Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-208/2021 25.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Hacəhməd oğlunun və onun vəkili X4, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Hacəhməd oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsini AR Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Hacəhməd oğlu 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, İddiaçı Hacəhməd oğlununu xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablamada heç bir səhvə yol verilməmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, 1988-N0-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 24 may N1-ci il tarixdə N №li hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə başlamış və həmin hərbi hissədə N iyul N2-ci il tarixədək, yəni AR Silahlı Qüvvələrinin N №li hərbi hissədə xidmətə keçirilənədək xidmət etmişdir (N №li hərbi hissə N №li hərbi hissənin bazasında yaradılmışdır). Xidmətdə olduğu dövrlərdə iddiaçıya 24 may N1-ci il tarixdə N №li hərbi hissədə "kiçik çavuş" hərbi rütbəsi, 13 may N2-ci il tarixdə "gizir" hərbi rütbəsi, bundan sonra AR MN-nin 0172 №li 07 noyabr N9-cu il tarixli Əmri ilə ona "leytenent" hərbi rütbəsi, 10 dekabr N1-ci il tarixdə HHQ və HHMQ Komandanının 11/R N2-1İ 10 dekabr N1-ci il tarixli Əmri ilə "baş leytenent" hərbi rütbəsi, 03/R №li 225 iyun N5-ci il tarixli Əmri ilə "kapitan" hərbi rütbəsi, AR MN-nin 0110RT №li 23 dekabr N9-cu il tarixli Əmri ilə "mayor" hərni rütbəsi, AR MN-nin 1-ci müavini BQR-nin 0870 №li N iyul 2018-ci il tarixli Əmri ilə "polkovnik-leytenent" hərbi rütbəsi verilmişdir. N №li hərbi hissədə xidmət edərkən N avqust N2-ci il tarixdən iddiaçı AR MN-nin 329 №li N avqust N2-ci il tarixli Əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almaq üçün göndərilmişdir. Qeyd edir ki, Riqa Aviasiya Universitetinə MN-nin xətti ilə N2-ci ildə təhsil almağa 50 nəfər göndərilmişdi və onların arasında yeganə hərbi qulluqçu iddiaçı olmuşdur. Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra iddiaçı, həmin Universitetdən geri çağırılmış və yarımçıq qalan təhsilini AR MN-nin xətti ilə AR Milli Aviasiya Akademiyasında davam etdirmişdir. İddiaçı, 30 iyun N8-ci il tarixdə AR Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi (yəni heç bir əmr olmadan) sərəncamda qalmış və 17 aprel N0-ci il tarixdə N №li hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. Həmin vaxtdan xidmətinin sonunadək, yəni 09 yanavar 2019-cu il tarixədək HHQ-nin müxtəlif hərbi hissələrində xidmət keçmiş və 09 yanvar 2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi onun 30 iyun N8-ci ildən 17 aprel N0-ci ildək olan xidmət dövrü pensiya təyin edilrəkən nəzərə alınmamışdır. Hansı ki, həmin dövürdə iddiaçının sərəncamda olması barədə AR MN-nin müvafiq rəsmi Əmri yoxdur. Belə olan halda həmin dövürdə iddiaçı, xidmətdə olan kimi hesab edilməlidir. Lakin bu edilməmişdir. Bu isə iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozur. Bununla əlaqədar iddiaçı, AR MN-nin Hüquq İdarəsinə, Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə, Maliyyə Bedcə İdarəsinə, o cümlədən MN-nin Mərkəzi Arxiv İdarəsinə müraciətlər etmişdir. Lakin müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Məhz bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun vəkili X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, İddiaçı Hacəhməd oğlunun xidmət illərinin hesablanmasında heç bir səhvə yol verilməmişdir. İddiaçının xidmət illəri təqvimlə 28 il 01 ay 12 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət- 0 il 05 ay 07 gün, ümumi xidmət illəri isə 28 il 06 ay 19 gün təşkil edir. İddiaçı 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək xidmətdə olmamış, onun şəxsi işindədə həmin dövrlərlə bağlı hər hansı bir sənəd yoxdur. Ona görədə tərəflərindən həmin dövrlərin nəzərə alınaraq yeni məlumat vərəqinin doldurularaq DSMFnun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi göndərilməsi mümkün deyil. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X10 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə bağlı mübahisəli dövrlərə aid hər hansı bir sənəd hərbi hissədə yoxdur. Ona görədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 20.05.2019-cu il tarixli, ***-**** saylı Arxiv arayışında qeyd edilir ki, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəmiş, gizir İddiaçı Hacıəhməd oğlu N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 3 №-li əmrilə (əsas: səh.-10, §34; qeyd: əmrdə atasının adı Hacıəhməd qeyd edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, aviasiya silahlandırma qrupunun mexaniki vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin N avqust N2-ci il tarixli 329 №s-li əmrində (əsas: səh.-284, sıra- 13; qeyd: əmr rus dilində yazılmış, əmrdə adı və atasının adı tam qeyd edilməmişdir) təhsil almaq üçün 01.09.N2-ci il tarixdən Riqa Aviasiya Universitetinə göndərilmiş şəxsi heyətin siyahısında “F.Q.Axmedov“-un adı qeyd edilmişdir. N №-li hərbi hissənin N2-ci il tarixli X11 qovluğunda (əsas: səh.-54, sıra-122; qeyd: əmrdə adı və atasının adı tam qeyd edilməmişdir) N Ns-li hərbi hissənin aviasiya silahlandırma qrupunun mexaniki, gizir “F.Q.Axmedov”-un avqust N2-ci il tarixində pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin N №-li hərbi hissəyə aid N2-ci il tarixli X11 qovluğunda İddiaçı iyul, sentyabr- dekabr N2-ci il tarixlərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 02 aprel 2020-ci il tarixli, ***-**** saylı Arxiv arayışında qeyd edilir ki, Verilir, İddiaçı ondan ötrü ki, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, gizir İddiaçı Hacıəhməd oğlu N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 3 Ns-li əmrilə (əsas: səh.-10, §34; qeyd: əmrdə atasının adı Hacıəhməd qeyd edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, aviasiya silahlandırma qrupunun mexaniki vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin N avqust N2-ci il tarixli 329 №-li əmrində (əsas: səh.-284, sıra-13; qeyd: əmr rus dilində yazılmış, əmrdə adı və atasının adı tam qeyd edilməmişdir) təhsil almaq üçün 01.09.N2-ci il tarixdən Riqa Aviasiya Universitetinə göndərilmiş şəxsi heyətin siyahısında “F.Q.Axmedov“-un adı qeyd edilmişdir. N №-li hərbi hissənin N2-ci il tarixli X11 qovluğunda (əsas: səh.-54, sıra-122; qeyd: əmrdə adı və atasının adı tam qeyd edilməmişdir) N Ns-li hərbi hissənin aviasiya silahlandırma qrupunun mexaniki, gizir “F.Q.Axmedov“-un avqust N2-ci il tarixində pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 25 Ns-li əmrində (əsas: §5, sıra-85; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin 03.06.N2-ci il tarixli müvafiq əmrinə əsasən, bilavasitə uçuşların təmin edilməsində iştirak edən, eskadril, gizir F.Q.Əhmədovun avqust N2-ci il tarixi üçün vəzifə maaşı ilə təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 41 №-li əmrində (əsas: §1, sıra-85; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin 03.06.N2-ci il tarixli müvafiq əmrinə əsasən, bilavasitə uçuşların təmin edilməsində iştirak edən, eskadril, gizir F.Q.Əhmədovun sentyabr N2- ci il tarixi üçün vəzifə maaşı ilə təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 48 Ns-li əmrində (əsas: §1, sıra-86; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin 03.06.N2-ci il tarixli müvafiq əmrinə əsasən, bilavasitə uçuşların təmin edilməsində iştirak edən, Aviasiya Silahlandırma qrupunun mexaniki, gizir F.Q.Əhmədovun oktyabr N2-ci il tarixi üçün vəzifə maaşı ilə təmin edilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 24.05.2021-ci il tarixli, 4269 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17.04.N0-ci il tarixli 0184 nömrəli əmrilə N2-ci il “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13 q və 15 d maddələrinə uyğun olaraq ehtiyatdan vətəndaş İddiaçı zabit kimi 1 il 6 ay müddətinə hərbi xidmətə çağırılmışdır. 20.08.N2-30.06.N8-ci il və 30.06.N8-17.04.N0-ci illərdə vətəndaş İddiaçı hərbi qulluqçu və ya hərbi mükəlləfiyyətçi olması barədə Hərbi Hava Qüvvələrində hərhansı məlumat yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-1(118)-208/2021 saylı sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi 06 may 2021-ci il tarixli, 9/2-3744 saylı məktubunda cavab olaraq bildirilmişdir ki, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, gizir İddiaçı Hacıəhməd oğlu N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 3 №-li əmrilə (əsas: səh.-10, § 34; qeyd: əmrdə atasının adı Hacıəhməd qeyd edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, aviasiya silahlandırma qrupunun mexaniki vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin N avqust N2-ci il tarixli 329 №-li əmrində (əsas: səh.-284, sıra-13; qeyd: əmr rus dilində yazılmış, əmrdə adı və atasının adı tam qeyd edilməmişdir) təhsil almaq üçün 01.09.N2-ci il tarixdən Riqa Aviasiya Universitetinə göndərilmiş şəxsi heyətin siyahısında “F.Q.Axmedov“-un adı qeyd edilmişdir. N №-li hərbi hissənin N2-ci il tarixli X11 qovluğunda (əsas: səh- 54, sıra-122; qeyd: əmrdə adı və atasının adı tam qeyd edilməmişdir) N Ns-li hərbi hissənin aviasiya silahlandırma qrupunun mexaniki, gizir “F.Q.Axmedov “-un avqust N2-ci il tarixində pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 25 Ns-li əmrində (əsas: §5, sıra-85; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin 03.06.N2-ci il tarixli müvafiq əmrinə əsasən, bilavasitə uçuşların təmin edilməsində iştirak edən, eskadril, gizir “F.Q.Axmedov “-un avqust N2-ci il tarixi üçün vəzifə maaşı ilə təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 41 Ns-li əmrində (əsas: §1, sıra-85; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin 03.06.N2-ci il tarixli müvafiq əmrinə əsasən, bilavasitə uçuşların təmin edilməsində iştirak edən, eskadril, gizir “F.Q.Axmedov “-un sentyabr N2-ci il tarixi üçün vəzifə maaşı ilə təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 48 Ns-li əmrində (əsas: §1, sıra-86; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin 03.06.N2-ci il tarixli müvafiq əmrinə əsasən, bilavasitə uçuşların təmin edilməsində iştirak edən, Aviasiya Silahlandırma qrupunun mexanik gizir “F.Q.Axmedov“-un oktyabr N2-ci il tarixi üçün vəzifə maaşı ilə təmin edilməsi barədə məlumat vardır. Hərbi xidmətini davam etdirmək üçün Riqa Aviasiya Universitetindən gəlmiş, sıravi İddiaçı Hacıəhməd oğlu N №-li hərbi hissə komandirinin 09.02.N6-cı il tarixli 31 №-li əmrilə (əsas: səh.-30, §3; qeyd: əmrdə atasının adı Hacıəhməd, hərbi rütbəsi sıravi qeyd edilmişdir) şəxsi heyətin siyahısına, bütün növ təminatlara və kursant normasına uyğun olaraq qazan təminatına daxil edilmişdir. Riqa Aviasiya Universitetinin kursantı olmuş gizir İddiaçı Hacıəhməd oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.N5-ci il tarixli müvafiq qərarına əsasən N Ns-li hərbi hissə komandirinin12.02.N6-cı il tarixli 32 №-li əmrilə (əsas: səh 31, § 2, əmrdə atasının adı Hacıəhməd yazılmışdır) “Azal” Milli Aviasiya Akademiyası rəisinin sərəncamına ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 10.03.N0-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyat zabitləri hazırlığı toplanışına gəlmiş, leytenant İddiaçı Hacıəhməd oğlu N Ns-li hərbi hissə komandirinin N mart N0-ci il tarixli 61 №-li əmrilə (əsas: səh.-77, §2, sıra- 8; qeyd: əmrdə atasının adı Hacıəhməd, hərbi rütbəsi leytenant qeyd edilmişdir) qazan və əşya təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin avqust N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Milli Aviasiya Akademiyası rəisinin N6-N8-ci il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin N0-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Beləki, iddiaçı qeyd edir ki, o, 1988-N0-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 24 may N1-ci il tarixdə N №li hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə başlamış və həmin hərbi hissədə N iyul N2-ci il tarixədək, yəni AR Silahlı Qüvvələrinin N №li hərbi hissədə xidmətə keçirilənədək xidmət etmişdir.Xidmətdə olduğu dövrlərdə iddiaçıya 24 may N1-ci il tarixdə N №li hərbi hissədə "kiçik çavuş" hərbi rütbəsi, 13 may N2-ci il tarixdə "gizir" hərbi rütbəsi, bundan sonra AR MN-nin 0172 №li 07 noyabr N9-cu il tarixli Əmri ilə ona "leytenent" hərbi rütbəsi, 10 dekabr N1-ci il tarixdə HHQ və HHMQ Komandanının 11/R N2-1İ 10 dekabr N1-ci il tarixli Əmri ilə "baş leytenent" hərbi rütbəsi, 03/R №li 225 iyun N5-ci il tarixli Əmri ilə "kapitan" hərbi rütbəsi, AR MN-nin 0110RT №li 23 dekabr N9-cu il tarixli Əmri ilə "mayor" hərni rütbəsi, AR MN-nin 1-ci müavini BQR-nin 0870 №li N iyul 2018-ci il tarixli Əmri ilə "polkovnik-leytenent" hərbi rütbəsi verilmişdir.N №li hərbi hissədə xidmət edərkən N avqust N2-ci il tarixdən iddiaçı AR MN-nin 329 №li N avqust N2-ci il tarixli Əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almaq üçün göndərilmişdir. Qeyd edir ki, Riqa Aviasiya Universitetinə MN-nin xətti ilə N2-ci ildə təhsil almağa 50 nəfər göndərilmişdi və onların arasında yeganə hərbi qulluqçu iddiaçı olmuşdur. Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra iddiaçı, həmin Universitetdən geri çağırılmış və yarımçıq qalan təhsilini AR MN-nin xətti ilə AR Milli Aviasiya Akademiyasında davam etdirmişdir. O, 30 iyun N8-ci il tarixdə AR Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi (yəni heç bir əmr olmadan) sərəncamda qalmış və 17 aprel N0-ci il tarixdə N №li hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. Həmin vaxtdan xidmətinin sonunadək, yəni 09 yanavar 2019-cu il tarixədək HHQ-nin müxtəlif hərbi hissələrində xidmət keçmiş və 09 yanvar 2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi qulluqçu kimi pensiyaya çıxmış onun xidmət illərinin hesablanması zamanı 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək olan dövrlər nəzərə alınmamışdır. İddiaçı 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini istəyir. Məhkəmə hesab edir ki, mübahisə olunan 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək olan dövrlərin iddiaçın hərbi xidmət dövrü kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı qeyd edir ki, 30 iyun N8-ci il tarixdə AR Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi (yəni heç bir əmr olmadan) sərəncamda qalmış və 17 aprel N0-ci il tarixdə N №li hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra, 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək faktiki olaraq hərbi xidmətdə olmamış, əmək haqqı almamışdır. İddiaçının dəlili ondan ibarətdir ki, o hərbi qulluqçu kimi təhsil almağa göndərilmiş, təhsil aldıqdan sonra isə onun işə başlamasına yalnız 17 aprel N0-ci il tarixdə tarixdə imkan olmuşdur. Onun hərbi qulluqçu statusu ləğv edilməmişdir. Bununla bağlı bir əmr yoxdur. Təhsilini başa vurduqdan sonra isə onun günahı olmadan 17 aprel N0-ci il tarixdə işə başlaya bilmişdir. Məhkəmə hesab edir ki, hərbi qulluqçunun hərbi xidmət dövrünün müəyyən olumasında hərbi qulluqçunun vəzifələrini icra etməsi əsas meyar kimi qəbul edilməlidir. Belə ki, Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin qanunun 27-ci maddəsi Hərbi xidmət vəzifələrinin icrası hallarını müəyyən edir. 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Eyni zamanda həmin qanunun 38.2-ci maddəsi hərbi qulluqçuların sərəncamda olma müddətlərini müəyyən edir. 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X3”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi iddiaçının təhsil aldığı müddətdə sərəncamda sayılması və həmin dövrlərin həqiqi hərbi xidmət müddətinə daxil edilməsi qanunvericiliyin tələbinə uyğundur. Lakin təhsil müddəti bitəndən sonra iddiaçının faktiki olaraq hərbi xidmətdə olmaması, hərbi xidmət vəzifələrinin icrası ilə məşğul olmaması, 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək dövrlə bağlı iddiaçı barədə hər hansı bir əmrin olmaması onun tələbinin əsaslı olmasını istisna edir. İddiaçının 30 iyun N8-ci il tarixdən 17 aprel N0-ci il tarixədək hərbi xidmətdə olmasını təsdiq edən hərhansı sübut mövcud deyil. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqan əsaslı olaraq iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir və qeyd olunanlar nəzərə alınaraq iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-208/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-208/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver