 09 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin qərar əsasında fərdi mənzil tikmək məqsədilə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilmiş Qobu qəsəbəsinin ərazisində yerləşən sahəsi 0,08 kv.m olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın **********54 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda iddiaçının Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində yerləşən 0,08 ha sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı müraciətinə aşağıdakı şəkildə imtinasını əsaslandırmışdır. “Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində yerləşən 0,08 ha sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən Sizə 0,08ha torpaq sahəsinin xx xxx 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktınınm ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublkası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli imtinası qanunsuz və əsassızdır. “Torpaqların alqı-satqısına dair akt”-ın tərtib edilməməsinin huququn dövlət qeydiyyatından keçirilməsi üçün heç bir əhəmiyyəti yoxdur. Qeyd edilən sənədin bələdiyyə tərəfindən tərtib edilərək, verilməməsi onun təqsiri deyil. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə gorə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xususi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0. və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın ozgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yukluluyunun) və xitam verilməsinin dövlət qeydiyyatı ucun əsas hesab olunur. Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışında qeyd edilir: “ Qobu bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı fərdi ev tikintisi üçün Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində yerləşən 0,08 ha sahəsinə görə 2007-ci ildə tərtib edilməli olan” Torpaqların alqı -satqısına dair AKT tərtib edilməmişdir. Bunu nəzərə alaraq vətəndaşın 0,08 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstənnəyinizi xahiş edirəm.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və huquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə huququnda əldə edə bilərlər. Həmin Məcəllənin 66-cı maddəsinin İİ hissəsinə əsasən torpaq üzərində huquqlar (müddəti on bir aydan az olan icarə və istifadə huquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət huququ subyektin ona mənsub əmlaka (əşyaya) oz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə dövlət tərəfindən tanınan və qorunan huququdur. Həmin Məcəllənin 166.3-cu maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət huququnun və sahiblik haqqında iddia huququnun olduğu ehtimal edilir ki, onun sahiblik huququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində huquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı ucun əsaslardan biridir. İnsan huquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə huququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə huququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına huququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət huququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət huququ “şərti və qeyri- sabit” xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına gorə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. İddiaçı hesab edir ki, qeyd edilən məsələ ilə bağlı iddiaçının hər hansı bir təqsiri yoxdur və başqasının qanunla üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməməsi onun hüququnun pozulması ilə nəticələnə bilməz. Belə ki, iddiaçı nə torpaq sahəsinin ayrılması ilə bağlı sənədləri tərtib edən şəxs deyil , nə də ki, onun üzərinə qanunla belə bir vəzifə qoyulmuşdur. Mövcud məsələ ilə bağlı iddiaçının üzərinə düşən yalnız ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmək olmuşdur ki, o da ayrılmış torpaq sahəsinin dəyərini bələdiyyə büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1 -ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət huququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş huquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasınm bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2006-cı il tarixli, 352 saylı fərmanının 6-cı bəndində X7 Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınması Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli “Azərbaycan Respublikasında İnsan X3 Milli fəaliyyət planının təsdiq edilməsi haqqında”sərəncamında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tovsiyyə edilmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə X8 Məhkəməsinin yurişdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Huquqları uzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş huquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Huquqları uzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan huquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. X7 Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X5 S.C.” və başqaları Belçikaya qarşı)gostərilmişdir ki, “mülkiyyət” və <əmlak> anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən huquqlar və maraqlar da “mülkiyyət huquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin huquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Bundan başqa, İnsan Huquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə huququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə huququ mahiyyət etibarı ilə mülkiyyət huququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək bildirir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması zamanı Abşeron rayonu, Qobu kəndi ərazisində yerləşən torpaq sahəsinə dair təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”-nın müddəalarına zidd olaraq alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Qeyd edilmişdir ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına Əlavə”-də Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Eyni zamanda bildirilmişdir ki, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X9 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1 görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra “Komitə”) sədrinin qərar, əmr, sərəncam və göstərişlərini, Komitənin Kollegiyasının qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, normativ- metodiki sənədləri və bu Əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə qərarının təsviri hissəsində də qeyd olunduğu kimi iddiaçıya Qobu bələdiyyə şurasının xx xxx 2007-ci il tarixli, 09 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, qeydiyyat üçün lazım olan sənədlər tam təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. İddiaçıya izah edilsin ki, müvafiq sənədlər əldə edəndən sonra, təkrar cavabdeh inzibati orqana müraciət edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-208/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-208/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver